VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə34/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   30   31   32   33   34   35   36   37   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
38
Qeybət dövründə hökümtə başçılıq etmək üçün Allah-Təala
tərəfindən bir şəxsin müəyyən olunmaması halda bizim vəzifəmiz nədir?
Görəsən artıq islamı buraxmalıyıq? Hökümət qurmamalıyıq? Gözümüzün
qarşısında müsəlmanların haqları tapdalandıqda sükut etməliyikmi?
Yoxsa cəmiyyətə hökümət lazımdır. Allah qeyb dövründə müəyyən bir
şəxsi hökümtə başçılıq etməsi üçün təyin etməsə də, lakin hökumətə
başçılıq edən şəxsin xüsusiyyətlərini Həzrət Peyğəmbərin (s) zamanında
Həzrət Sahibəz-zəman (ə)-ın çağına qədər müəyyən etdiyi kimi qeybət
dövründə də müəyyən etmişdir. Yəni hökümətə başçılıq edən şəxs qanun
bilən (hüquqşünas-fəqih) və ədalətli olmalıdır. Bu iki xüsusiyyət bizim
əsrimizdə olan fəqihlərin çoxunda mövcuddur. Əgər fəqihlər birləşsələr,
dünyada ədalət bayrağını qaldıraraq ədalət hökümətini təşkil edə bilərlər.
Vilayəti-fəqih
Əgər bu iki xüsusiyyətə (rəhbərlik şərtlərinə) malik olan şəxs
hökümət təşkil etsə, o, Həzrət Rəsulun (s) cəmiyyəti idarə etməkdə malik
olduğu vilayətə malikdir və hamı onun əmrinə boyun əyməlidir.
Həzrət Rəsuli-Əkrəmin (s) ixtiyarı Həzrət Əmirin ixtiyarından çox
olması və Həzrət Əmirin hökümətdə ixtiyarı fəqihlərin ixtiyarıından çox
olması təsəvvürü batil, və səhv təsəvvürdür. Əlbəttə, Həzrət Rəsuli-
Əkrəmin (s) fəzilətləri bütün aləmdən çoxdur və ondan sonra Həzrət
Əmirin (ə) fəziləti hamıdan çoxdur. Lakin mənəviyyat üstünlüyü
hökümətə aid ixtiyarın çox olduğuna dəlil ola bilməz. Qoşun təşkil
etməkdə, icra hakimləri təyin etməkdə, vergi alıb onu müsəlmanların
xeyrinə xərcləməkdə Həzrət Rəsulun (s) və digər imamların səlamüllahi
əleyhim əcməin malik olduqları vilayət və ixtiyarlara eləcədə indiki
hökümət də mailkdir. Lakin müəyyən bir şəxs deyildir.
Vilayəti-etibari
«Həzrət Rəsulun (s) və İmamların (ə) malik olduğu vilayətə
qeybətdən sonra adil fəqih malikdir» - deməyimiz bu təsəvvürü
doğurmamalıdır ki, fəqihlərin dərəcələri Həzrət Rəsulun (s) və imamların
dərəcələri ilə eynidir. Ona görə ki, burada məqam və dərəcədən deyil,
vəzifədən danışılır. Vilayət, hökümət ölkəni idarə etməkdir və ağır bir
vəzifədir. Müəyyən bir şəxsə qeyri-adi üstünlük gətirmir; və onu adi insan
səviyyəsindən yuxarı yüksəltmir. Başqa sözlə, bəhs etdiyimiz «vilayət»



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin