VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə97/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   93   94   95   96   97   98   99   100   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
104
yayılsın və onun siyasi-ictimai sistemi bərqərar olsun» - deyə mübarizə
apardı və fədakarlıq göstərdi.
Bundan əvvəl gətirdiyim rəvayətə diqqət edin. Görürsünüz ki, İmam
Sadiq (ə) zülmkar hakimin təzyiqatına məruz qaldığı bir şəraitdə və
təqiyyə edib icra qüdrəti olmayıb əksər vaxtlarda nəzarət altında olduğu
bir halda belə, müsəlmanların vəzifəsini müəyyən edir, hakim və qazi
seçir. Həzrətin bu işinin mənası görəsən nədir? Və əslində bu kimi işlərin
nə kimi faydası var? Böyük insanlar geniş fikrə malik olurlar, onlar heç
vaxt məyus olmurlar və indiki vəziyyətlərini - yəni zindanda olub azad
olub olmamalarını bilmədikləri vəziyyəti fikirləşmirlər və məqsədə
çatmaq uğrunda hər hansı vəziyyətə planlar hazırlayırlar ki, sonralar
imkan yarandıqda onu həyata keçirsinlər özlərinə fürsət yaranmadıqda isə
başqaları 200 və ya 300 ildən sonra onu həyata keçirsinlər. Böyük
inqilabların əsası bu cür qoyulmuşdur. İndoneziyanın prezidenti
«Sokarno»
1
zindanda öz fikirlərini etdikdən sonra planlarını hazırlayıb
proqramlar vermişdi ki, onları həyata keçirdi.
İmam Sadiq (ə) plan və proqramlar hazırladığından əlavə vəzifəyə də
bəzi şəxslər seçirdi. İmamın bu kimi işləri o zamana aid idi və əlbəttə bir
iş sayılırdı, lakin o Həzrət gələcəyi düşünürdü. Bizim kimi deyil idi ki,
ancaq özünü düşünsün. Ümmətin, bəşəri və bütün aləmin fikrində idi.
Bəşəri islah etmək və ədaləti həyata keçirmək istəyirdi. O, neçə min il
bundan əvvəl planlarını irəli sürməli idi ki, xalqlar ayıldıqda və qiyam
etdikdə daha heyrətə qalmayıb İslam hökümətinin sistemi və başçısı
məlum olsun.
Əslində İslam dini və şiə məzhəbi və digər məzhəblər də bu cür
tərəqqi etmişdir. Yəni əvvəldə bir plandan başqa bir şey olmayıbdır.
Sonra isə rəhbərlər və peyğəmbərlərin ciddi olmalarının təsirində nəticəyə
çatmışdır. Həzrət Musa bir çoban idi, uzun illər çobanlıq etmişdi, Fironla
mübarizə aparmağa məmur olan vaxtda heç bir köməkçisi yox idi. Amma
müqavimət və dayanmaqla bir çəliklə Fironun hökümətini aradan apardı.
Siz belə xəyal edirsiniz ki, əgər Musanın çəliyi mənim ya sənin əlində
olsaydı bu işi görə bilərdikmi? Musa tədbiri, Musa himməti və ciddiliyi
1
Əhməd Sokarno (1901-1970 m.) bir müəllim oğlu idi. 19 yaşında Hollandiya
müəssisəsinə daxil olub mühəndislik sahəsində məzuniyyət aldı. Zidd-istismar
fəaliyyətlərinə görə uzun müddət zindanda və sürgündə qalmışdır. 1945-ci ildə
İndoneziyada cumhuriyyət elan etdi və 1946-da rəsmi olaraq prezidentliyə seçildi. O,
məhşur dünya siyasətçilərindən və bloklara qoşulmama hərəkatının banilərindəndir. O,
1967-də qərbin tərəfdarları olan hərb çevrilişindən sonra işdən kənara çəkildi. «İnqilab
bayrağı» əsəri onun əsərlərindəndir.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin