1. «Maddə və maddi aləm» məzmun xətti K.VIII.1.1. QS.
Məzmun standartı
Qiymətləndirmə standartı
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlarını nümayiş etdirir.
K.VIII.1.1. QS.1.
Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi.
1.1.1. Maddələri (oksidlər, əsaslar, turşular, duzlar) tərkibinə görə fərqləndirir.
1.1.1. Q.4. Oksidləri, əsasları, turşuları və duzları tərkibinə görə fərqləndirir, adlandırır, tərifini verir və onları tam təsnif edir.
1.1.1. Q.3. Oksidləri, əsasları, turşuları və duzları tərkibinə görə fərqləndirir, tərifini verir, onları adlandırır və qismən təsnif edir.
1.1.1. Q.2. Oksidləri, əsasları, turşuları və duzları tərkibinə görə fərqləndirir, tərifini verir.
1.1.1. Q.1. Oksidlər, əsaslar, turşular və duzları tərkibinə görə fərqləndirir.
K. VIII. 1.2. QS.
Məzmun standartı
Qiymətləndirmə standartı
Şagird:
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.
K. VIII. 1.2. QS.2
Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi
1.2.1. Atomun quruluşunu, kimyəvi rabitə növlərini, elektrolit məhlulunda baş verən prosesləri şərh edir.
1.2.1. Q.4. Atomun elektron örtüyünün quruluşunu, kimyəvi rabitənin bütün növlərini və elektrolit məhlulunda gedən əsas prosesləri ətraflı şərh edir.
1.2.1. Q.3. I-IV dövr elementləri atomlarının elektron formullarını tərtib edir, kimyəvi rabitənin əsas növlərini, elektrolit məhlullarında gedən iondəyişmə və hidroliz reaksiyalarını şərh edir.
1.2.1. Q.2. I-III dövr elementləri atomlarının elektron formullarını tərtib edir, kovalent və ion rabitələrinin mahiyyətini, iondəyişmə reaksiyalarını şərh edir.
1.2.1. Q.1. I-III dövr elementləri atomlarının elektron formullarını tərtib edir, kovalent və ion rabitələrini sadə misallarla şərh edir, sadə turşu və əsasların dissosiyasiya tənliklərini yazır.
K. VIII.1.3. QS.
Məzmun standartı
Qiymətləndirmə standartı
Şagird:
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
K.VIII. 1.3.QS.3.
Maddələrin tərkibinə və quruluşuna aid hesablamaların aparılmasına dair qiymətləndirilməsi sxemi.
1.3.1. Atomun quruluşuna, kimyəvi rabitəyə elektrolit məhlullarında baş verən proseslərə aid məsələ qurur və həll edir.
1.3.1. Q.4. Atomun quruluşuna, kimyəvi rabitə növlərinə və elektrolit məhlulunda gedən proseslərə aid müxtəlif tipli məsələlər qurur və həll edir.
1.3.1. Q.3. Atomun quruluşuna, kimyəvi rabitə növlərinə və elektrolit məhlullarında gedən proseslərə aid müxtəlif tipli məsələləri həll edir.
1.3.1. Q.2. Atomun quruluşuna, kimyəvi rabitə növlərinə və elektrolit məhlullarında gedən proseslərə aid sadə məzmunlu məsələləri həll edir.
1.3.1. Q.1. Atomun quruluşuna, kimyəvi rabitə növlərinə aid bəzi sadə məsələləri həll edir.