Vii-xi siniflər üçün V. M. Abbasov, M. M. Abbasov, A. H. Əliyev, M. S. Fərəcov, V. S. Əliyev



Yüklə 1,67 Mb.
səhifə99/109
tarix10.01.2022
ölçüsü1,67 Mb.
#108347
1   ...   95   96   97   98   99   100   101   102   ...   109
Test (K.VIII. 3.1. QS.6.)
1. CaO-nun əsasi oksid olmasını hansı təcrübəni aparmaqla təsdiq etmək olar?

1. Üzərinə NaOH məhlulu əlavə etməklə

2. Üzərinə xlorid turşusu əlavə etməklə

3. Üzərinə su və fenolftalein əlavə etməklə

4. Üzərinə NaCl məhlulu əlavə etməklə
A) 1,2 B) 2, 3 C) 3, 4 D) 1, 3 E) 2, 4
2. ZnO-nun amfoter xassəli oksid olduğunu təsdiq edən təcrübəni göstərin:

1. Üzərinə NaOH məhlulu əlavə etməklə

2. Üzərinə xlorid turşusu əlavə etməklə

3. Üzərinə su və fenolftalein əlavə etməklə

4. Üzərinə NaCl məhlulu əlavə etməklə
A) 1,2 B) 2, 3 C) 3, 4 D) 1, 3 E) 2, 4
3. Karbon-dioksidi hansı reaksiya sxemi ilə almırlar?
A) C + O2 ; B) CO + O2 ;

C) CaCO3 ; D)Na2CO3 ;

E) CaCO3 + HCl
4. Sulfat turşusunun laboratoriyada alınması təcrübəsini göstərin:

A) Kükürd-dioksidin su ilə reaksiyası

B) kükürd-trioksidin su ilə reaksiyaysı

C) Natrium-sulfatın nitrat turşusu ilə reaksiyası

D) Kalsium-sulfatın suda həll edilməsi

E) Kükürd-trioksidin üzərinə NaOH məhlulu əlavə edilməsi


5. Xlorid turşusunun kimyəvi xassəsinə aid doğru olmayan ifadəni göstərin:
A) İçərisinə sink metallı salındıqda H2 qazı çıxır;

B) Lakmus damcısı tökdükdə qırmızı rəng almır;

C) Mis (II) hidroksid çöküntüsü üzərinə əlavə edildikdə onu həll edir;

D) Barium-sulfat çöküntüsü üzərinə əlavə edildikdə onu həll edir;

E) Kalsium-karbonat üzərinə əlavə edildikdə sürətlə qaz çıxır.
6. NaOH qələvisinin kimyəvi xassəsinə aid verilmiş ifadələrin hansı səhvdir?
A) Fenolftaleini moruğu, lakmusu göy rəngə boyayır;

B) Mis (II) xlorid məhlulu üzərinə əlavə edildikdə göy rəngli çöküntü alınır;

C) Alüminium-hidroksid çöküntüsünü həll edir;

D) Qızdırıldıqda asanlıqla parçalanır;

E) Dəmir (III) xlorid məhluluna əlavə olunduqda qonur rəngli çöküntü alınır.
7. CuSO4 duzunun kimyəvi xassələrini əks etdirən təcrübələri göstərin:

1. məhluluna barium-xlorid əlavə etdikdə ağ rəngli çöküntü alınır;

2. məhlulunua nitrat turşusu əlavə etdikdə sarı rəngli çöküntü alınır;

3. məhlulunua qələvi əlavə etdikdə göy rəngli çöküntü alınır;

4. qızdırıldıqda qonur rəngli qaz çıxır;
A) 1, 2 B) 2, 3 C) 3, 4 D) 1, 3 E) 2, 4
8. Alüminium-hidroksidi hansı təcrübəni aparmaqla almaq olar?
A) Həll olan alüminium duzlarına artıqlaması ilə qələvi əlavə etməklə

B) Həll olan alüminium duzlarına az miqdar qələvi əlavə etməklə

C) Alüminium-oksidin üzərinə su əlavə etməklə

D) Həll olan duzların suda həll etməklə

E) Alüminium-oksidin üzərinə artıqlaması ilə qələvi əlavə etməklə
9. Qələviləri almaq üçün hansı təcrübələr aparılmalıdır?

1. Suyun içərisinə aktiv metal parçası daxil edilməlidir.

2. Aktiv metal-oksidinin üzərinə su əlavə olunmalıdır.

3. Xlorid duzunun məhlulundan sabit elektrik cərəyanı buraxılmalıdır.

4. Xlorid duzunun ərintisindən sabit elektrik cərəyanı buraxılmalıdır.

5. Həll olan duzuna qələvi məhlulu əlavə edilməlidir.


A) 1, 2, 3 B) 2, 3, 4 C) 3, 4, 5 D) 4, 5 E) Yalnız 5
10. Natrium-hidrosulfat duzunu hansı təcrübə ilə almaq olar?

1. Az miqdar sulfat turşusu məhluluna artıqlaması ilə NaOH məhlulu əlavə edilməlidir;

2. Az miqdar NaOH məhluluna artıqlaması ilə H2SO4 məhlulu əlavə edilməlidir;

3. Eyni mol miqdarında NaOH qələvisi ilə sulfat turşusu məhlulları qarışdırılmalıdır;

4. Natrium-oksidi ilə sulfat turşusu eyni mol miqdarında qarışdırılmalıdır.
A) 1, 2 B) 2, 3 C) 3, 4 D) Yalnız 2 E) Yalnız 3


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin