Vilayət bağçası beşİncİ cİld



Yüklə 1,05 Mb.
səhifə13/22
tarix14.07.2018
ölçüsü1,05 Mb.
#56585
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

Tələbə amalları16

Bismillahir-Rəhmanir-Rəhim.


Tələbə və özünəinam

Kaş vaxt çox olaydı və mən danışmaq istəyən digər əziz gənclərin çıxışlarını da dinləyəydim! Əvvəla, ona görə ki, çox az yerlər istisna olmaqla, sizin dediklərinizin hamısı mənim qəbul etdiyim sözlər idi. Güman ki, digərləri də çıxış etsəydilər, quruluşa, xüsusən də tələbə təbəqəsinə yaraşan məqsəd və ideallar haqda danışacaqdılar. İkincisi də buna görə ki, bu məclis mənim danışmağım üçün deyil. Mən həmişə söhbət edirəm, tələbələrlə çoxlu məclislərim olur, siz xəbərlərini eşidirsiniz. Ümumi camaatla da söhbət edirəm. Bu məclis daha çox ondan ötrü idi ki, dialoq qurulsun, tələbə özünəinam hiss etsin. Bilsin ki, ölkənin ümumi məsələlərində, yaxud ən azı tələbəyə aid ümumi məsələlərdə fikir bildirə bilər. Bu gün ölkənin buna, yəni özünəinama ehtiyacı var.

Siz əziz gənclərin bəzisi dedilər ki, hansı işlər görülmüşdür. Yaxşı sualdır, bunun cavabını axtarmaq lazımdır. Siz deyirsinizsə, heç şübhəsiz, bəziləri fikirləşəcək, istər ədalət, istər elm və yaxud digər sahələrdə bunun cavabını tapmağa çalışacaqlar.

Mən demək istəyirəm ki, sizin buraya gəlib ölkə və cəmiyyətdə belə bir fikri ortaya atmanız və onun yayılması ən əhəmiyyətli məsələdir. Bizim buna ehtiyacımız var. Biz istəyirik ki, gəncimiz düşünməli, düşüncəsini ortaya qoyub tələb etməli olduğunu duysun. Biz nümayişkaranə iş görmək istəmirik, buna ehtiyacımız da yoxdur. Bizim ehtiyacımız var ki, bizim gəncimiz, xüsusən də ölkə miqyasında çoxlu sayda olan tələbə təbəqəsi özündə bu hissi gücləndirsin ki, ölkənin gələcəyində rolu və məsuliyyəti var. Bu sahədə öz üzərində vəzifə hiss etsin və bunun üçün çalışsın.


Gənc və siyasi məsələlərdə ciddilik

Mənim beynimdə bir əsas məsələ var idi, imkan tapanda onu sizə demək istəyirdim. O məsələ budur ki, biz əziz gənclərimizdən, qız və oğlanlardan ölkənin əsaslı məsələlərində ciddi olmalarını və ciddi rəftar etmələrini gözləyirik. Təklif edirəm ki, bu ciddilik üzərində düşünəsiniz. Sonra görəcəksiniz ki, ətrafda baş verən işlərin çoxu ciddi olmamaqdan qaynaqlanır.

Kumeyl duasında oxuyuruq ki, İlahi, Sənə xidmət üçün mənim bədən üzvlərimi gücləndir, sümüklərimi bərkit və Sənin qorxunda mənə ciddilik bəxş et. Elə bilməyin ki, bu dualar təkcə tövbə və yalvarmadır. Düzdür, bunların böyük dəyəri var. Lakin bu tövbə və münacatlara həyat üçün vacib bilgilər yerləşdirilmişdir. Bu dualar İslam maarifi bulağıdır.

Öhdəmə düşən xidmətləri yerinə yetirmək üçün məni fiziki baxımdan gücləndir, mənim iradəmi möhkəm et, mənə ciddilik ver ki, əhəmiyyətsiz saymayım və oyuncaq hesab etməyim.


Gənclər və ədalət məsələsi

Mənim ədalət məsələsini sizinlə və gənclərlə bölüşməyimin mənası bu deyil ki, qeyri-gənclərə bunu deməmişəm. Dostların birinin toxunduğu və 2-3 il bundan əvvəl bir tələbə təşkilatına yazdığım məktubdan qabaq ədalət məsələsini on dəfələrlə icra vəzifəsi olan məmurlarla bölüşmüşəm. Bəzi işlər də görülüb, lakin bütün bu işlərin güclənməsi üçün dəstək lazımdır. Bu tələb və istək dəstəyini siz təmin edirsiniz. İstək və tələbdə məqsəd bu deyil ki, insan yumruğunu düyünləyib bir şey istəsin. Xeyr, bilin ki, bu tələb lazımdır, buna cəmiyyətin ciddi və həyati ehtiyacı var. Buna inanmanızın özü ən mühüm tələbdir. Bu sizin danışığınızda, işinizdə, rəftarınızda, siyasi, dini və ictimai hərəkətinizdə özünü göstərəcək.


Gənclər və Proqramlaşdırma hərəkatı

Mən mənası elmin təqlid və tərcümə vəziyyətindən çıxması olan elm istehsalı, yaxud Proqramlaşdırma hərəkatını irəli sürəndə məsələ bu qədər aktual deyildi. İndi hansı universitetə gedirəmsə, görürəm müəllim, tələbə və tədqiqatçı Proqramlaşdırma hərəkatından danışır. Bu, yaxşı haldır. Bir toplumda yaranan inam güclü və müntəzəm hərəkətin dayağıdır. Biz bunu istəyirik. Mən deyirəm ki, siz bu məsələlərdə ciddi olmalısınız. Ölkə məsələlərini və gələcəyi oyuncaq hesab etmək olmaz.

Buraya təşrif buyurmuş sizlər, mənim əziz övladlarım olan tələbə oğlan və qızlar hamınız dindar, dini təməllərə və İslam maarifinə etiqadlı tələbələrdənsiniz. Tələbə zümrəsi əksərən etiqadlı insanlardır, amma mən istəyirəm ki, ölkə tələbələrinin çoxu tələbə amallarına qarşı məsuliyyət hissinə malik olsunlar. Bu amallardan birincisi elm, ikincisi ədalətsevərlik, üçüncüsü isə azadfikirlilik və azadlıqsevərlikdir.
Azadlıqsevərliyin mənası və istiqaməti

Azadlıqsevərlik təkcə məhdud siyasi mənada başa düşülməməlidir. Siyasi və ictimai azadlıqlar da bəşərin mühüm azadlıqlarındandırlar. Biz özümüz bu azadlıq uğrunda döyülmüşlər və həbsxanaya düşmüşlərik. Siyasi azadlığın mənasını anlayırıq, amma deyirik ki, bəzi şəxslər siyasi azadlıq şüarı ilə dünyanın siyasi güclərinin - ABŞ-ın hakim rejiminin, dünyanın hər bir faşistdən pis olan, amma zahiri baxımdan demokrat görünən faşistlərinin, siyasətə yeni qoşulmuş təəssübkeş və neo-mühafizəkar qurumların İran barədə ən qatı antiazadlıq şüarlarının həyata keçməsini istəyirlər. Bunlar azadlıqsevərdirlər?! Bu azadlıqsevərlik və siyasi azadlıq üçün çalışmaqdır?! Mənası və xülasəsi ABŞ-ın bu ölkədə öz əlaltısını hakim etmək olan azadlıqsevərlik şüarı, ona yüz növ azadlıqsevərlik bəzəyi, rəngi və yağı vursalar da, azadlıqsevərlik deyil. Bu şüar yalançı, əsarət və xəyanət şüarıdır. Mənim dediyim məntiqlə azadfikirliliyi daha dərin mənalandıraq ki, burada da öz təsirini göstərsin. Azadfikirlilik azad düşünmək, azad qərar qəbul etməkdir, tərcümə və təqlid formasında və təlqinin təsirindən Qərb təbliğatının dalınca hərəkət etməməkdir. Bu baxımdan, elmə, məlumata, siyasi rəftara, normal siyasi və ictimai şüarlara, söz və istəklərə də şamil olur. Bu gün Qərb “demokratiya” deyirsə, biz fikirləşməliyik, azadfikirlilik budur; görək onun dediyi doğrudurmu; görək demokratiya mütləq surətdə dəyərdir, yoxsa yox?


Məsləhəti düşünmək, yoxsa amalı istəmək?

Əziz tələbələrin biri dedi ki, siz tələbələrin məsləhət fikirləşən olmasını istəmirsiniz. İndi biz olduq amalçı, bəs nə üçün bəzən icra qurumları məsləhət düşünürlər. Bunları necə başa düşmək olar? Mən bir məsələni deyim ki, məsləhəti düşünmək pis, mənfi bir şey deyil. Məsləhəti düşünmək - məsləhət olan işi görməkdir. Bu, pis bir iş deyil. Bunu bilin ki, ölkənin icraçı qurumu özünün dünyadakı çox çətin münasibətlərində bəzən iki yolayrıcında qalır, bəzi məsləhətləri nəzərə almağa məcbur olur, çünki ölkənin idarəsi və icra işi çox çətindir. Sanki bir nəfər çətinliklə və addım-addım dağa qalxan bir alpinistə televizorda baxır, öz-özünə deyir ki, ey tənbəl, bir qədər tez ol, bir qədər cəld addım at. O, televizor qarşısında oturub, bir neçə min metrlik hündürlükdə və o vəziyyətdə deyil ki, işin nə qədər mümkün olduğunu bilsin. Bu misal güləş, yaxud futbol yarışını televizordan seyr edən insana da aiddir. Mütləq görmüsünüz ki, bəzi futbol tamaşaçıları dayanmadan pərəstiş etdikləri oyunçulara göstəriş verirlər: "Tənbəl, vur, zərbə vur!" Hər halda, ölkənin idarəsi çətin bir işdir və bunun üçün məsləhətin heç bir eybi yoxdur. Biz onlara irad bildirmirik, amma çalışırıq ki, həmişə məsləhətdə qərq olmasınlar. Mən öz məsuliyyətimə uyğun olaraq bu məsələni diqqətdə saxlayıram.

Əgər siz gənclər ideal zirvələrə baxışı kənara qoysanız, pis hal yaranar. Sizin amalçı təsəvvürünüz və məmurların çıxılmaz vəziyyətdə məsləhətə üz tutması mötədil və yaxşı bir şey əmələ gətirəcək. Lakin siz də məsləhət dalınca düşsəniz və məsləhətçilik təmayülü, yəni reallaqlarla yüz faiz barışmaq tələbənin və gəncin beyninə və ruhuna daxil olsa, o zaman hər şey məhv olacaq. Bəzi amallar kökündən itəcək. Tələbələr amalçılığı buraxmamalıdırlar. Mənim siz əzizlərdən gözlədiyim budur ki, bütün sahələrdə məlumatınızı dərinləşdirin və gücləndirin.
Universitetin əsas qüvvəsi

Mənim universitetlər barədə fikrim budur ki, bizim universitetlərimiz tələbə və müəllim baxımından çox yaxşıdır. Bu o demək deyil ki, universitetlərdə yaramaz adam yoxdur. Harada yaramaz və pis adam yoxdur ki?! Demək istəyirəm ki, müəllim və tələbələr təbii və fitri olaraq yaxşı, mömin və pakdırlar. Bu müsbət cəhətləri gücləndirmək lazımdır.


Yaxşı istedadlar

Universitetlərdə çox yaxşı istedadlar var. Ümumilikdə tələbələrin vəziyyəti yaxşıdır, ölkənin son iyirmi ilə nisbətən elm və təhsil imkanları on qat artıb; halbuki dünyada orta inkişaf göstəricisi son qırx ildə altı dəfə artmışdır. Bu baxımdan, inkişafımız yaxşı olmuşdur. Lakin düşmənlər mane olmaq istəyirlər. Diqqətinizi toplamalısınız. Buna imkan verməyin, bilin ki, bütün bu amalları həyata keçirmək mümkündür; bu şərtlə ki, sizlər səhnədə olasınız. Allaha şükür olsun ki, səhnədəsiniz. Allah-Taala hamınızı qorusun!

Dostların etimad, əməkdaşlıq və digər məsələlər barədə dedikləri yaxşı məqamlardır. Ümidvarıq ofisimizdən gəlmiş dostlarımız bunları toplasınlar ki, istifadə olunsun.

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin