Test (K. IX. 4.1. QS.8)
1. Paslanmayan polad növləri hazırlamaq üçün hansı metallardan istifadə edilir?
1. Na 2. Ca 3. Ni 4. Ba 5. Cr
A) 1,2 B) 2,3 C) 3, 4 D) 3, 5 E) 2, 4
2. Dəmir tərkibli əşyaların və dam örtüklərini korroziyadan qorumaq məqsədi ilə hansı metallardan örtük çəkmək üçün istifadə olunur?
1. Zn 2. K 3. Al 4. Hg 5. Cu
A) 1, 2 B) 2, 3 C) 1, 3 D) 4, 5 E) 2, 5
3. Kibrit hazırlanmasında istifadə edilən qeyri-metalları göstərin:
1. S 2. P 3. B 4. Si 5. As
A) 1, 2 B) 3, 4 C) 4,5 D) 3, 5 E) Yalnız 2
4. Üzüm tənəkləri və meyvə ağaclarını xəstəliklərdən qorumaq üçün hansı maddə ilə onları tozlandırırlar?
A) S B) P C) B D) Si E) As
5. Xörək duzunun (NaCl) tətbiqinə aid olmayan bəndi müəyyənləşdirin:
A) Ərintisinin elektrolizindən Na metallı alınır
B) Məhlulun elktrolizindən NaOH alınır
C) Qatı sulfat turşusu ilə təsir etməklə hidrogen-xlorid və xlorid turşusu alınır
D) Balığı və tərəvəzi konservləşdirmək üçün istifadə edilir
E) Gübrə kimi istifadə olunur
6. Əhəng daşı üçün doğru olmayan bəndi müəyyənləşdirin:
A) Sənayedə sönməmiş əhəng almaq üçün istifadə edilir
B) Sənayedə karbon qazı almaq üçün istifadə olunur
C) Sənayedə kalsium (Ca) metalını almaq üçün tətbiq olunur
D) Kənd təsərrüfatında turş torpaqları neytrallaşdırmaq üçün istifadə edilir
E) Üzərinə xlorid turşusu əlavə olunduqda sürətlə qaz qabarcıqları çıxır.
7. Ammonyakın (NH3) tətbiqinə aid olmayan bəndi müəyyənləşdirin:
A) Sənayedə nitrat turşusunun alınması üçün istifadə edilir
B) Ammonium duzlarını ondan alırlar
C) Sənayedə ondan azot-monooksid alırlar
D) 10%-li məhlulu «naşatır spirti» adlanır, tibdə istifadə edilir.
E) Suda məhlulu lakmusu qırmızı rəngə boyayır
8. Sulfat turşusunun tətbiqinə aid olan bəndləri göstərin:
1. Sənayedə Na2SO4 ·10 H2O kristalhidratının alınmasında tətbiq olunur;
2. Ortofosfat turşusunu sənayedə sulfat turşusunun köməyi ilə də alırlar;
3. Neft məhsullarının təmizlənməsi üçün istifadə olunur;
4. Oksigen qazının alınmasında istifadə edilir;
5. Sadə superfosfat gübrəsinin istehsalında tətbiq olunur.
A) 1, 2, 5 B) 3, 4, 1 C) 2, 3, 4 D) 4, 5 E) 2, 3, 5
9. Metan (CH4) qazının tətbiq olunmasına aid olmayan bəndi göstərin:
A) Asetilen alınmasında tətbiq olunur.
B) Metanol alınmasında istifadə edilir.
C) Etilen alınmasında tətbiq olunur.
D) Etanol alınmasında istifadə edilir.
E) Hidrogen alınması üçün tətbiq olunur.
10. Etil spirti üçün doğru olmayan ifadəni seçin:
A) Spirtli içgilər hazırlanır
B) Həlledici kimi işlənir
C) Dehidratlaşmasından etilen qazı alınır
D) Oksidləşərək sirkə turşusuna çevrilir
E) Sənayedə ondan hidrogen qazı alınır
Dostları ilə paylaş: |