2.2.Kimya təliminin təşkili formaları və üsulları barədə tövsiyələr Kimya fənn kurikulumunda müəyyən olunmuş standartlara uyğun bilik və bacarıqların formalaşdırılması üçün fənnin təlimində istifadəsi tövsiyyə olunan başlıca təlim formaları, metodları və
fəaliyyətləri aşağıdakılardır:
Təlim prosesində iş formaları:
- fərdi
- cütlərlə
- kiçik qruplarla
- kollektiv (bütün siniflə)
Kollektiv (bütün siniflə) - Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyətyaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.