Web2azerbaijan wordpress com Məqsəd



Yüklə 11,78 Kb.
tarix02.01.2022
ölçüsü11,78 Kb.
#10925

web2azerbaijan.wordpress.com
Məqsəd: Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Kompüterlər, internet, ağıllı telefonlar artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. Bu gün elə bir sahə tapa bilməzsiniz ki , həmin sahədə yeni texnologiyalar tətbiq edilməyə çalışılmasın. Əbətdə yeni texnologiyaların tətbiq edilməyə çalışıldığı sahələrdən biri də təhsil sahəsidir. Ölkəmizdə də bu sahədə ciddi layihələr həyata keçrilir. Bu bloqun yaradılmasında da əsas məqsəd bu prosesə dəstək verməkdir. Bloqda bugün dünya təhsil sistemində istifadə olunan ən son resurslar, üsullar, təhsildə istifadə olunan internet texnologiyaları haqqında məlumatlar, təqdimatlar, məqalələr və video dərslər yerləşdirilir. Bloqu digər eyni tipli bloqlardan fərqləndirən əsas xüsusiyyət bloqda yeni ideyaların, resursların paylaşılmasıdır. Bloqda dərs və tapşırıq hazırlamaq üçün olan resurslar, qiymətləndirmə zamanı istifadə etmək üçün olan resurslar, müəllim - şagird- valideyn əlaqəsini təmin etmək üçün resurslar , “1 şagird 1 kompüter ” layihəsində istifadə oluna biləcək resurslar, tədrisdə planşetlərdən, lövhələrdən istifadə zamanı faydalı olacaq resurslar, öyrədici oyunlar, faydalı saytlar haqqında məlumat verilmişdir. Bloqa istifadəçilər internet olan istənilən yerdən, istənilən zaman qoşula bilər və bloqdakı resurslardan istifadə edə bilərlər. Bloqdan təhsil sahəsində çalışan hər bir kəs: müəllimlər, müəllim olmaq arzusunda olan məzunlar, pedaqoji sahədə çalışan şəxslər istifadə edə bilər . Bloq istifadəçilərin rahat şəkildə istifadə edə biləcəyi formada dizayn edilmişdir. Bloq fəaliyyətə başladığı gündən etibarən 16000 istifadəçi bloqa daxil olmuş, video dərslərin yerləşdirildiyi qısa müddət ərzində youtube kanalına 1620 dəfədən çox baxış olmuşdur. Bu isə bloqa müəllimlər tərəfindən böyük maraq olduğunun göstəricisidir.

Bloqdan istifadə haqqında məlumat

Səhifələr

Blog iki səhifə şəkilində hazırlanmışdır: Əsas səhifə və Haqqımızda. “Əsas səhifə “ bloqda resursların, məlumatların , video dərslərin yerləşdirildiyi səhifədir. “Haqqımızda” səhifəsində isə müəllif haqqında məlumat və bloqun yaradılması məqsədi haqqında məlumat verilmişdir.



Axtarış.

Bloqda axtarış aparmaq üçün Axtar işarəsinin üzərində klikləmək lazımdır.

Daha sonra açılan sahədə axtarış aparılacaq söz yazılır, və “ AXTAR” düyməsinin üzərində kilklənir

Kataqoriyalar

Bloqda paylaşılan resurslar, məlumatlar, video dərslər kateqoriyalar şəkilində bloqda yerləşdirilir. Bloqa daxil olan istifadəçi istədiyi kateqoriyanı seçib, ona lazım olan resurslar barəsində axtarış edə bilər.


Video dərslər

Bu hissədə müəllif tərəfindən hazırlanmış müxtəlif video dərslərlə tanış ola bilərsiniz. Video dərslər müxtəlif resurslar haqqındadır. Dərslər sadə və asan dildə hər bir kəsin anlaya biləcəyi şəkildə izah edilib. Bloqa hal hazırda 47 video dərs əlavə edilib ki, gələcəkdə bu dərslərin sayının artırılması nəzərdə tutulub.


Ən çox oxunan yazılar

Bu bölmədə istifadəçilərin ən çox daxil olduqları yazılar siyahı şəkilində verilmişdir



Açar sözlər

Bu hissədə bloqda məlumat paylaşılan zaman istifadə olunmuş açar sözlər verilmişdir. İstifadəçilər açar sözlərdən istifadə edib onlara lazım olan yazıya keçə bilərlər.


Fikrini paylaş

Bu hissədə bloq istifadəçilərinin daxil olub öz fikirlərini yaza biləcəkləri, başqa istifadəçilərin fikirlərini oxuya biləcəkləri online lövhənin linki verilmişdir. Fikri daxil etmək üçün lövhənin istənilən yerində iki dəfə kilkləmək lazımdır.



Əlaqə

Bu hissədən istifadə edib istifadəçilər müəlliflə əlaqə saxlaya, öz suallarını və təkilflərini verə bilərlər.



Email ilə İzlə

Bloqda yerləşdirilən yazılar haqqında məlumat almaq üçün bu bölmə vasitəsi ilə bloqun izləyicisi olmaq mümkündür
Yüklə 11,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin