Məktəblərdə qidalanma proqramları Azərbaycanda uşaq bağçalarını istisna etməklə, məktəblərdə qidalanma proqramları yoxdur, çünki ibtidai və orta təhsil məktəbləri yalnız günün bir hissəsini işləyir. Məktəblərdə qidalanma proqramları yaxşı təşkil olunduğu təqdirdə, yerli fermerlərə və ərzaq istehsalçılarına yerli ərzağı birbaşa məktəblərə təqdim etməkdə yardımçı ola bilər və beləliklə, onlar dayanıqlı və sağlam pəhrizə yardım etmiş ola bilər.
Uşaq bağçalarında narahatlıq doğuran məsələ hökumətin nəzarət etmədiyi, verilən qidanın keyfiyyətidir. Bu öhdəlik yerli icra hakimiyyət orqanların üzərinə düşür və onlar uşaqlara verilən qidanın keyfiyyətinə nəzarət etməli və qiymətləndirməlidir.