VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə51/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   47   48   49   50   51   52   53   54   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
56
Əgər bir fəqih İslam qanunlarına zidd hərəkət etsə, ya «nəuzu billah»
fəsada batsa, öz-özünə hökümətdən kənara edilir, ona görə ki, etibardan
düşür.
Əslində hakim qanundur. Hamı qanunun amanındadır. Müsəlmanlar
və camaat şəriət qanunları çərçivəsində azaddırlar, yəni İslam qanunlarına
uyğun əməl etdikdə bir şəxsin haqqı yoxdur ki, ona bir söz desin. İslam
höküməti belə bir hökümətdir. Başqa hökümətlər kimi deyildir ki, hamı
ondan qorxsun və vahimədə olsun. Müaviyyə dövründə və onun kimi olan
hökümətlərdə camaat əmin-amanlıqda deyildi. Araşdırmadan məhkumu
öldürür, sürgün edir ya həbsə alırdılar. İslam höküməti təsis edilsə, hamı
qanunu nizamı altında tam əmin-amanlıqda yaşayar və heç bir hakim
şəriət qanunlarına zidd hərəkət edə bilməz.
Demək «Əmin» və «etibarlı» olmağın mənası budur ki, fəqihlər
İslamın bütün hökmlərini əmanət kimi həyata keçirməlidirlər və təkcə şəri
məsələ söyləməklə kifayətlənməməlidirlər. Məgər İmam təkcə şəri
məsələ söyləyən və təkcə qanun açıqlayan idimi? Məgər Peyğəmbər
ancaq məsələ söyləyən idilər ki, fəqihlərdə məsələ söyləməkdə onlara
«Əmin» olsunlar? Əlbəttə məsələ söyləmək ya qanunları açıqlamaq
böyük fiqhi vəzifələrdən biridir. Yəni cəmiyyətdə ədaləti yaymaq üçün
bir vəsilədir və insanın əxlaq və etiqadiyyatının islahı üçün bir vasitədir.
Qanun, ictimayyətdə münasibətləri qayda üzrə möhkəmləndirməklə
insanı tərbiyə etmək üçündür. Peyğəmbərin mühüm vəzifəsi əhkamı
həyata keçirmək, hökümət etmək və işləri nəzarət altına almaq idi.
Həzrət İmam Rza (ə) buyurur:
o � টⓃ oﻈⓃo o⪷﮵ট oⓃoⓃﺘ  7Πa  �
Ümumiyyətlə, bu rəvayət onu demək istəyir ki, camaat üçün bir
rəhbər, qoruqçu və qəyyum lazımdır. Bu rəvayətdə Həzrət buyurur ki,
«fəqihlər peyğəmbərlər üçün əmin və etibarlı şəxslərdirlər». Bu
müqəddimələrdən
1
bu nəticə əldə edilir ki, fəqihlər millətin rəhbəri
olmaqla İslamın aradan getməsinə və əhkamının tətilə uğramasına mane
olmalıdırlar. Müsəlman ölkələrdə ədalətli fəqihlərin hökumət etmədiyinə
görə İslam köhnəlmiş və əhkamı tətilə uğramışdır. Həzrət Rza (ə) sözü
doğrulubdur. Təcrübə onun sözünün düzlüyünü sübuta yetirmişdir.
1
Həzrət imamın müqəddimə dedikdə məqsədi bu iki cümlədir: «Fəqihlər
peyğəmbərlərin əminidirlər» və «xalqa imam və əmin rəhbər lazımdır». Yəni fəqihlərin
Peyğəmbərin həzrətlərinə əmin olması, həm də xalq üçün əmin bir rəhbərin lazım
olmasını bilmək tələb edir ki, fəqihlər rəhbər və hakim olsunlar.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin