VII sinif.
1. «Maddə və maddi aləm» məzmun xətti.
K.VII.1.1. QS.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi.
1.1.1. Q.4. Maddələrin ümumi təsnifat sxemini tərtib edir və növlərinə aid misallar göstərir. Qarışıqları və mürəkkəb maddələri dörd xüsusiyyətinə görə fərqləndirir.
1.1.1. Q.3. Bəsit maddələri fiziki xassələrinə görə fərqləndirir. Maddələrin ümumi təsnifat sxemini tərtib edir. İki əlamətinə görə mürəkkəb maddələri və qarışıqları fərqləndirir.
1.1.1. Q.2. Qarışıqlarda maddələri bir neçə üsulla ayırır. Maddələri təsnif edir.
1.1.1. Q.1. Saf, bəsit və mürəkkəb maddələrə tərif verir.
Məqsəd: «Saf maddə» və «qarışıq maddə» anlayışlarının mahiyyətini izah edir; bəsit və mürəkkəb maddələri tərkibinə görə, bəsit maddələri fiziki xassələrinə görə qruplara bölür; yeni və müxtəlif cinsli qarışıqlarda maddələrin ayrılması üsullarını şərh edir, mürəkkəb maddə və qarışığı xüsusiyyətlərinə görə fərqləndirir.
Dostları ilə paylaş: |