Viktor Hüqo “ Səfillər” Səfillər



Yüklə 30,98 Kb.
səhifə1/4
tarix10.11.2022
ölçüsü30,98 Kb.
#119244
növüYazı
  1   2   3   4

Ad: Nərgiz


Soyad:Muradzadə
Fakültə:İngilis dili müəllimliyi
Qrup:406 B
Müəllim:Aynur Sadıqova
Fənn:bNitq Medeniyyeti
Mövzu : Viktor Hüqo “ Səfillər”

Viktor Hüqo “ Səfillər”


Səfillər (fr. Les Misérables) — yazıçı Viktor Hüqonun 1862-ci ildə nəşr olunmuş və XIX əsrin ən mükəmməl nəsri hesab edilən fransız romanı. Romanda XIX əsrin əvvəllərində on yeddi il ərzində (1815-ci ildən başlayaraq 1832-ci il İyun qiyamına qədərki dövrdə) bir neçə fransız obrazın həyatı və qarşılıqlı münasibətləri izlənilir.
HİSSƏLƏR

  • Fantina

  • Kozetta

  • Marius

  • Plüme küçəsinin idilliyası və Sen-Deni küçəsinin epopeyası

  • Jan Valjan

Romanın əsas obrazı olan Jan Valjan bacısının övladı acından ölməsin deyə oğurluq edib həbs olunan gəncdir. 5 il cəza alan Jan bir neçə dəfə həbsxanadan qaçmağa cəhd etdiyinə görə cəzasını 19 il çəkməli olmuşdu...


Həbsxanadan çıxıb azadlığa qovuşan Valjan artıq çox fərqli bir insandı. Yenidən həyata tutunmağa çalışsa da, keçmiş məhkum olduğundan cəmiyyət tərəfindən qəbul olunmur. Nə qarnını doydura biləcək çörək, nə də soyuq günlərdə qala biləcək yer tapır.
Daha sonra bir yepiskopla qarşılaşan Valjan bir qədər ümidlənir. Yepiskop ona qalmağa yer və yemək verir. Fəqət həbsxanada yaşadıqları və azadlığa çıxandan sonra cəmiyyətin rəftarı onun bütün hiss və duyğularını itirməsinə səbəb olur. Valjan yepiskopun sahib olduğu bütün gümüş və qiymətli əşyaları oğurlayıb qaçır. Lakin bu qədər yüklə yaxalanması uzun sürmür. Qiymətli əşyaları ilə birlikdə yepiskopun hüzuruna gətirilən Jan gözləmədiyi hadisə ilə qarşılaşır.
Yepiskop bu əşyaların hədiyyə olduğunu və oğurlanmadığını deyir və Valjanin sərbəst qalmasına yardım edir. Daha sonra yepiskop ona daha iki gümü şamdan verir və bir tek şey: bütün bu gümüşləri yaxşı insan olmaq yolunda xərcləməyi istəyir. Bu hadise Jan Valjanin yox olan duyğularını yenidən geri qaytarır.
İllər sonra Jan Valjan saxta kimlik sənədi ilə iş həyatına başlayır və uğur qazanır. O artıq zəngindir və qəsəbənin ən sevilən insanlarından biridi. Amma keçmişi onu daim təqib edir. Onun əslində kim olduğundan sadəcə bir polis məmuru Javer şüphələnsə də, əlindən heç bir şey gəlmir. Daha sonra Jan Valjanin həyatına ciddi təsir edə biləcək bir qadın girəcək...
Fantina Valjanin fabrikində çalışan və kiçik qızı olan kasıb bir qadındı. Zamanının əxlaq anlayışı atası bəlli olmayan uşaq anasına bir o qədər də müsbət baxmadığından işini itirən bu qadın qızı üçün hər cür fədakarlığa hazırdı.
Günlərin birində həbs olunma təhlükəsi ilə qarşılaşan Fantinanı Jan Valjan xilas edir və onu xəstəxanaya yatırır. Lakin Fantina yaşadığı əzablara dözməyərək ölür. Jan Valjandan qızına sahib çıxmasını istəyir. Jan da öz növbəsində ona söz verir.
Jan Valjanin həyatı yenidən dəyişimə məruz qalır. Özünə oxşayan və Jan Valjan iddiası ilə günahsız biri həbs olunur. Öz yerinə başqasının tutulmasını vicdanına sığdırmayan Valjan əslində kim olduğunu açıqlamaq qərarına gəlir. Amma Fantinaya verdiyi söz onu bu addımı atmasına mane olur. Onun qızı Kozettanı himayəsinə götürür və yeni həyata başlayır.
İllər keçir Kozetta artıq böyümüş və gözəl bir qız olmuşdu. Jan Valjan saxta kimlikli həyatına davam etsə də polis müfəttişi Javer onun izini buraxmır. Bu sırada Kozetta Marius adlı bir gəncə aşiq olur. Amma Javer Valjanin, əslində, kim olduğunu tapır və gənc sevgililər ayrılmaq məcburiyyətində qalırlar. Hadisələrin gedişatı bu cür davam edən anda qiyam baş verir.
Kozettanin sevgilisi və polis memuru Javer qiyamçılar sırasında olurlar. Onlara edam cəzası verilir. Bu sırada Jan Valjan yenidən ortaya çıxır və edam etmə vəzifəsi ona verilir. Lakin Jan polis memurunun qaçması üçün şərait yaradır. Bu sırada qarşıdurmalar yenidən başlayır və Marius ağır yaralanır. Onun həyatını xilas eden Jan Valjan Mariusu xəstəxanaya aparır.
Daha sonra Marius sağalır və Kozetta ilə evlənir. Jan Valjan da bir müddət sonra həyatdan köçür. Bir zamanlar yepiskopun ona verdiyi iki gümüş şamdanı heç vaxt yanından ayırmır və sonda da məzarının başına qoyulur.


  1. Gümüşləri verərkən yepiskopun dediyi sözlər Jan Valjanın qəlbində dərin iz salaraq məşələ çevrilmişdi.


  2. Yüklə 30,98 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin