Bu gün universitetdə təhsil alan şəxs bizim kimi deyil ki, aktuallığı ilə potensiallığı arasında yetmiş il fasilə olsun. Bu tələbənin potensialının aktuala çevrilməsi üçün on beş, yaxud on il vaxt lazımdır. O, yaxın gələcəkdə aktual qüvvəyə çevriləcək. Yəni iki ildən sonra bakalavr diplomu alır, beş, yaxud altı ildən sonra doktor olur, bir ixtisasa yiyələnir, iki il də ora-bura qaçır. Yəni on ildən sonra bütün qurumların çoxlu pul verib istəyəcəyi bir mütəxəssisə çevrilir. Onda o, Proqram və Büdcə Komitəsinin bir eksperti, yaxud Məskən Nazirliyinin yüksək rütbəli mühəndisi, yaxud filan siyasi idarənin müdiri olur, yaxud filan tikinti və ya təsərrüfat şirkəti açır, ölkə belə kadrların əlinə keçir. Odur ki, tələbəyə əhəmiyyətsiz yanaşmayın.