Jan Valjan qardaşım, siz artıq şərə tabe deyilsiniz, xeyirin ixtiyarındasınız. Mən sizin ruhunuzu satın alıram. Mən sizin ruhunuzu qara fikirlərdən və zülmət dünyasından xilas edib Allaha tapşırıram.
“Yepiskop hər cəhətdən doğrudan da mömin, səmimi, ədalətli, ağıllı və ləyaqətli bir adam idi,
Cənab Madlen Fantinanın əlini buraxaraq, gözlərini endirərərk dərin fikirlərə dalmışdı.
Onun üçün Jan Valjan əsrarəngiz bir adam, ələ keçməyən mübariz idi.
Javer bu iyrənc sözləri kimə deyə bilərdi?
Javer bütöv xasiyyətli adam idi, heç bir etiraza yol verməzdi.
Jan Valjan döngənin sonunda dumanlı bir şəkildə görünən küçəyə yetişmək üçün sola doğru yenicə dönmək istəyirdi ki, hərəkətsiz dayanmış bir kölgə gördü.
Başda Javerin uzun kölgəsi görünən bu əsgər dəstəsi yavaş-yavaş və ehtiyatla yaxınlaşırdı.