Siz əziz gənclər çalışıb düşmənin hiylələri ilə tanış olmalı və xalqda buna qarşı immuniteti gücləndirməlisiniz. Tələbələr universitetdə mənəvi və dini dəyərləri bacardıqları qədər həyata keçirsinlər və hakim etsinlər. Bu, düşməni nakam qoyan amildir. Ruhanilər bacardıqları qədər universitetlə əlaqələrini davam etdirsinlər və əlaqə də düzgün, hövzə və universitetin ehtiyaclarına uyğun olsun. Elm hövzəsi Allahın lütfü ilə son iki-üç ildə başladığı işdə, metodlarda, fəaliyyətin keyfiyyətində və beynəlxalq elmi məsələlərdə fəal iştirakında irəliləyişə sarı gedir. Bu metodları bacardığınız qədər gücləndirin. Allah-Taala da, heç şübhəsiz, kömək edəcək, yolu açacaq. Mən əminəm ki, imamın başlatdığı, əziz şəhidimiz mərhum Müfəttihin, həmçinin hövzə və universitetdə çalışmış və hamısı şəhid olmuş digər əzizlərin - mərhum Mütəhhəri, Behişti və Bahünərin çalışıb zəhmət çəkdiyi bu iş günbəgün daha da möhkəmlənəcək. Nə qədər səmərəli yoldur ki, bu əziz və parlaq şəxsiyyətlər şəhadətə də qovuşdular, görkəmli nümayəndələrinin hamısı şəhid oldular. Bu bir neçə şəhid hövzə və universitetin tam tərənnümüdürlər. Bu böyük insanların zəhmət çəkdiyi və imamın tapşırdığı bu yol inşallah, günbəgün daha da genişlənəcək və məqsədə yaxınlaşacaq.