Artıq çəki, piylənmə və qeyri-kifayət qidalanma 2018-ci ildə 5 yaşından aşağı uşaqların 14.1 faizi artıq çəkidə olmuş, böyüklər arasında piylənmə 19.9 faiz təşkil etmişdir. Regionun bir çox digər ölkələri və dünya standartlarından aşağı olsa da, bu göstərici artan səhiyyə məsələsindən xəbər verir və gələcəkdə ciddi problemlərin olmaması üçün qabaqlayıcı tədbirlərin görülməsini vacib edir.
Anemiya Həm dövlət, həm özəl sektordan olan çox saylı nümayəndələr razılaşdılar ki, Azərbaycanda anemiya yüksək səviyyədədir. Reproduktiv (15 - 49) yaşında olan qadınların 38.5 faizi8yüksək səviyyəli anemiyadan əziyyət çəkir və onun fəsadları qadınlara və yeni doğulmuş uşaqlara təsir göstərir. Bu, qeyri-kifayət və qeyri-adekvat ərzağın nəticələri ilə bağlıdır.
Anemiya hamiləlik dövründə analar arasında yüksək xəstəlik və ölüm halları ilə nəticələnən ciddi səhiyyə məsələsidir. Hamilə qadınlar arasında anemiyanın yayılması ictimai səhiyyənin problem hesab edilməlidir.