Test (K.IX. 1.1. QS.2)
1. Yalnız molekulyar quruluşlu maddələrdən ibarət sıranı göstərin:
A) Qrafit, silisium, fosfor, kükürd.
B) Azot, kükürd, hidrogen-sulfid, ammonyak.
C) Silisium-dioksid, karbon-dioksid, azot-dioksid, fosfor oksid.
D) Dəmir(II)oksid, karbon-monooksid, maqnezium-oksid, hidrogen xlorid.
E) Civə, natrium-xlorid, hidrogen-bromid, natrium-sulfat.
2. Natrium-xlorid birləşməsi üçün doğru olmayan fiziki xassə hansıdır?
A) Suda həll olur.
B) Şor dadı var.
C) Bərk maddədir.
D) Atom kristal qəfəsinə malikdir.
C) Suda məhlulu elektrik cərəyanını keçirir.
3. Pentanın neçə quruluş izomeri var?
A) 2 B) 3 C) 4 D) 5 E) 6
4. CH3 – CH – CH2 – CH3
|
CH3 quruluşlu karbohidrogeni beynəlxalq nomenklatura ilə adlandırın:
A) 2-metil butan
B) 3-metil butan
C) Dimetil etil metan
D) 1,1-dimetil propan
E) İzobutan
5. Maddənin qrafik formulu nəyi göstərir?
A) Kristal qəfəsinin quruluşunu
B) Maddənin hansı hissəciklərdən ibarət olmasını
C) Maddənin fəza quruluşunu
D) Maddənin kimyəvi quruluşunu (tərkibindəki atomların birləşmə ardıcıllığını)
E) Maddənin elektron quruluşunu
6. Metalların kristal qəfəsinin quruluşu necə təsvir olunur?
A) Kristal qəfəsinin düyünlərində yalnız metal atomları yerləşir.
B) Kristal qəfəslərinin düyünlərində həm atomlar və həm də ionlar yerləşir, atom və ionların arasında isə hərəkətli elektronlar olur.
C) Kristal qəfəsinin düyünlərində yalnız metal ionlar yerləşir.
D) Kristal qəfəsinin düyünlərində metal ionları yerləşir, onların arasında isə hərəkətli elektronlar olur.
E) Kristal qəfəsinin düyünlərində molekullar yerləşir.
7. Fosfor və kükürdün kristal qəfəsi hansı hissəciklərdən təşkil olunur?
A) Atomlardan B) İonlardan C) Polyar molekullardan
D) Qeyri-polyar molekullardan E) Həm molekullardan, həm də ionlardan.
8. Kristal qəfəsi qeyri-polyar molekullardan təşkil olunan maddələrin doğru olan fiziki xassəsini göstərin:
A) Elektriki yaxşı keçirirlər
B) İstiliyi yaxşı keçirirlər
C) Suda yaxşı həll olurlar
D) Asan əriyir və qaynayırlar
E) Plastikliyi yüksək olur
9. Metalların hansı fiziki xassəsi doğru deyil?
A) Elektriki yaxşı keçirirlər.
B) İstiliyi yaxşı keçirirlər.
C) Döydükdə yastılanırlar (plastikdirlər).
D) Döydükdə qırılırlar (kövrəkdirlər).
E) Səthi parlaqdır, işığı qaytarırlar.
10. CH3
|
CH3 – CH – CH – CH3
|
CH3 quruluşlu maddəni səmərəli (rasional) nomenklatura ilə adlandırın.
A) Tetrametil etan
B) Dimetilizopropil metan
C) 2,3-dimetil butan
D) İzoheksan
E) 2-metil, 3-metil butan
Dostları ilə paylaş: |