Vilayət bağçası beşİncİ cİld


Mədəni və milli kimliyin qorunması2



Yüklə 1,05 Mb.
səhifə2/22
tarix14.07.2018
ölçüsü1,05 Mb.
#56585
1   2   3   4   5   6   7   8   9   ...   22

Mədəni və milli kimliyin qorunması2

Bismillahir-Rəhmanir-Rəhim.


Çox xoş gəlmisiniz. Sizin kimi uğurlu və mömin gəncləri görməyə çox sevinirəm. Biz xaricə hər bir tələbə göndərdikdə əslində, ölkənin gələcəyinə ehtiyat ayırmış oluruq. Bu, İran xalqının öz övladlarını və ciyərparələrini təhsil üçün ölkədən xaricə göndərməkdə bəslədiyi ümiddir. Əlbəttə, bu arada İslam birliklərinin özəl yeri var. O da budur ki, özlərini gələcəyə hazırlamaq kimi mühüm bir xüsusəyyətdən əlavə, həm də bizim ölkəmizin, xalqımızın dəyər, etiqad və düşüncə səfiridirlər. İslam birliyi harada faəliyyət göstərsə, əslində, tələbələrdə müsəlman kimliyini və xalqımızın uca amallarını yaşatmaq məsuliyyətini hiss edir. Bu, çox əhəmiyyətli məsələdir.
Tələbələr, milli kimlik və xaricdə təhsil

Bir dönəmdə bizim ölkənin cavan nəslinin başına böyük bir bəla gəldi. O da bu idi ki, onlar elm öyrənmək üçün başqa ölkələrə getdilər; elm öyrəndilər, amma daha əhəmiyyətli bir şeyi unudub orada qoydular. Bu, onların mədəni və milli kimliyi idi. Onlar qayıtdıqları ölkədə dəyərli alim olmalarına baxmayaraq, bir əcnəbi kimi rəftar etdilər, öz ölkələrinin və xalqlarının köklü məqsədlərinə lazımi xidməti göstərə bilmədilər. Bir dönəmdə bizim ölkəmizdən gedib Avropada təhsil alanların çoxu asılılığa səbəb oldular. Çünki öz kimliklərini, milli mənliklərini itirmişdilər.

Bir xalq o zaman inkişaf və tərəqqiyə nail ola bilər ki, elmi öz milli iqtidarına vasitə etsin. Əgər bir ölkəni başucalığından və milli qürurundan ayırsalar, qlobal güclərin alətinə çevrilər. Bunun da dəyəri yoxdur. Düzdür, inqilabdan sonra bizim tələbələrimizin vəziyyəti tamamilə dəyişib, İslam birlikləri fəaliyyətə başlayan zamandan və dəyərlər sahəsində çalışanların fəallığı artandan, çox yaxşı işlər görülmüşdür. Mənim məlumatım qədərincə, Şərqi Avropanın İslam birliklərinin - yəni siz əziz qardaş və bacıların İslam dəyərləri, milli iqtidar və istiqlaliyyəti qorumaq sahələrində fəaliyyəti dəyərli olmuşdur. Bu, düzgündür. Bu gün kimlərinsə elm və texnologiya öyrənmək bəhanəsilə Qərbdən asılılığı təklif etmələri mürtəcelik, gerilikdir. Əcnəbi gücdən asılı olmaq xalqa başucalığı gətirmir, amma elm öyrənmək lazımdır.
Elm şagirdliyi və elmin istehsalı

Təhsil məqsədilə ölkədən xaricə gedən tələbələrə həmişəki tövsiyəm budur ki, özünüz üçün bacardığınız qədər elmi ehtiyat toplayın və başqalarından öyrənin. İnsan lazım olduqda şagirdlik etməli və öyrənməlidir. Lakin mühüm məsələ budur: xalq və gənc nəsil bilsin ki, həmişə şagird qalmamalı, elm istehsalı üçün başqalarına əl açmamalı, özü istehsal etməlidir. Bu imkanlardan sözügedən məqsəd üçün istifadə edin. Əmin olun ki, Allah-Taala hər bir işdə olduğu kimi, elm öyrənmək sahəsində də çalışan bir ölkəyə və xalqa kömək edəcək. Bu, Allahın qanunudur. Kim hansı yolda çalışsa, Allah-Taala o yolda ona kömək edəcək. Bu, Quranın açıq ayəsidir: istər dünya üçün, istər özləri üçün, istər amalları üçün, istərsə də xalqları üçün çalışanlara. kömək edəcək. Buna görə də, dünyada elm sahəsində çalışanlar tərəqqiyə nail oldular. Elmi tərəqqi heç bir ölkənin ideya və təfəkkürünün haqq olmasına dəlil deyil, lakin düzgün planlaşdırmanın və ciddi fəaliyyətin göstəricisidir. Göstərir ki, bu xalqda ciddi iradə olmuş, çalışmış, yaxşı planlaşdırmış və uğur qazanmışdır.

Bəzən də elmin zirvəsinə çatmış bir ölkə onu digərlərinin alim olmasının və həyat mənbələrinə malik olmasının qarşısını almaq üçün işlədir. Qlobal güclərin yeni mürəkkəb müstəmləkə dövründə və bu günə qədər bu, baş vermişdir. Böyük güclər digərlərinin sərvətlərini talayıb özlərinin başından vurmaq, başqa xalqların inkişafına mane olmaq üçün elmdən istifadə etdilər. Hər halda, proqramla işlədilər, yaxşı iradə göstərdilər, yaxşı idarə etdilər və buraya çatdılar. Əlbəttə, indi ondan çirkin və yanlış yolda istifadə edirlər. Siz də çalışsanız, yaxşı planlaşdırsanız və yaxşı iradə göstərsəniz, bugünkü dünyada həmin dəyərli nailiyyəti - yəni hər bir ölkənin birinci dərəcəli inkişaf amili olan elmi əldə edəcəksiniz. Bunun üçün ölkə daxilindəki qurumlar plan hazırlamalıdırlar. Ölkədəki ali təhsil məmurlarının, xüsusən də iqtisadiyyat və sənaye sahələrinin rəhbərlərinin və tədqiqat üzrə məsul işçilərin üzərinə çox ağır vəzifələr düşür. Onlara çoxlu tövsiyələr verilmişdir. Bəzi işlərlə məşğuldurlar, yaxşı planlar hazırlayırlar. Biz ümidvarıq ki, məmurlar bu proqramları bizim xalqımızın istedadlı gəncinə yaraşan tərzdə hazırlasınlar. Hər halda, ölkədən xaricdəki gənclərimizin heç zaman unutmamalı olduqları budur ki, bütün səylərdən, imkan və istedadlardan öyrənmək üçün istifadə etsinlər. Lakin bu elmi öz milli kimlik və dəyərlərinin xidmətində işlətsinlər.
Hegemonizmin İslam dünyasında əsas proqramı

Biz İslamın sayəsində hərəkət etmək ruhiyyəsinə yiyələnmişik. İslam inqilabına görə İslam dünyasında bir oyanış yaranmışdır. Təsadüfi deyil ki, bu gün hegemonizmin və beynəlxalq istismarçılığın İslam dünyasında əsas proqramlarından biri xalqları İslamdan və Quran anlayışlarından ayırmaqdır. Hətta siyasi baxımdan amerikalılarla çox yaxşı münasibətləri olan ölkələrdə də məktəb və universitetlərdə İslam anlayışlarının və Quran ayələrinin tədrisindən narahatdırlar. Biz öyrəndik ki, onlardan bəzi Quran ayələrini tələbə və gənclər arasında yayılmasına mane olmalarını istəmişlər. Bu ona görədir ki, İslam təfəkkürü bir xalqı canlı, fəal, ümidli və hərəkətli edir. Bu ruhiyyəyə görə bir gün İslam dünyası elmin zirvəsinə ucalmışdı.


İslam dünyası dünya elminin zirvəsində

Bilirsiniz ki, İslamın gəlişindən sonra, üçüncü-dördüncü hicri əsrlərində tədricən bütün İslam dünyasında elmi hərəkət başlandı. O zaman İslam dünyası elmin zirvəsində idi. O gün Avropada, Şərqi Asiyada, Çində və digər yerlərdə İslam dünyası qədər elm yox idi. İslam dünyası elmin zirvəsinə ucalmışdı və bu, İslamın insanlara aşıladığı ruhiyyəyə görə idi. Bu gün Allahın lütfü ilə ölkəmizdə yaranmış əhval-ruhiyyəni qorumağa ehtiyacımız var. Biz İslam məfhumları ilə düzgün tanış olmalıyıq. İslam dəyərlərini qorumaq və elmi, İslamın təsvir etdiyi dünyanı yaratmaq üçün işə salmaq lazımdır. İslamın müsəlmanlar üçün nəzərdə tutduğu dünyanı elmsiz əldə etmək mümkün deyil. Quranın bir neçə yerində təkrar olunan “Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!”3 ayəsi bütün dünyaya mədəni cəhətdən qələbə çalmaq, bütün xalqların hidayətini ələ almaq və onları nura, mənəviyyata və ilahi təkamülə yönəltmək deməkdir. Elm olmadan bu böyük məqsədə çatmaq mümkün deyil. Yəni cahil və savadsız qalmaqla, elmi cəhətdən yerində saymaqla və həmişə elm istehsalçılarının əlindəkilərə möhtac olmaqla bu məqsədlərə çatmaq mümkün deyil. Bunun üçün mütləq elm istehsal etmək lazımdır. Ona görə biz ölkə daxilindəki tələbələrə, müəllimlərə və ali təhsil məmurlarına həmişə tövsiyə edirik ki, gənclərimizi elm istehsalı və yaradıcılıq ruhiyyəsi ilə yetişdirsinlər. Və siz bacarırsınız. Biz gərək "bacarırıq" devizini heç zaman unutmayaq. Bir dəfə imam gənclərə və İran xalqına müraciətlə dedi ki, siz bacarırsınız. Bu, çox mühüm devizdir. Uzun illər bizim ölkəmizdə birbaşa və dolayısı ilə təbliğat aparılıb, xalqımıza və gənclərimizə bacarmadıqlarını təlqin eləyiblər. Sanki elmi inkişaf sarıdan bizim ölkəmizin və xalqımızın qisməti bacarıqsızlıq, Qərb dünyasının, Avropanın taleyi isə inkişafdır. Bu, çox səhv və təhlükəli bir təsəvvürdür. Xeyr, siz elm zirvələrini fəth etməyi bacarırsınız. Elmin əyri-üyrü yolları ilə gedin, elmi düyünləri açın. Bəşərin əldə etməli olduğu və hələ fəth olunmamış elm və bilik zonaları olduqca çoxdur. Bəşər çox şeyləri hələ bilmir, bunları kəşf etmək lazımdır və siz bu işdə öncül ola bilərsiniz.


Milli kimlik və dəyərlər

Əlbəttə, qeyd etdiyim kimi, bu ruhiyyə o zaman yaranacaq ki, bizim gənclərimiz öz milli kimlik və dəyərlərini - bunun əsas amili əsl İslamdır - uca tutsunlar. Özündən uzaqlaşmaq, boş bir qab kimi digərlərinin istifadəsinə keçmək heç bir şeyi həll etmir. İslam birliklərinin öhdəsində gənclərdə bu dəyər kimliyini qorumaq məsuliyyəti var. Siz ölkədən xaricdə çalışan İslam birlikləri olaraq, əslində, əlavə bir iş görürsünüz; həm özünüz elm öyrənirsiniz, həm də elm öyrənənləri doğru və düzgün yolda qoruyursunuz. Bu, çox dəyərli bir şeydir.

Ümidvarıq Allah sizləri müvəffəq etsin! Mümkün olan qədər İslam mərkəzləri ilə əlaqənizi artırın ki, daha çox müqavimətlə dayanıb öz ətraf mihitinizə daha böyük təsir buraxa biləsiniz. Sizə dua edirik ki, inşallah, ölkənizə əlidolu qayıdasınız, sonrakı nəsillər üçün faydalı, ölkəniz üçün dəyərli xidmətçilər olasınız.

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin