Meyarlar əsasında analitik qiymətləndirmə nümunəsi.
Meyar
Dərəcələnmə
Aşağı səviyyə
Orta
səviyyə
Yüksək səviyyə
Ən yüksək səviyyə
1. Maddələrin alınması və kimyəvi xassələrinə aid kimyəvi təcrübələrin müşahidəsi
Metallar və qeyri-metalların kimyəvi xassələrinə aid təcrübələri müşahidə edir, nəticələrə dair qeydlər aparır.
Metallar və qeyri- metallara, onların birləşmələrinə aid təcrübələri müşahidə edir və qısa hesabatlar hazırlayır.
Metallar və qeyri- metallara, sadə üzvi birləşmələrə aid təcrübələri müşahidə edir və nəticələrə dair hesabatlar hazırlayır.
Metallar və qeyri-metallara, onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid təcrübələri müşahidə edir və nəticələrə dair təhlili hesabatlar hazırlayır.
2. Maddələrin alınması və kimyəvi xassələrinə aid təcrübələrin aparılması
Metallar və qeyri-metallara aid sadə təcrübələri yoldaşları ilə birlikdə aparır, nəticələrə dair qeydlər edir.
Metallar və qeyri-metallara aid kimyəvi təcrübələri aparır, nəticələrə aid hesabat hazırlayır.
Metallar və qeyri-metalların, sadə üzvi birləşmələrin alınması və kimyəvi xassələrinə aid təcrübələri aparır, nəticələrə dair hesabatlar hazırlayır.
Metallar və qeyri-metallar və onların birləşmələrinin, sadə üzvi birləşmələrin alınması və kimyəvi xassələrinə aid təcrübələr aparır, nəticələrə dair təhlili hesabatlar hazırlayır.