Camaat imamı məscidi doğrudan da öz iş yeri bilməlidir. Gərək vaxtdan öncə, hamıdan qabaq oraya getsin, məscidin vəziyyətinə baxsın, qüsurlar olsa, aradan qaldırsın, səccadəsini sərsin və xalqın gəlişini gözləsin. Gələn hər bir şəxslə bacardığı qədər təmasda olsun, onlara sevgi və hörmətini bildirsin, hallarını sorsun, problemləri olsa, imkan daxilində aradan qaldırsın. Amma təbii ki, bəzi məscidlərdə olduğu kimi, camaatın kuryeri olmamalıdır. İmam məsciddə oturmalı, xalq ona müraciət etməli, ürək sözünü deməlidir. O, özünü xalqın ixtiyarına buraxmalı, onları dinləməlidir. Namazı bitirdikdən sonra onlar üçün şəriət hökmlərindən və Quran təfsirindən danışmalı, sonra qalxıb getməlidir. Beləcə vaxtının bir saatı burada keçməlidir.