Universitetlərə bayırdan nəyinsə təlqin edilməsinə imkan verməyin, bayırdakı siyasi xətləri əsla oraya daxil etməyin. Universitetin özünün bir qədər siyasi ab-havası var. Bu həddə yaxşıdır, eybi yoxdur. Tələbələr bir şey gördükdə etiraz edirlər, qulaqlarına bir xəbər çatdıqda tənqid edirlər, bir şeyi dəstəkləyir, bir şeylə mübarizə aparırlar. Bu, yaxşı və kifayətdir. Çox ehtiyatlı olun ki, bayırdakı davalar universitetin daxilinə yol tapmasın. Bu, universitetin və inqilabın zərərinədir. Məncə, buna tam riayət olunmur.
Əgər kimsə Doktor Şəriətiyə müxalifdirsə, bu gün bu, problemdirmi?! Doğrudan da bu gün bizim ölkəmizdə bu müzakirənin yeridir ki, deyək kim Şəriəti ilə müvafiqdir və kim müxalif? Bütün müzakirə və mübahisələr həll olunub, indi növbə bu məsələyə çatıb?! Bu məsələləri ortaya atmağa nə lüzum var?!
"Səddam ABŞ düşməni deyil!"
Fars körfəzi məsələlərinə aid bir məqamı xatırladım. Bu məsələlərin doğrudan da çoxlu tərəfləri var. Bəlkə də cənab Mühəndis Musəvinin bu məsələnin müxtəlif tərəflərindən digər qardaşlardan daha çox xəbəri var. İslam inqilabı dünya xalqlarının ABŞ əleyhinə etirazının mərkəzi olan zaman niyyəti bu deyildi, öz üzərinə düşəni yerinə yetirdi və Allah-Taala da bərəkət verdi, mərkəzə çevirdi.
Əgər Səddam bundan sonra on il də antiamerikanlıq etsə, dünyada özünə yer tapması mümkün deyil: "Yalançı çırağın işığı olmaz". Ola bilsin hansısa ölkədə bir-iki nəfər bir neçə günlük səhv etsinlər, amma özü işləri korlayacaq. Çünki ABŞ düşməni deyil.
Dostları ilə paylaş: |