IX sinif
1. «Maddə və maddi aləm» məzmun xətti
K.IX.1.1. QS.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi.
1.1.1. Q.4. Metallar, qeyri-metallar və onların mühüm birləşmələrinin kristal qəfəsinin quruluşunu, quruluşla bağlı fiziki xassələrini şərh edir, sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir və müxtəlif üsullarla adlandırır.
1.1.1. Q.3. Metallar, qeyri-metallar və onların mühüm birləşmələrinin kristal qəfəsinin quruluşunu şərh edir, sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir və beynəlxalq nomenklatura ilə adlandırır.
1.1.1. Q.2. Metallar və qeyri-metalların kristal qəfəsinin quruluşunu və fiziki xassələrini şərh edir, sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir.
1.1.1. Q.1. Metallar və qeyri-metalların fiziki xassələrini şərh edir, bəzi sadə üzvi birləşmələrinin quruluşunu təritib edir.
Məqsəd: metallar və qeyri-metalların, onların birləşmələrinin kristal qəfəsinin quruluşunu şərh edir, sadə üzvi birləşmələrin kimyəvi quruluşunu tərtib edir və onları adlandırır, maddələrin quruluşu əsasında onların fiziki xassələrini proqnozlaşdırır.
Dostları ilə paylaş: |