Vii fəSİl mikroiQTİsadiyyat və onun təŞKİLİ formalari. Fİrma (MÜƏSSİSƏ), İstehsal xərcləRİ VƏ MƏNFƏƏT



Yüklə 126,39 Kb.
səhifə13/15
tarix25.11.2023
ölçüsü126,39 Kb.
#134355
1   ...   7   8   9   10   11   12   13   14   15
İqtisadiyyat 7 fesil (seh 108-133)

Dövriyyə fondları – istehsal prosesinə hissə-hissə daxil olur, öz dəyərini istehsal olunmuş məhsula bütövlükdə keçirir, yalnız bir istehsal dövründə iştirak edir və özünün ilkin formasını dəyişir. Xammal, yarımfabrikat, yardımçı material, yanacaq, enerji dövriyyə fondlarına aiddir. Dövriyyə fondları il ərzində bir neçə dəfə dövr edir.
İstehsal prosesində əsas fondlar aşınır, xarab olur, tədricən öz is­teh­lak də­yə­ri­ni itirir, onların dəyəri isə istehsal olunmuş məhsulun üzə­rinə keçir. Bəs xarab olub sıradan çıxmış əsas fondlar nəyin he­sa­bı­na bərpa olunur? Həmin fondlarla istehsal olunmuş məhsullar sa­tıl­dıqca əsas fondların dəyərindən həmin məhsulun dəyərinə daxil olan hissəsi ayrılıb xüsusi fondda yığılır. Bu - amortizasiya fondu adlanır.
Amortizasiya fondu üçün ayırmalar amortizasiya normasına əsa­sən müəyyən edilir. Amortizasiya norması əsas fondun ilkin dəyərinin onun xidmət müddətinə nisbətilə müəyyən edilir.
Əsas fondların iki cür aşınması məlumdur: fiziki və mənəvi aşınma.
Fiziki aşınma əsas fondların işlənib, xarab olub, öz istehlak dəyərini tamamilə itirməsidir. Fiziki aşınma bir tərəfdən istehsal prosesində onların işləyib, sürtülüb, köhnəlməsi nəticəsində, digər tərəfdən isə küləyin, şaxtanın, yağıntının, bir sözlə təbii proseslərin təsiri nəticəsində baş verir.
Fiziki aşınma ilə yanaşı, əsas fondların mənəvi aşınması da baş ve­rir. Mənəvi aşınma elmi-texniki tərəqqinin təsiri nəticəsində baş verir.
Mənəvi aşınmanın iki növü məlumdur. Birinci növ mənəvi aşın­ma o zaman baş verir ki, əmək məhsuldarlığının yüksəlməsi nəticə­sində mövcud əmək vasitəsinin dəyəri aşağı düşür, ucuzlaşır. Yəni yeni istehsal edilən maşın, cihaz və s. həmin dövrdə istehsalda fəaliyyət göstərən eyni növdən olan maşın, cihazdan ucuz başa gəlir.
Mənəvi aşınmanın ikinci növü daha təkmil və səmərəli əmək vasitələri meydana gəldikdə baş verir. Yeni əmək vasitələri daha ucuz məhsulların istehsalını artırır və buna görə eyni növdən işdə olan əmək vasitələri fiziki cəhətdən işləməyə qabil olduğu halda, mənəvi cəhətdən köhnəlmiş hesab olunur və qiymətdən düşür. Cəmiyyət daha məhsuldar əmək vasitəsi tətbiq etməkdə maraqlı olur.
Mənəvi köhnəlmə nəticəsində hər hansı bir müəssisə itirirsə, bütövlükdə cəmiyyət qazanır. Çünki yeni fondların istifadə olunma­sından əldə edilən qənaət itkilərin yerini doldurur.



Yüklə 126,39 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin