VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə80/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   76   77   78   79   80   81   82   83   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
87
nəsilləri ehtiva edir. Həzrət Əli (ə) da bunu Qurana istinad edərək
buyurmuşdur ki, İslam alimləri də ayılsın və ibrət alsınlar, əmrbe-məruf
və nəhyəz-munkərdən qalmasın, zülmkar hakimlərin qarşısında sükut
etməsinlər. Həzrət « �﮵팀om ﺘ P PⓃo a
.�» ayəsini misal çəkərək iki şeyi
xatırladır.
1. Alimlərin öz vəzifələrini yerinə yetirməkdə səhlənkarlıqlarının
zərər-ziyanı başqalarından çoxdur. Məsələn əgər bir tacir nalayiq iş
görərsə, zərəri ancaq özünə aiddir və əgər alim vəzifəsində qüsurluq etsə,
məsələn zülmkarlar qarşısında sükut etsə, zərəri İslama aid olar və əgər öz
vəzifəsinə əməl etsə, çıxış etməli yerdə sükut etməsə, mənfəəti İslama
çatar.
2. Baxmayaraq ki, şəriətə zidd olan bütün hərəkətlərdən çəkindirmək
lazımdır, lakin «qovli-ism» yəni yalançılıq və «əkli-söht» yəni
haramxorluq üzərində təkid etmişdir ki, bu iki pis işin digər pis işlərdən
daha pis olduğunu başa salsın. Ona görə çox təhlükəlidir ki, bəzən
zülmkar hakimlərin təbliğatları siyasət və əməllərindən daha çox İslama
zərərlidir və əksər halda İslam və müsəlmanların heysiyyətini təhlükəyə
salır. Allah-Təala danlayır ki, nə üçün zülmkarların nadürüst təbliğat və
günah sözlərinin qarşısını almadılar? Nə üçün Allahın xəlifəsi olduğunu
iddia edən və (ədaləti başa düşmədiyi halda) İslam ədaləti budur ki, mən
icra edirəm deyən şəxsin qarşısını almadılar? Bu kimi sözlər «qovli-
ism»dir. Nə üçün bu kimi cəmiyyətə zərərli olan sözlərin qarşısını
almadılar? Boş söz danışan, xəyanət edən, bidətlər qoyan və İslama
zərbələr endirən zülmkarları günahdan nə üçün çəkindirmədilər?
Əgər bir şəxs Allahın razılığı olmadığı kimi əhkamı yazdıqda və
İslam ədaləti adına İslamda bidət yaratdıqda və İslam əhkamına xilaf olan
əhkamı icra etdikdə, alimlər müxalif olduqlarını bildirməlidirlər. Əgər
müxalifliklərini bildirməsələr Allahın lənətinə məruz qalacaqlar. Bu,
ayədən də əldə edilir və habelə hədisdə var ki,
«
1
혠 P .7 .﮵ 7Ⓝ
P ⪷.
.ﻈPa . o7 Ⓝ P .ﺘ ˵
ﺘΫ »
(Bidətlər meydana gəldikdə alim üçün vacibdir ki, elmini (dinini)
bəyan etsin, yoxsa Allahın lənətinə məruz qalacaqdır) Müxalifliyi elan
etməyin özü və Allahın əhkamını bəyan etmək faydalıdır. Ona görə ki,
ümumxalqın ictimai fəsada xain, fasiq və dinsiz hakimlərin zülmünü başa
düşüb mübarizə aparmalarına və zülmkarlarla əməkdaşlıq etməyib fasid
1
«Üsuli-Kafi» cild 1, səh. 54.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin