Test (K. IIV. 4.1. QS.8.)
1. Aşağıdaki maddələrdən hansı məişətdə tətbiq olunmur?
A) natrium-xlorid; B) soda; C) potaş;
D) kalsium-xlorid; E) sabun
2. Hansı maddə məişətdə tətbiq olunur?
A) sulfat turşusu; B) sirkə turşusu; C) kalium-xlorid;
D) mis(II) oksid; E) kalium metalı
3. Çay sodası məişətdə nə məqsədlə tətbiq olunur?
1. boğazı qarqara etmək üçün;
2. cod suyu yumşaltmaq üçün;
3. mədədə turşuluğu aradan qaldırmaq üçün;
4. ləkələri təmizləmək üçün;
A) 1, 2 B) 1, 3 C) 2, 3 D) 3, 4 E) 2, 4
4. Məişətdə nişastadan nə məqsədlə istifadə edirlər?
1. ləkələri təmizləmək üçün;
2. cod suyu yumşaltmaq üçün;
3. ağ geyim əşyalarına şuxluq vermək üçün;
4. ağ geyim əşyalarına parlaqlıq vermək üçün.
A) 1, 2 B) 1, 3 C) 2, 3 D) 3, 4 E) 1, 4
5. Natrium-xloridin məişətdə tətbiq sahələrini sadalayın:
1. xörəyə tökülür;
2. tərəvəzi konservləşdirirlər;
3. balığı və əti konservləşdirirlər;
4. ləkələri təmizləyirlər.
A) 1, 2 B) 1, 3 C) 1, 2, 3 D) 2, 3 E) 2, 3, 4
6. Məişətdə tətbiq olunmayan maddəni göstərin:
A) qliserin, B) nişasta, C) etil spirti, D) sirkə turşusu,
E) fosfor.
7. Aseton, spirt, benzin necə, hansı şəraitdə saxlanılmalıdır?
1. ağzı kip bağlı şüşə qabda;
2. ağzı kip bağlı plastik qabda;
3. ağzı açıq şüşə qabda;
4. ağzı açıq plastik qabda;
5. oddan uzaqda, sərin yerdə.
A) 1, 2, 3 B) 1, 2, 4 C) 1, 2, 5 D) 2, 3, 4 E) 3, 4, 5
8. Yod məhlulu necə saxlanılmalıdır?
1. ağzı kip bağlı şüşə qabda;
2. ağzı kip bağlı, sərin, qaranlıq yerdə;
3. ağzı açıq şüşə qabda;
4. oddan uzaqda.
A) 1, 2 B) 1, 3 C) 1, 4 D) 2, 3 E) 3, 4
9. Məişətdə yanacaq kimi tətbiq olunan təbii qazla (əsas tərkibi metandır CH4) hansı davranma qaydalarına əməl olunmalıdır?
1. təbii qaz yandırılan otaqda kiçik pəncərə açıq olmalıdır;
2. təbii qaz yandırılan otaqda yanma məhsullarını soran boru olmalıdır;
3. otağa qaz sızıbsa (iy varsa) qapı və pəncərə açılıb, havası təmizlənməlidir;
4. təbii qaz yandırılan otaqda qapı və pəncərələr bağlı olmalıdır;
5. otaqda qaz iyi hiss etdikdə işıq yandırmaq, kibrit çəkmək olmaz.
A) 1, 2 B) 1, 2, 3 C) 1, 2, 3, 4 D) 1, 2, 3, 5 E) 4, 5
10. Aseton, spirt, benzin məişətdə nə məqsədlə tətbiq olunur?
1. çaydan və qazanlardan ərpi təmizləmək üçün;
2. ləkələri təmizləmək üçün;
3. boyaqları və lakları həll etmək üçün;
4. pası təmizləmək üçün.
A) 1, 2 B) 1, 3 C) 1, 4 D) 2, 3 E) 3, 4
Dostları ilə paylaş: |