Vii fəSİl mikroiQTİsadiyyat və onun təŞKİLİ formalari. Fİrma (MÜƏSSİSƏ), İstehsal xərcləRİ VƏ MƏNFƏƏT



Yüklə 126,39 Kb.
səhifə1/15
tarix25.11.2023
ölçüsü126,39 Kb.
#134355
  1   2   3   4   5   6   7   8   9   ...   15
İqtisadiyyat 7 fesil (seh 108-133)


VI fəsil. Makroiqtisadiyyat və onun təşkili formaları. Firma (müəssisə), istehsal xərcləri və mənfəət

VII FƏSİL


MİKROİQTİSADİYYAT VƏ ONUN TƏŞKİLİ FORMALARI. FİRMA (MÜƏSSİSƏ), İSTEHSAL XƏRCLƏRİ VƏ MƏNFƏƏT


7.1. Mikroiqtisadiyyat və onun təşkili formaları
7.2. Ev təsərrüfatı – mikroiqtisadi təsərrüfat vahidi kimi
7.3. Ev təsərrüfatının funksiyaları və bazar iqtisadiyyatında rolu
7.4. Firma: məzmunu və təşkili formaları
7.5. Firmanın istehsal xərcləri
7.6. Firmanın istehsal fondları və amortizasiya
7.7. Firmanın gəliri və mənfəəti. Mənfəətin formaları


7.1. Mikroiqtisadiyyat və onun təşkili formaları


Mikroiqtisadiyyat (yunanca mikros – kiçik deməkdir) – milli iqtisadiyyatın ilkin ən aşağı pilləsidir. Bütün istehsal amil­lərinə sahib olan mülkiyyətçilər və maddi nemətlərin və xid­mət­lərin is­teh­sal­çıları mikroiqtisadiyyat bölməsinə daxildirlər. İqtisadiyyatla məşğul olan tə­sər­rü­fatçı subyektlərin əksəriyyəti bu sahədə fəaliyyət göstərirlər. Onlar bu və digər for­ma­da maddi ne­mətlərin və xidmətlərin ilkin istehsalı, bölgüsü, mübadiləsi və is­teh­la­kı prosesində iştirak edirlər. Milli sərvət, milli məhsul mikroiq­tisa­diyyatda yaranır. Son dövrlərdə mikroiqtisadiyyatda böyük dəyişik­liklər baş vermişdir. Bu dəyişikliklərdən:

  1. İstehsalın maddi amilinin mülkiyyətçisi olan sahibkarların tərkibində;

  2. Təsərrüfat formasında;

  3. Milli istehsalın tərkibində baş vermişdir.

Başlıca dəyişiklik onun quruluşunda olmuşdur.
Mikroiqtisadi təsərrüfatların möhkəmliyinin mühüm səbəbləri vardır:

  1. Onların çevik olması – istehlakçıların tələbinə tez uyğunlaş­ması;

  2. İstehsal və bazarın kiçik əməliyyatlarına xidmət etməyin zəru­riliyi. Misal olaraq alıcıların standart olmayan paltara, ayaqqabıya tələbatını ödəmək, təmir işləri (saat, ayaqqabı, avtomobil), şəxsi xidmət göstərmək (ailə həkimi, ailə vəkili, yerli bərbər), həddən çox bahalı əmtəələr mağazası kimi, yüksək gəlirli insanlara xidmət edir (təmtəraqlı (zəngin) yaxtalar, yüksək keyfiyyətli idman avtomobilləri və s.).

  3. İri müəssisələr üçün ixtisaslaşdırılmış istehsal müəssisələri tərəfindən standartlara uyğun hissələrin hazırlanması;

  4. Böyük kompaniyaların məhsullarının satışı (televizor, soyu­du­cu, paltaryuyan maşınlar) ilə məşğul olma.

  5. Dövlətin kiçik biznesə yardımı (maliyyə, güzəştli vergi, elmi məsləhətlər vermək).

Mikroiqtisadiyyatın əsas komponentlərindən biri ev təsərrü­fatıdır. Ailə təsərrüfatı ilk növbədə onun mövcudluğunun maddi əsasını təşkil edir və ailə üzvlərinin fərdi və kollektiv tələbatlarını ödəmək üçün lazım olan nemətlərin təkrar istehsalını həyata keçirir.
Ailələr mikroiqtisadi səviyyədə firmalarla qarşılıqlı iqtisadi əla­­qə­də olur və bu proses dövrü axın şəklində baş verir.
Mikroiqtisadiyyatın cəmiyyətin həyatında rolu çox böyükdür. Mik­ro­iq­ti­sa­diyyat milli iqtisadiyyatın əsasını təşkil edir, hər bir xalqın adət-ənənələri, milli dəyərləri, istehsal və istehlak prosesləri mikroiqtisadiyyatda qorunub saxlanılır.
Mikroiqtisadiyyat ictimai əmək bölgüsünün inkişafına və tətbi­qinə geniş imkanlar yaratmaqla, cəmiyyətin artan tələbatlarını ödə­mək üçün lazım olan maddi nemətlərin və çoxsaylı xidmətlərin isteh­salını həyata keçirir.
Mikroiqtisadiyyat dövlət büdcəsinin maliyyə təminatçısıdır, əsas vergi ödəyiciləri burada cəmləşmişdir.
Mikroiqtisadiyyat geniş əhali kütləsini əhatə edən, onları işlə təmin edən sahələri özündə birləşdirir. Əhalinin yaşayış səviyyəsi mikroiqtisadiyyatın vəziyyətindən, onun formalaşmış strukturun­dan asılıdır. Ölkənin makroiqtisadiyyatı da mikroiqtisadiyyatın inki­şa­fından asılıdır. Bütün bunlara görə mikroiqtisadiyyatın inkişafına dövlətin daim qayğısı olmalıdır.
İstehsalın baş verməsi üçün üç amilin – əmək, əmək vasitələri (kapital) və əmək predmetləri (torpaq) – olması zəruridir. Özlü­yündə şəxsi və maddi (əşyavi) amillər (resurslar) müəyyən formada təşkil olunmasa, heç bir məhsul istehsal edə bilməzlər. Bunun üçün istehsalın dördüncü amili – sahibkarlıq fəaliyyəti lazımdır.

Yüklə 126,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin