2. «Kimyəvi hadisələr» məzmun xəttindən K. VIII. 2.2. QS.5 qiymətləndirmə standartı əsasında hazırlanmış test nümunəsi.
K. VIII. 2.2. QS.5 Kimyəvi reaksiya tənliklərinin tərtib edilməsinə və tənliklər üzrə hesablamalar aparılmasına aid qiymətləndirmə sxemi.
2.2.1. Q.4 Oksidlər, əsaslar, turşular və duzların alınma üsullarına, kimyəvi xassələrinə aid ən mühüm reaksiyaların tənliklərini tərtib edir və tənliklər üzrə hesablamalar aparır.
2.2.1. Q.3 Oksidlər, əsaslar, turşular və duzların alınma üsullarına, kimyəvi xassələrinə aid 2-3 reaksiyanın tənliklərini tərtib edir və sadə hesablamalar aparır.
2.2.1. Q.2 Oksidlər, əsaslar, turşular və duzların alınma üsullarına, kimyəvi xassələrinə aid 2-3 reaksiyanın tənliklərini tərtib edir.
2.2.1. Q.1 Oksidlər, əsaslar, turşular və duzların kimyəvi xassələrinə aid sadə reaksiyaların tənliklərini tərtib edir.