II Təlim strategiyaları 2.1. Kimya fənnin təliminin təşkilinə verilən əsas tələblər. İnsana lazım olan biliklərin kəskin və sürətlə artdığı hazırki dövrdə tədris prosesi zamanı çoxlu miqdarda faktların, hadisələrin mənimsənilməsini və yadda saxlanmasını əsas meyar kimi götürmək olmaz. İndi, şagirdlərdə müstəqil şəkildə öz biliklərini zənginləşdirmək vərdişləri yaratmaq və onların elmi informasiyalar bolluğundan baş çıxarmaq, özünə lazım olanları axtarıb tapmaq bacarıqlarını inkişaf etdirmək daha vacib sayılır. Bu baxımdan və dövrün tələblərinə uyğun olaraq kimyanın tədrisi və təlimi zamanı aşağıdakı ümumi prinsiplərə əməl olunmalıdır: