2. «Kimyəvi hadisələr» məzmun xətti K.IX. 2.1. QS.
Məzmun standartı
Qiymətləndirmə standartı
Şagird:
2.1. Kimyəvi hadisələrin başvermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.
K.IX.2.1. QS.4.
Kimyəvi hadisələrin başvermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi
2.1.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiyaların qanunauyğunluqlarını izah edir.
2.1.1. Q.4. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiyaların başlanması, getməsi və sürətləndirilməsi şərtlərini izah edir.
2.1.1. Q.3. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiyaların başlanması və getməsi şərtlərini izah edir.
2.1.1. Q.2. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid ən mühüm reaksiyaların getməsi şərtlərini izah edir.
2.1.1. Q.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid mühüm reaksiyaların başlanması şərtlərini izah edir.
K.IX.2.2. QS.
Məzmun standartı
Qiymətləndirmə standartı
Şagird:
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
K.IX.2.2. QS.5.
Kimyəvi reaksiya tənliklərini tərtib etməyə və onların əsasında hesablamalar aparmağa dair bacarıqların qiymətləndirməsi sxemi.
2.2.1.Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir.
2.2.2. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənliklərinə əsasən hesablamalar aparır.
2.2.2. Q.4. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid müxtəlif tipli reaksiya tənlikləri tərtib edir və onların əsasında hesablamalar aparır.
2.2.2. Q.3. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənlikləri tərtib edir və onların əsasında sadə hesablamalar aparır.
2.2.2. Q.2. Metallar və qeyri-metallara, sadə üzvi birləşmələrə aid müxtəlif reaksiyaların tənliklərini tərtib edir.
2.2.1. Q.1. Metallar və qeyri-metallara aid sadə kimyəvi reaksiyaların tənliklərini tərtib edir.