Vision təhsil məRKƏzi kurslarina xoş GƏlmisiniz!



Yüklə 24,01 Kb.
tarix22.10.2017
ölçüsü24,01 Kb.
#10933


VISION TƏHSIL MƏRKƏZI KURSLARINA XOŞ GƏLMISINIZ!



Telefon : (012) 492-76-96

Mob: (051) 727-37-07

(050) 494-32-32


www.vec.az



vec@vec.az

Ünvan: İçərişəhər metrosu , İstiqlaliyyət 27, Döngə 5


FUNDAMENTAL KOMPÜTER KURSLARI

Vision Təhsil və Məsləhət Mərkəzi

Sizi peşəkar müəllimlərimizin hazırladığı proqram əsasında Microsoft Office kurslarına dəvət edirik. Bu kursumuzun proqramına Windows, Microsoft Word, Microsoft Exel, Powerpoint proqramlarının və İnternetin təlimi daxildir.



Kurs daxilində keçirilən mövzular.

Windows – tədris proqramı:

- Kompüter haqqında ümumi məlumat

- Mouse və onun funksiyaları

- Klavyatura və funksiyaları

- Pəncərə qavramı və istifadəsi

- “Başla” düyməsi və onun xüsusiyyətləri

- Tapşırıqlar paneli

- İşçi masası

- Sistem açarları

- Standart proqramlar (Paint, word pad və s.)



Microsoft Word – Tədris proqramı

- Microsoft Word haqqında ümumi məlumat

- Yazı seçmə, kopyalama, bir yerdən başqa yerə köçürmə

- Yazı yazma üsulları və yazıların ölçülərinin təlimi

- Səhifə yaratma, qeyd etmə

- Rəsm əlavə etmə

- Cədvəllər düzəltmə

► Bu proqramı öyrəndikdən sonra Siz kompyuterdə müxtəlif məqsədlər üçün yazılar yaza biləcək (ev tapşırıqları, ərizələr, günlük qeydlər, məqalələr, cədvəlli yazılar və s.) və bu yazıları printer vasitəsilə çap edəcəksiniz. Eyni zamanda cədvəllər düzəldəcək, yazılarınıza şəkillər əlavə edəcək və bu şəkillərdən istifadə edərək kartvizitlər, dəvətnamələr və elanlar hazırlayacaqsınız.



Microsoft Exel – tədris proqramı

- Exel haqqında ümumi məlumat

- Exelde seçmə, kopyalama və köçürmə üsulları

- Vasitəçi çubuğun istifadəsi

- Xanaları sıralama və ölçülərini düzəltmə

- Sətir, sütun və xana əlavə etmə

- Rəsm əlavə etmə

- Düsturlardan istifadə

► Excel vasitəsilə Siz elektron cədvəllər hazırlayacaqsınız. Bu cədvəllərə müxtəlif məlumatar əlavə edəcək, məlumatlarla əlaqəli qrafiklər düzəldəcək və bu məlumatlar əsasında rahat və sürətli şəkildə raportlar hazırlayacaqsınız.

Powerpoint – tədris proqramı

- Powerpoint haqqında ümumi məlumat

- Menyular və tərkibləri

- Slayt


- Animasiya

- Video əlavə etmə

- Səs əlavə etmə

- Qrafika, cədvəl düzəltmə

► Siz Powerpoint vasitəsilə rəsmlərdən, mətnlərdən, qrafiklərdən, sxemlərdən istifadə edərək seminarlar, konfranslar üçün təqdimatlar hazırlaya biləcəksiniz. Eyni zamanda slaydlar hazırlayaraq təqdimat məqsədi ilə reklamlar hazırlayacaqsınız.

İnternet – dərs proqramı

- Web səhifələr

- Axtarış (google, yahoo və s.)

- Mail hesabı açma, mail göndərmə, qəbul etmə.

- Fayl göndərmə, gələn faylları qəbul etmə.

Kursun proqramı:

- Kurslar istəyə görə qrup və ya individual şəkildə keçirilir.

- Kursun müddəti 3 aydır.Əlavə olaraqda ehtiyac olarsa 1 ay praktika. Dərslər həftədə 3 dəfə keçirilir. Hər dərsin müddəti 1 saatdır.

- Kursun günləri və saatları tələbələrin istəyinə uyğun olaraq seçilir.

-Tələbələr dərs əsnasında lazımlı hər bir texniki avadanlıqla və dər vəsaitləri ilə təmin olunurlar.

Kursun Əhəmiyyəti:

► Kurslarımızı uğurla başa vuran tələbələrimiz kiçik və orta həcmli şirkətlərdə, banklarda sərbəst olaraq mühasibatlıq fəaliyyətini apara bilərlər. Eyni zamanda mühasibatlıq departamentlərində də mütəxəssis kimi işləyə bilərlər.

► Kursumuzun müəllimi şirkətdə baş buxalter olduğuna görə tələbələri praktik baxımından da inkişaf etdirəcəkdir.

►Və praktikanın nəticəsi olaraq tələbənin hər hansı bir şirkətə işə düzəlməsinə böyük kömək olur.


Kurslarımıza kimlər qatıla bilər?

- Dövr kompyuter dövrü olduğu üçün kompyuterdən fundamental anlayışa sahib olmaq istəyən hər kəs qatıla bilər.



Kurs Qaydaları və Müvəffəqiyyət

►Kursun sonunda imtahan verirsiniz imtahanda 70 faiz və yuxarı qiymət aldğınız təqdirdə sertifikat alırsınız. Əks halda müvəffəq olana qədər Sizə əlavə dərslər təyin olunur.

►Hər ay hər tələbə ilə fərdi iclas edirilir, onunla təhsili, inkişafı barədə ətraflı danışılır, əksikliklərini düzəltmək barədə məsləhətlər verilir və tələbənin fikirləri alınır.

►Əgər Siz bizim verdiyim yüksək keyfiyyətli tədrislə öz üzərinizə düşəni yerinə yetirərsinizsə, biz Sizə zəmanət veririk ki, təməl kompüter proqramlarını həm nəzəri və həm də praktik olaraq yiyələnəcəksiniz.


Diqqət!!!

►Artıq kursumuz üçün qeydiyyatlar başlamışdır. Qeydiyyata tələsin!!!


Təşəkkür:

Hörmətli və Dəyərli Tələbə! Bizim kurslarla tanış olub məlumat aldığınıza görə Kurs Rəhbərliyi tərəfindən sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk! Sizə gələcək kariyeranızda uğurlar diləyirik!
Yüklə 24,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin