Test (K. VII. 2.2. QS.5.)
1. Hansı reaksiyanın tənliyindəki maddələrin formulu səhv yazılmışdır?
A) H2 + O2 → H2O; B) C + O2 → CO2; C) Fe + S → FeS;
D) H2 + S → H2S; E) H2 + Cl2 → H2Cl2
2. Hansı reaksiya tənliyinin əmsalları düzgün tərtib olunmamışdır?
A) 2Ca + O2 → 2CaO; B) 4Al + 3O2 → 2 Al2O3;
C) 2Li + O2 → Li2O; D) S + O2 → SO2; E) N2 + 3H2 → 2NH3
3. CH4 + O2 → CO2 + H2O reaksiya tənliyində alınan maddələrin əmsallarının cəmi neçədir?
A) 2 B) 3 C) 4 D) 5 E) 6
4. 6q hidrogen qazı tam yandıqda neçə qram su alınar?
A) 18 B) 24 C) 36 D) 54 E) 72
5. 4Al + 3O2 → 2Al2O3 tənliyi üzrə gedən reaksiyada 2 mol Al reaksiyaya daxil olursa nəticədə neçə mol və neçə qram alüminium-oksid alınar?
A) 2 mol və 102 q; B) 1 mol və 102 q; C) 1 mol və 204 q;
D) 2 mol və 204 q; E) 4 mol və 204 q.
6. 3 mol hidrogen qazı yandırıldıqda neçə litr (n.ş.) oksigen qazı sərf olunar və neçə qram su alınar?
A) 5,6 l və 9 q; B) 11,2 l və 18 q; C) 22,4 l və 27 q;
D) 33,6 l və 36 q; E) 33,6 l və 54 q.
7. C2H2 + O2 → CO2 + H2O reaksiya tənliyində maddələrin əmsallarının cəmi neçədir?
A) 7 B) 9 C) 11 D) 13 E) 15
8. Hansı reaksiyada alınan məhsulların formulu səhv yazılmışdır?
1. P + O2 → P2O3; 2. P + O2 → P2O5; 3. P + O2 → PO2;
4. H2 + C → CH4; 5. H2 + N2 → NH2
A) 1, 2 B) 1, 3 C) 2, 3 D) 3, 5 E) 1, 5
9. Reaksiyanın tənliyi nəyi göstərir?
A) yalnız reaksiyaya girən maddələrin formullarını;
B) yalnız reaksiya nəticəsində alınan maddələrin formullarını;
C) reaksiyanın getmə şəraitini;
D) reaksiyaya girən və alınan maddələrin formullarını, onların sayını.
E) reaksiyanın başvermə əlamətlərini.
10. Mg + 2HCl → MgCl2 + H2 reaksiyasında 6,02 · 1023 sayda maqnezium atomu xlorid turşusundan neçə mol hidrogen qazı çıxaracaqdır?
A) 2,5 B) 1 C) 1,5 D) 2 E) 0,5
Dostları ilə paylaş: |