Вящщаби алимляринин юндяри


Vahabilərin sonuncu əmiri Abdullah ibn Səudun həbs edilməsi



Yüklə 2,37 Mb.
səhifə4/12
tarix23.10.2017
ölçüsü2,37 Mb.
#12068
1   2   3   4   5   6   7   8   9   ...   12

Vahabilərin sonuncu əmiri

Abdullah ibn Səudun həbs edilməsi


1234-cü hicri ilinin əvvəlində İbrahim Paşa Abdullah ibn Səudu və vahabi əsirlərin bir çoxunu Misirə göndərib əmr etdi ki, Osmanlı sarayı Babül-aliyə çatana qədər yolda onlardan muğayat olsunlar. İbn Bişr Nəcdinin yazdığına görə, Əmir Abdullahı dostlarından 3-4 nəfərlə, Əhməd Zeyni Dəhəlanın dediyinə görə isə bir çox Nəcd əmirləri ilə birgə 1234-cü ildə ata mindirilmiş halda Misirə gətirdilər. Camaat tamaşaya çıxmışdı. Onlar şəhərə daxil olanda toplardan atəş açıldı.

Abdullah, Məhəmmədəli Paşanın yanına gətiriləndə Paşa ondan soruşdu: “Bu nə bəlalar idi ki, törətdin?!”. Abdullah dedi: “Müharibə belədir! Siz bizə nə etdinizsə, biz də sizə etdik”. Abdullahın yanında kiçik, amma enli bir sandıq var idi. Məhəmmədəli Paşa soruşdu: “Bu nədir?”. Abdullah cavab verdi: “Bunu, atan Peyğəmbərin hücrəsindən götürmüşdü, istəyirəm Osmanlı sultanına aparım”. Məhəmmədəli əmr etdi ki, sandığın ağzını açsınlar. İçərisində misli-bərabəri olmayan, əvvəlki sultanlara məxsus üç nüsxə Qurani-Məcid, 300 ədəd iri mirvari, 1 ədəd böyük zümrüd daşı və qızıl bir qab var idi. Məhəmmədəli dedi: “Siz Peyğəmbərin (s) hücrəsindən bunlardan başqa əşyalar da götürmüşsünüz”. Əmir Abdullah cavab verdi: “Atamda qalan bunlar idi. Başqa şeyləri özünə saxlamayıb ərəblər, Mədinə əhalisi,hərəm xacələri və Məkkə hakimi arasında bölüşdürdü”. Məhəmmədəli dedi: “O, doğru danışır, çünki bu əşyaların çoxunu Məkkə hakimində gördük”.1

Sonra Məhəmmədəli Paşa Əmir Abdullahı İstanbula göndərdi. Orada Əmir Abdullah və yaxınlarını küçə-bazarda dolandırdılar. Abdullahı Sultan sarayı, Humayunun qarşısında, o birilərini isə şəhər ətrafında dara çəkdilər.

Mühəmməd ibn Əbdülvəhhab sülaləsi

və Ali-Səud başçılarının aqibəti

Tərəflər arasında baş verən müharibələr əsnasında, xüsusən, Diriyyə şəhərinin mühasirəsi zamanı Ali-Səud və Ali-Şeyx Mühəmməd ibn Əbdülvəhhab başçılarının bir hissəsi öldürüldü, digər hissəsi isə edam edildi. İbrahim Paşa Diriyyə camaatı ilə sülh bağladıqdan sonra hədə-qorxuyla Şeyx Süleyman ibn Abdullah ibn Mühəmməd ibn Əbdülvəhhabın təslim edilməsini tələb etdi. Şeyx Süleyman təslim edildikdə, onu təhqir etmək məqsədilə bir neçə nəfərin qarşısında rübab çalmasını əmr etdi. Sonra onu oxa tutdurdu. İbrahim Paşa doqquz aya kimi Diriyyədə qaldı. Bu müddətdə bütün Ali-Səud və Mühəmməd ibn Əbdülvəhhab sülaləsini Misirə sürgün etdirdi. Dörd yüz nəfərlik kişi, qadın və uşaqlardan ibarət dəstəni Misirə köçürtdü, onlardan bir çoxunu oradaca edam etdilər.2


Ali-Səud və vahabilərin

mərkəzi Diriyyə


İbn Bişr Nəcdi deyir: “Mən Diriyyəni Ali-Səudun dövründə görmüşdüm. Şəhər camaatı dövlətli, sərvətli idi, silahları qızılla zinətlənmiş, nəcib və bahalı atlara minirdilər, bahalı libaslar geyinirdilər, yaşayışları elə idi ki, dillə təsəvvür etmək qeyri-mümkündür. Bir gün bir tərəfdə qadınları, digər tərəfdə isə kişilərin olduğu bazarda qızıl, gümüş, silah, dəvə, qoyun, bahalı at və libaslar, ət və digər ərzaqlar gördüm. Bazar çox böyük idi, alverçilərin hay-küyü pətəkdəki bal arılarının səsini xatırladırdı.”2

İbn Bişr bu qədər sərvətin haradan olduğunu izah etməmişdir. Amma tarixdən göründüyü kimi, bu mal-dövlət Nəcdin digər şəhər və qəbilələrinin qarəti hesabına yığılmışdı. İbn Bişr özü, 1229-cu ildə ölən Səud ibn Əbdüləzizin həyatının tarixində deyir ki, o, öz hücumlarında kiçik uşaqlar və qoca qadınlardan başqa hamını qılıncdan keçirir, əmlaklarını qarət edirdi.1



Diriyyə və vahabilərin süqutu


1234-cü ilin şəban ayında Məhəmmədəli Paşa İbrahim Paşaya yazdığı məktubda Diriyyəni yerlə-yeksan etməyi əmr etdi. Diriyyə çox cəmiyyətli, böyük və əzəmətli bir şəhər idi.

İbrahim Paşa Diriyyə camatına əmr etdi ki, şəhərdən çıxsınlar. Eyni zamanda, onun ordusu hökumət saraylarını, evləri sökməyə, xurma ağaclarını kəsməyə başladı. Sakinləri hələ köçməmiş bəzi evləri viran etdilər. Bağları və evləri yandırdılar. Bu minvalla Diriyyədə quru torpaqdan başqa salamat bir şey qalmadı.

İbrahim Paşa Nəcdin başqa qalalarını və müdafiə qurğularını sökmək üçün dəstələr göndərib Mədinəyə qayıtdı. Oradan Şama yollanıb bir sıra mövqeləri ələ keçirərək, 1235-ci ilin məhərrəm ayında Misirə qayıtdı. O, vahabilərin süqutu və Ali-Səudun bütünlüklə məhv olması münasibətilə Qahirədə 7 gecə-gündüz bayram elan etdi.1

O zamandan Nəcd və Hicaz hökumətini Osmanlı imperiyası idarə edir, Kəbənin örtüyü isə hər il Misirdə toxunub, Məkkəyə gətirilirdi. Bu iş Əbdünnasirin vaxtına qədər davam etdi. Sonralar onunla Ali-Səudun arasında baş verən soyuq münasibətə görə, Ali-Səud tayfası bu işi öz öhdələrinə götürdü.


Ali-Səud hökumətinin bərpası və

vahabiyyət dövrünün yenidən başlanması

İbrahim Paşa Diriyyəni tutanda bir çox vahabi başçıları şəhərdən qaçmışdılar. O, Diriyyədən çıxıb getdikdə, onlar qayıdıb şəhəri yenidən tutdular. Belə təsəvvür yarana bilərdi ki, Ali-Səuddan bir çoxlarının edam və sürgünündən sonra bu sülalənin kökü kəsilmişdir. Amma belə deyildi. Çünki sürgün edilmişlər və qaçanlar Diriyyəyə qayıtdıqdan sonra yenidən Ali-Səud hökumətini qurdular. Habelə, Mühəmməd ibn Əbdülvəhhabın Qatara və oradan Omana qaçıb getmiş nəvələrindən biri olan Əli ibn Hüseyn ibn Mühəmməd ibn Əbdülvəhhab Diriyyəyə qayıdıb vahabiliyi yenidən dirçəldib yaymağa başladı.


Məhəmməd Muşari


Üyeynəyə qaçan Səud ibn Əbdüləzizin bacısı oğlu Mühəmməd ibn Muşari İbrahim paşa getdikdən sonra Diriyyəyə qayıtdı. O, şəhəri yenidən tikib mal-dövlət, silah yığdı, əvvəlki əmirlərin yolunu tutaraq vahabilərin “tövhid dinini” yaymağa başladı. Camaatın bir hissəsi onların dəvətini qəbul etdi, başqa bir hissəsi isə müxalif oldu.

Türki ibn Abdullah


Muşari yerini möhkəmlətdikdən sonra Mühəmməd ibn Səudun nəvəsi Türki ibn Abdullah qardaşı Zeyd ibn Abdullahla birgə yenidən qurulmuş Diriyyə şəhərinə qayıtdı. O, Muşari ilə bir sıra çəkişmələrdən sonra ona qalib gəldi və tutdurub edam etdirərək, özü onun yerində oturdu.

Onların başı hərc-mərcliyə qarışdıqca 1235-ci ildə ingilis donanması çoxlu hərbi gəmilərlə Rəsul-Xeyməyə hücum edib, şəhəri darmadağın etdi. Türki Diriyyə yaxınlığında Səudiyyə Ərəbistanının indiki paytaxtı Ər-Riyad şəhərini salıb orada məskunlaşdı. Türki qanlı bir döyüşdə Osmanlı sərkərdəsi Həsənbəyin əli ilə qətlə yetirildi. Misir əsirlərindən olan oğlu Feysəl Nəcdə qaça bilib atasının yerini tutdu.



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin