Test (K.VIII. 1.1. QS.1)
1. Yalnız oksidlərin formulu olan sıranı göstərin:
A) HCl, CaO, NaOH B) H2SO4, Ca(OH)2, SO2
C) SO3, P2O5, Na2O D) KCl, KOH, K2O
E) SO2, MgO, HNO3
2. Yalnız əsasi oksidlər olan sıra hansıdır?
A) ZnO, MgO, SO2 B) SO2, P2O5, CO2
C) MgO, FeO, CaO D) Al2O3, SO3, NO2
E) K2O, CO, N2O
3. Yalnız turşular olan sıranı göstərin:
A) Na2SO4, NaOH, HCl B) H2SO4, H2CO3, HCl
C) Al(OH)3, H2SiO3, H2S D) SO3, HCl, KOH
E) H2SO4, CO2, HNO3
4. Hansı sırada əsasların tərifi düzgün verilmişdir?
A) İki elementdən biri oksigen olan mürəkkəb maddələr.
B) Metal atomu ilə turşu qalığından ibarət olan mürəkkəb maddələr.
C) Metal atomu ilə əvəz olunan hidrogen atomundan və turşu qalığından ibarət olan mürəkkəb maddələr.
D) Metal atomu ilə hidroksil qruplarından ibarət olan mürəkkəb maddələr.
E) Metal atomu, hidrogen atomu və turşu qalığından ibarət olan mürəkkəb maddələr.
5. Müasir beynəlxalq nomenklatura ilə P2O5 oksidini adlandırın:
A) Fosfor (V) oksid
B) Fosfor-2, oksigen-5
C) Fosfat turşusunun anhidridi
D) Difosforpentaoksid
E) Difosfortetraoksid
6. Yalnız amfoter əsaslardan ibarət olan sıranı göstərin:
A) NaOH, Fe(OH)3, Al(OH)3, B) KOH, Fe(OH)2, Be(OH)2
C) Mg(OH)2, Zn(OH)2, Cu(OH)2 D) Zn(OH)2, Be(OH)2, Pb(OH)2
E) Al(OH)3, Mg(OH)2, Cr(OH)3
7. Yalnız duz əmələ gətirməyən oksidlərdən ibarət sıra hansılardır?
1. CO 2. CO2 3. NO 4. NO2 5. N2O 6. Na2O
A) 1, 2, 3 B) 2, 3, 4 C) 1, 3, 5 D) 2, 4, 6 E) 1, 3, 6
8. İkiəsaslı oksigensiz turşu hansıdır?
A) H2SO3 B) H2S C) H2CO3 D) HF E) H2SiO3
9. Normal duz, turş duz və əsasi duzdan ibarət olan sıranı göstərin:
A) Na2SO4, NaNO3, NaHSO4 B) NaHSO4, MgHPO4, MgCl2
C) Cu(OH)Cl, CuSO4, NaHCO3 D) Na2CO3, NaHCO3, NaKSO4
E) Mg(OH)Cl, (CuOH)2SO4, CuSO4
10. Hansı sıradakı duz düzgün adlandırılmayıb?
A) Na2SO4 - natrium-sulfat
B) Mg(OH)Cl – magnezium-əsasixlorid
C) Cu(OH)Cl – mis-əsasixlorid
D) MgSO4 – maqnezium-sulfat
E) Al2(SO4)2 – alüminium-sulfat
Dostları ilə paylaş: |