Vii-xi siniflər üçün V. M. Abbasov, M. M. Abbasov, A. H. Əliyev, M. S. Fərəcov, V. S. Əliyev



Yüklə 1,67 Mb.
səhifə56/109
tarix10.01.2022
ölçüsü1,67 Mb.
#108347
1   ...   52   53   54   55   56   57   58   59   ...   109
4. «Kimya və həyat» məzmun xətti.
KVIII. 4.1. QS.


Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.



K.VII.4.1. QS.8.

Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklərin qiymətləndirilməsi sxemi.




4.1.1. Həllolmanın və elektrolit məhlulunda gedən proseslərin həyatda rolunu şərh edir.

4.1.1. Q.4. Kimya sənayesi və laboratoriyalarında, bitkilərin qidalanmasında, tibb preparatların hazırlanmasında, məişətdə həllolmanın və elektrolit məhlullarında gedən proseslərin rolunu şərh edir.


4.1.1. Q.3. Kimya sənayesində və laboratoriyalarında, məişətdə həllolmanın və elektrolit məhlullarında gedən proseslərin rolunu şərh edir.


4.1.1. Q.2. Kimya laboratoriyalarında və məişətdə həllolmanın və elektrolit məhlulunda gedən proseslərin rolunu şərh edir.


4.1.1. Q.1. Kimya laboratoriyalarında və məişətdə həllolmanın rolunu, əhəmiyyətini qısaca şərh edir.

K. VIII. 4.2. QS.




Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.



K.VIII.4.2. QS.9.

Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatların qiymətləndirmə sxemi.



4.2.1. Ətraf mühiti çirkləndirən mənbələr haqqında məlumatlar toplayır, təqdim edir.

4.2.1. Q.4. Ətraf mühiti çirkləndirən mənbələri və maddələri sadalayır, çirkləndirməni aradan qaldırmağın mexaniki, kimyəvi, fiziki-kimyəvi və bioloji üsulları barədə təqdimat edir.

4.2.1 Q.3. Atmosferi və təbii suyu çirkləndirən maddələri sadalayır, çirkləndirməni aradan qaldırmağın mexaniki, kimyəvi, fiziki-kimyəvi üsulları barədə təqdimat edir.


4.2.1. Q.2. Atmosferi ən çox çirkləndirən maddələri sadalayır, çirkləndirməni aradan qaldırmağın 1-2 kimyəvi üsulu barədə məlumat təqdim edir.

4.2.1. Q.1. Atmosferi ən çox çirkləndirən maddələrin bir neçəsini sadalayır, çirklənmənin insan sağlamlığına zərəri barədə qısa məlumat təqdim edir.

K. VIII. 4.3. QS.




Məzmun standartı

Qiymətləndirmə standartı

Şagird:

4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.




K.VIII.4.3. QS.10.

Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunun qiymətləndirmə sxemi



4.3.1. Kimyanın əsas qanunları və atomun quruluşu sahəsində görkəmli alimlər haqqında məlumatlar toplayır, referatlar hazırlayır.

4.3.1. Q.4. Kimyanın əsas qanunları və atomun quruluşu səhəsində məşhur olan alimlərin fəaliyyəti və həyatı barədə referatlar hazırlayır.


4.3.1. Q.3. Kimyanın əsas qanunları və atomun quruluşu səhəsində görkəmli alimlər barədə məlumat toplayır və təqdim edir.

4.3.1. Q.2. Kimyanın əsas qanunları səhəsində görkəmli alimlər barədə məlumat toplayır və təqdim edir.


4.3.1. Q.1. Kimyanın əsas qanunları və atomun quruluşu sahəsində görkəmli alimləri tanıyır.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin