Vilayət bağçası beşİncİ cİld


Müəllim, tələbə və dindarlıq9



Yüklə 1,05 Mb.
səhifə6/22
tarix14.07.2018
ölçüsü1,05 Mb.
#56585
1   2   3   4   5   6   7   8   9   ...   22

Müəllim, tələbə və dindarlıq9

Bismillahir-Rəhmanir-Rəhim.


Bəzi dostlar öz sözlərini deyə bilmədilər. Mən də onlar kimi təəssüf edirəm. Əgər hamının söhbət etməsi mümkün olsaydı, mənim üçün daha faydalı olardı. Hər halda, söhbət vaxtı almış qardaşlar bəzi mətləbləri buyurdular. Mən də onlardan bəhrələndim. Çox yaxşı və faydalı sözlər deyildi. Mən təəccüb etdim ki, nə üçün xanımlardan heç kim çıxış etmədi. Adətən, belə məclislərdə qadınlardan da bir neçə nəfər çıxış edir. Deyəsən, qadınlar qabaqcadan vaxt almamışdılar. Cənab Doktor Nədiminin və əməkdaşlarının tərtib etdiyi proqram belə idi ki, qabaqcadan vaxt alsınlar və çıxış etsinlər.
Elm və tədqiqata diqqət və onların idarəsi

Mənim fikrimcə, mühüm olan bəzi dostların da toxunduğu bir məqamdır. O məqam ölkədə elmə, tədqiqata, elm və tədqiqatın vəziyyətinin idarəsinə baxışdır. Bu barədə ciddi işlərin vacibliyi strateji bir məsələdir. Şübhəsiz ki, bu sahədə mənim də üzərimə məsuliyyət düşür və onunla məşğul olacağam.

Elm dəyərlidir. Onun dəyərini artıran amillərdən biri də budur ki, elm ehtiyaclara uyğun olaraq tənzimlənmiş müəyyən məqsədlərlə inkişafa doğru getsin. Cənab Rəfipurun haqlı olaraq toxunduğu fikir mexanizmi elm istehsal edən qurumlardan, alimdən, alim yetişdirən sinifdən və alimin fəaliyyət göstərdiyi mərkəzdən istifadə proqramı hazırlayıb, onların hamısından yaxşı bəhrələndirə bilər. Bunlar lazımi işlərdir, mütləq görülməlidir. Mən də Allahın lütfü ilə bu sahədə mümkün səyimi mütləq göstərəcəyəm.
Ölkənin elmi toplumundan gözləntilər

Qarşılıqlı olaraq ölkənin elmi toplumundan gözləntilər də var. Bu söz hansısa bir şəxsə, universitetə və ya mərkəzə müraciət deyil, ölkənin elmi arenasına, elm və tədqiqat sahiblərinə müraciətdir. Biz müəyyən tarixi səbəblərə görə dünyanın elm karvanından geri qalmışıq. Bunu inkar edə bilmərik. Bu bizim üz-üzə qaldığımız reallıqdır. Halbuki bizim xalqımızda alim olmaq, elmi istehsal etmək və onun sərhədlərini yeniləmək bacarığı həmişə olmuşdur. Bizə belə tarixi zülm olunmuşdur. Bu gün sizin cəmiyyətdə elmin inkişafına, həvəsə, elmin əsaslı bir məsələ kimi ortaya qoyulmasına aid müşahidə etdikləriniz inqilabdan sonrakı dövrə aiddir. İnqilabdan əvvəl elm yaddan çıxmışdı. Universitet vardı, alimlər vardılar, amma elm sözün həqiqi mənasında mühüm məsələ sayılmırdı. Uzun illər belə oldu və xalqımız elm karvanından geri qaldı.


Elmi geriliyin həlli

Biz indi bu tarixi geriliyi bir yolla düzəltmək istəyirik. Nə etməliyik? Əgər adi baxışla baxsaq, görərik ki, məsafə çoxdur. Təsadüfən, onların nəqliyyat vasitəsi də sizinkindən daha sürətlidir. Buna görə də məsafə günbəgün çoxalır. Biz buna məhkumuq. Bu doğrudurmu?! Onların getdiyi yolu biz də davam etdiririk və düşünürük ki, davam etdirməliyik; deyirik hər halda, onlar bu yolla getmişlər, gərək biz də gedək. Bu, gedilmiş yoldur, lakin onlarla bizim məsafəmiz çoxdur. Mən bir dəfə belə məclislərin birində universitetdən gəlmiş dostlara dedim ki, biz gedirdik, o, velosiped tapdı və bizimlə məsafəsini çoxaltdı. Sonra avtomobil tapdı və ondan istifadə etdi. Amma mən velosipedə indi çatmışam. Beləliklə, məsafə daha da artdı. O indi daha sürətli maşınlar əldə etmişdir. İndi mən oturub onun hərəkət tozuna tamaşa etməliyəm, yaxud bu inkişafın həsrəti ilə yanmalıyam?! Biz nə etməliyik?


Kəsə yolların kəşfi

Mənim 2-3 ildir universitetlərdə təkrar etdiyim Elm istehsalı hərəkatı bunun üçündür. Elm istehsalı - gedilməmiş yollarla getməkdir. Əlbəttə, bu o demək deyil ki, biz digərlərinin getdiyi yolu öyrənməyək və digərlərinin təcrübələrinə etinasız yanaşaq. Əslində, mənası budur ki, fikirləşək. Bu möhtəşəm dünyada və böyük təbiətdə bugünkü mütərəqqi elmin əldə etmədiyi çoxlu bilgilər var. Təbiətin hələ elmə məlum olmayan məsələləri olduqca çoxdur və böyük ehtimalla, bəşərin bu günə qədər əldə etdiklərindən qat-qat artıqdır. Diqqət etməli, düşünməli və məchul məqamların kəşfinə çalışmalıyıq. Burada deyildiyi kimi, istedadları işə salmalıyıq. Mən bilirəm ki, iranlı beyninin və düşüncəsinin belə istedadı var. Qısa yollar tapmalı, elmdə bidət və yenilikdən qorxmamalıyıq. Bu hərəkət bizim universitetlərimizdə, elmi-tədqiqat müəssisələrimizdə kütləvi şəkildə müqəddəs iş və ibadət hesab olunmalıdır. Elmin bütün sahələri belə şəkil almalıdır. Bizim düşünmək və elmi yeniliklərə nail olmaq cürətimiz olmalıdır.


Məchul yolların kəşfi

Əlbəttə, bu sözün qarşısında tam ümidsizliklə demək olar ki, digərlərinin görmədiyi hansı işi görək, hansı yolla gedək?! Amma mən düşünürəm ki, gedilməyən yolları getməyin mümkünlüyünü düşünmək, ona ümid bəsləmək olar. Bu gün dünyanın və bəşəriyyətin tanıdıqlarının çoxu bir zaman məchul idi, lakin kimlərsə cürətlə bu məchulları kəşf etdilər. Hansı səbəbə görə biz başqa bir məchulu kəşf edə bilmərik?! Bu gün hər bir yeni kəşf ən üstün elmlərdən və ən inkişaf etmiş texnologiyalardan asılı deyil. Ölkəmizin elm adamlarından bu gözlənti var. Bu hesabla universitetlərdə və universitetlərdən xaricdə tədqiqat mərkəzləri nə qədər çox olsa, bir o qədər yaxşıdır.

Əlbəttə, mən əziz dostumuzun bildirdiyi iradı tamamilə qəbul edirəm. Yəni bəzi əbəs yerlərdə pullar xərclənir, doğrudan da hədər gedir. Bu, çox düzgün fikirdir. Yersiz və mənasız əliaçıqlıqlar edilir, amma əvəzində, lazım olan yerlərdə çoxlu maddi problemlər yaranır. Bu nizamsızlıq mütləq aradan qaldırılmalıdır. Əlbəttə, bu, hökumətin işlərindəndir. Tövsiyə və təkid etmək lazımdır. Mən də inşallah, təkid edəcəyəm. Buna əsasən, bizim siz möhtərəm müəllimlərə və elmi cəmiyyətimizin, istər Tibb universitetinin, istər digər universitetlərin bütün nümayəndələrinə birinci və əsas sözümüz budur: Siz yaxşı istedad və bacarıqlara malik şəxslər kimi elm karvanından gerisiniz. Bir yol tapın. Bilinməyən məsələlərin tədqiqatçısı və araşdıranı olun. Bu ruhiyyəni universitetlərdə dirçəldin. Çoxlu məsələlər hələ kəşf olunmayıb, lakin birdən bir nəfər onları kəşf edir. Dedim ki, yeni kəşf və yeni yol tapmaq zəruri olaraq dünyada ən inkişaf etmiş texnologiyalara malik olmaqdan asılı deyil. Xeyr, müxtəlif sahələrdə özümüzdən və elmi toplumdan bunu gözləmək olar.
Müəllimin tələbəyə güclü təsirləri

Başqa bir məqam tələbələr barədədir. Mən müəllimlə tələbə arasındakı əlaqədə bir boşluq müşahidə edirəm. Bu boşluq sizin vasitənizlə doldurulmalıdır. Bizim tələbəmiz elmlə yanaşı, müəllimdən çoxlu dərslər də öyrənə bilər. Bu dərslərə misal olaraq milli qüruru, vətənə sevgini, ölkənin gələcəyinə vurğunluğu, ölkənin tarixi və keçmişi ilə fəxr etməyi göstərmək olar. Bunlar bir tələbə gəncdə çox dərin və müsbət təsirlər buraxan amillərdir.

Əlbəttə, mən bir gənci soyudub məyus edən müxtəlif amilləri inkar etmək fikrində deyiləm. Bunlar da öz yerində mövcuddur. Lakin bu da görməzliyə vurulmamalıdır ki, müəllim sinifdə tələbəsini dindar və dinə etiqadlı yetişdirə bilər. Necə ki, onu ateist və bütün müqəddəsləri inkar edən kimi də yetişdirə bilər; sinif elm və din sinfi olmasa da, fizika, biologiya, tarix və hər hansı başqa bir sinif olsa da.

Müəllim tələbəni ölkəyə bağlı və onunla fəxr edən bir insan kimi də yetişdirə bilər, laqeyd, həvəssiz, vətəninə, keçmişinə və gələcəyinə maraqsız da.

Mənim fikrim budur ki, tələbəni din əsaslarına yönəldən ən təsirli vasitə bir müəllimin sinifdə öz şagirdləri ilə paylaşdığı belə məqamlar, işarə və sözlərdir. Sizin alim etmək istədiyiniz, elm və tədqiqat ruhunu üfürmək və bir elmi şəxsiyyət kimi yetişdirmək istədiyiniz gəncə - hər bir müəllimin öz şagirdləri üçün belə arzusu var - din və iman ruhu da aşılamaq lazımdır; həm dünya və axirəti üçün faydalı olan Allaha, dinə və müqəddəslərə iman, həm də özünün milli və tarixi kimliyinə iman.
Tələbə və milli təəssübkeşlik

Tələbədə milli təəssübkeşlik oyatmalısınız. Təəssübkeşlik həmişə mənfi və pis deyil. Bəzən təəssübkeşlik olmasa, insan yüngül və çəkisiz tozlar kimi havada uçar. İnsanın şəxsiyyəti və kimliyi üçün bəzi bağlılıqlar lazımdır. Bu insan kim olursa-olsun; alim olsun, sənətkar olsun, ya başqa biri.


Allaha və müqəddəslərə imanın təsiri

Allaha, dinə, müqəddəslərə, qeybə iman kiçik dəyərlər deyil. Bunlara əhəmiyyətsiz yanaşmaq olmaz. Bunların çox əhəmiyyəti var, səadət və qurtuluşun təminatçısıdırlar. Əgər qeybə iman olmasa, çoxlu problemlər qarşıya çıxar. Bildiyiniz kimi, elm sivilizasiyanın əsasıdır. Lakin düzgün mədəniyyət üçün kifayət edən şərt deyil. Qeybə iman olmadan elmin nəticəsi bu gün dünyada gördükləriniz olur. Görün bütün dəyərinə baxmayaraq, bu gün elm dünyagirlərin və beynəlxalq dəlilərin əlində nəyə çevrilmişdir. Nə insana, nə xalqlara, nə həqiqətə bir haqq tanıyırlar, nə də doğruluğa bir dəyər. İman gəncin ürəyinə üfürülməlidir; həm dinə, qeyb aləminə, mənəviyyata iman, həm də öz milli kimliyinə, tarixi şəxsiyyətinə, keşmişinə iman.

Allah sizin hamınızı müvəffəq etsin! Mənim üçün yaxşı və xeyirli məclis idi. Ümidvaram universitet üçün, bizim və sizin müştərək istəklərimiz üçün də faydalı olsun.

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin