Vilayət bağçası BİrİnCİ cİld


İslam cəmiyyətinin vilayət ətrafında birləşməsi



Yüklə 0,49 Mb.
səhifə35/317
tarix10.01.2022
ölçüsü0,49 Mb.
#110595
1   ...   31   32   33   34   35   36   37   38   ...   317

İslam cəmiyyətinin vilayət ətrafında birləşməsi


Quranda buyurulur ki, Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər.7 Allah-Taala Ona iman gətirənləri hidayət edir, sülh yollarına sövq edir. Bu, İslam cəmiyyətinin tövhid əsasında olmasına görədir. Vilayətin mənası da budur: sıx, möhkəm və ayrılmaz bağlılıq. İslam cəmiyyəti vilayət sahibidir. Yəni onun bütün hissələri bir-biri və cəmiyyətin mərkəzi olan vəli ilə birləşir. Bu bağlılığa və əlaqəyə görə İslam cəmiyyəti öz daxilində bir vahiddir və bir-birinə bağlıdır, xaricdə də özünə uyğun amilləri cəlb edir və düşmənləri uzaqlaşdırır, onlara qarşı çıxır; yəni "kafirlərə qarşı sərt, öz aralarında mehribandırlar".8 Bu, İslam cəmiyyətinin vilayət və tövhidinin nəticəsidir.
Tövhid vəhdət yaradır, şirk isə təfriqə!”

Bu tövhid təməli və həzrət Haqqın birliyinə etiqad İslam cəmiyyətinin bütün fərdi və ictimai sahələrində təsirlidir, cəmiyyəti ahəngdar, bir-birinə bağlı və vəhdətli (istiqamətin, hərəkətin və məqsədin vəhdəti) formaya gətirir. Bu cəmiyyət şirkin, müşriklərin və şirk yaradan ilahənin əksidir. Buna görə də möminlərin, saleh bəndələrin arasında nə zaman vəhdət varsa, orada tövhid və Allah da var. Harada möminlər və Allahın saleh bəndələri arasında ixtilaf varsa, heç şübhəsiz, orada şeytan və Allahın düşmənləri var. Siz harada ixtilaf görsəniz, axtarın, çətinlik çəkmədən orada şeytanı taparsınız. Yaxud öz nəfsimiz daxilində olan və əmmarə nəfs adlanan ən təhlükəli şeytanı görərsiniz. Buna əsasən, bütün ixtilafların arxasında ya bizim eqoistliklərimiz, dünyagirliklərimiz və arzularımız durur, ya da xarici şeytanlar, yəni düşmən, hegemonizm və zalım güclər.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin