Bəli, dediyim kimi, bəzən sizi buna sövq edirlər. Mən bunu başa düşürəm. Bəzilərinizin bildiyi kimi, mən bir neçə il öncədən bu universitetlərdə baş verən hadisələrin xırdalıqlarından xəbərdaram, bilirəm ki, əziyyət verirlər, qoymurlar, problem yaradırlar, bəzən ruhanini çəkişmələrə dartırlar. Lakin mümkün olan həddə müqavimət göstərmək, bu çəkişmələrin fövqündə durmaq və bütün qrupları saxlamaq lazımdır.
İslam birlikləri
İslam birlikləri doğrudan da müsəlman qüvvələri toplamaq üçün yaxşı bir imkandır. Onlar universitetlərdə çalışan ruhanilərin qolu olmalıdırlar. Əgər İslam birliyi doğrudan da ruhani ilə əməkdaşlıq etsə, onun sözünü dinləsə, tövsiyələrini ata tövsiyəsi kimi qəbul etsə, ruhaninin ona arxa və dayaq olmasına çalışsa, düşünürəm ki, universitetdə dini təfəkkürü çox yaxşı formada yaymaq olar. İndi bəzi yerlərdən xəbər alırıq ki, belə deyil. Yəni İslam birliyi ruhaniyə qarşı çıxır, yaxud qarşıdurma yaradır. Təbii ki, qüvvələr bölünür və bəzən hətta bir-birinə qarşı çevrilir.