Vii fəSİl mikroiQTİsadiyyat və onun təŞKİLİ formalari. Fİrma (MÜƏSSİSƏ), İstehsal xərcləRİ VƏ MƏNFƏƏT


Firmanın istehsal fondları və amortizasiya



Yüklə 126,39 Kb.
səhifə11/15
tarix25.11.2023
ölçüsü126,39 Kb.
#134355
1   ...   7   8   9   10   11   12   13   14   15
İqtisadiyyat 7 fesil (seh 108-133)

7.6. Firmanın istehsal fondları və amortizasiya

Hər bir müəssisə istehsal vasitələri və iş qüvvəsi ilə özünü təmin etdikdən sonra bilavasitə istehsala başlayır. Əmtəə-pul münasibət­lərinin hakim olduğu bir şəraitdə istehsal üçün lazım olan əmək vasitələri, əmək cisimləri və iş qüvvəsi əmtəə kimi çıxış edir. Buna görə də müəssisə əlində olan pulla istehsal vasitələri və iş qüvvəsi alır, istehsal edir. Bundan sonra, o əldə etdiyi məhsulu əmtəə kimi realizə edir. Əmtəələr satıldıqdan sonra əvvəl xərclənmiş pul yeni­dən müəssisəyə qayıdır. Əldə olan pul istehlak olunmuş istehsal vasitələrinin ödənilməsinə və əmək haqqına sərf olunur.


Fondlar üçün fasiləsiz hərəkətdə olmaq, öz konkret formasını pul, məhsuldar, əmtəə şəklində dəyişərək, müx­təlif ardıcıl mərhələ­lərdən keçmək, təbii və zəruri bir pro­sesdir. Bu proses daimi təkrar olunur və müəssisə fondlarının dövranı adlanır. Fondların dövranı belə bir ardıcıllıqla baş verir. Fondlar tədavül, istehsal, həm də əm­təə (alqı-sat­qı) dairəsində hərəkətini davam etdirərkən 3 mər­hə­­lə­­dən keçir:




Burada, P – pul vəsaiti; Ə - əmtəə, İV – istehsal vasitələri; İQ – iş qüvvəsi; İP – istehsal prosesi; Ə′ - satış üçün hazır məhsul; P′ - məhsul satışından əldə olunmuş pul.


Fondların ardıcıl mərhələlərlə, pul for­masından məhsuldar forma­ya və əmtəəyə çevrilərək satışa çıxarılması, nəhayət yenidən pul formasını alması, vahid bir proses kimi belə baş verir:



İP


Fondların dövranı daimi təkrar olunan bir prosesdir. Bu proses­də dövranlar bir-birini əvəz edir və fondların dövriyyəsini təşkil edir. Fondların dövriyyəsi müəyyən vaxt ərzində baş verir. Bu, döv­riyyə vaxtıdır. Dövriyyə vaxtı istehsal vaxtı ilə tədavül vaxtının cə­min­dən ibarətdir. Dövriyyə vaxtının ən mühüm tərkib ünsürü istehsal vaxtıdır.


İstehsal vaxtı – kapitalın bila­va­sitə istehsal dairəsində olduğu müddətdir. İstehsal vaxtının mühüm hissəsini iş dövrü təşkil edir və istehsal, yaxud emal edilən məhsul bu zaman əməyin birbaşa təsiri altında olur. İş dövrü istehsal – xidmət dairəsinin ümumi xarak­­­te­rin­dən, sahənin özünəməxsus xüsusiyyətlərindən, texniki-texnoloji vasitələrin səviyyəsindən, işçilərin peşəkar­lı­ğın­dan, isteh­sa­lın təşkili mədəniyyətindən asılıdır. Məsələn, pambıq və yundan iplik hazırlamağa, yaxud çörək və xörək bişirməyə nisbətən az bir vaxt sərf olunduğu halda, sərnişin gəmisinin yaxud kosmik raketin istehsalına daha uzun vaxt tələb edilir. Eyni zamanda istehsal vaxtı adətən iş dövründən uzun olur. Lakin istehsalın maddi-texniki bazası təkmilləşdikcə, əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə lazım olan vaxt (iş dövrü) təd­ricən qısalmağa doğru meyil edir.

Yüklə 126,39 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin