Vii fəSİl mikroiQTİsadiyyat və onun təŞKİLİ formalari. Fİrma (MÜƏSSİSƏ), İstehsal xərcləRİ VƏ MƏNFƏƏT



Yüklə 126,39 Kb.
səhifə2/15
tarix25.11.2023
ölçüsü126,39 Kb.
#134355
1   2   3   4   5   6   7   8   9   ...   15
İqtisadiyyat 7 fesil (seh 108-133)

Sahibkar – firmanın təşkili və idarə edilməsi riskini və mə­su­­­liy­­yətini öz üzərinə götürən şəxs (qrup insan)dır. Sahibkarlıq fəaliyyət növüdür və 3 əsas növə ayrılır:

  1. Fərdi sahibkarlıq – bu bir şəxsin və onun ailəsinin yaradıcı fəaliyyətidir (ti­ca­rət köşkü, böyük olmayan aptek, kimyəvi təmizləmə və s. yaratmaq). Bu halda asan­lıqla müəyyən etmək olar ki, riskə gedən, məsuliyyəti öz üzərinə götürən, idarə edən kimdir.

  2. Kollektiv sahibkarlıq – hər hansı bir kollektiv birgə sahib­karlıq fəaliyyəti ilə məşğul ola bilər. Bu cür sahibkarlıq mül­kiy­yət payı əsasında yaradılmış firmalarda həyata keçirilir. Burada riski, məsuliyyəti, qərarların qəbulunu bir qrup şəxs öz üzərinə götürür (yoldaşlığın, səhmdar cəmiy­yətin üzv­ləri).

  3. Dövlət sahibkarlığı – dövlət müəssisələrində həyata keçiri­lir. Ancaq burada tə­sərrüfat rəhbərinin təşəbbüsü yuxarı orqanların əmr və göstərişləri ilə məhdudlaşdırılır.

Azərbaycan qanunvericiliyinə görə sahibkarlıq fəaliyyəti vətən­daşların müstəqil təşəbbüskarlıq fəaliyyəti olub, mənfəət götür­məyə istiqamətləndirilmişdir. Bu fəa­liyyət müəyyən təşkilati-hüqu­qi formada, yəni müəssisə (firma) formasında həyata keçirilir.
İqtisadi ədəbiyyatlarda sahibkarların üç funksiyası göstərilir:
Birinci funksiya resurslar əldə etməkdir. İstənilən təsərrüfat fəaliyyəti üçün istehsalın obyektiv amilləri (istehsal vasitələri) və subyektiv, şəxsi amili (iş görməyi bacaran işçilər) olmalıdır. İkinci funksiya – təşkilatçılıq funksiyasıdır. Sahibkar istehsal amilləri­nin elə bir­ləşdirilməsi və kombinasiyasını təşkil etməlidir ki, öz məqsədinə çatmağı təmin etsin. Üçüncü funksiya – yaradıcılıq funksiyasıdır. Bu təşkilati-təsərrüfatçılıq novatorluğu ilə bağlıdır. Sahibkarın bu funksiyası müasir elmi-texniki tərəqqi və qeyri-qiymət rəqabətinin gücləndiyi bir zamanda daha da artmışdır.
Sahibkar mikroiqtisadiyyatda əsas iqtisadi agentdir. Sahibkar­la­rın başlıca məqsədi əmtəə və xidmətləri istehsal etmək, reallaş­dırmaq və mənfəət əldə etməkdir. O, bilavasitə istehsalla məşğul olur, maddi nemətlər və xidmət məhsulları istehsal edir. Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyəti azaddır.

Yüklə 126,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin