Wiley finance



Yüklə 2 Mb.
səhifə15/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

MİSAL

__________________________________________________________________

Əhəmiyyətli zərərlərə məruz qaldıqdan sonra Fly-By-Night Airline şirkəti nağd pul axını ehtiyaclarına cavab verməyə imkan verən banklarından kredit üçün müraciət etməyə məcbur olmuşdur. Borcun (kredit) ən yüksək tavanı 350 milyon funt olmuşdur və maliyyə sövdələşməsinin bir hissəsi olaraq müqavilənin şərtləri ilə bağlı hava yolları şirkəti ilə razılıq əldə olunmuşdur. Borcverən şirkətinin rəhbərlik qərarlarının borcverənin investisiya dəyərləri ilə bağlı güzəştə getməməsini təmin etmək məqsədilə müqavilə şərtləri üzrə şirkətin fəaliyyətinin monitorinqinin keçirilməsini tələb etmişdir.

Müqavilə şərtlərindən biri Fly-By-Night şirkətinə səkkiz ardıcıl mənfəətli rüb keçirməsi halında səhmdarlarına divident ödəməsinə imkan verir. Digər şərt isə kredit müqaviləsinin məbləğini şirkətin həmin vaxt 450 milyon funt dəyərində olan aktivləri ilə əlaqələndirmişdir. Bir il sonra bazarda təyyarə təklifinin çox olması səbəbindən təyyarənin qiyməti ilkin qiymətindən 50 milyon funt aşağı olmasının müəyyənləşdirilməsi ilə bağlı olaraq şirkətin aktivlərini əlaqələndirən şərt müzakirə mövzusu olmuşdur. Fly-By-Night şirkətinin kredit xətti 350 milyon funtdan 300 milyon funta azaldılmışdır. Bununla belə, hava yolu şirkəti il ərzində hər rüb 10 milyon funt zərərə uğradığını bildirmişdir. Zərərlərin hava yol şirkətinin aktivlərini azaltması səbəbindən, müqavilədə qeyd olunduğu kimi onun borcalma qabiliyyəti daha da pisləşərək 260 milyon funta düşmüşdür. Bankın müqavilə şərtləri səbəbindən şirkətin davam etməkdə olan zərərləri onun lazımi maliyyələşməni əldə etmə qabiliyyətini azaltmışdır. Əməliyyatlarını dəstəkləyəcək əlavə maliyyələşməni təmin etmə iqtidarında olmayan Fly-By-Night rəhbərliyi gündəlik əməliyyatları üçün kənardan maliyyə axtarmaq məcburiyyətində qalmışdır. Kredit tarixi nəzərə alındıqda şirkətin yeni kredit xidməti imkanından istifadə etməsi çətinləşmiş olur. Nəticədə başqa seçimi qalmayan Fly-By-Night daha iri hava yolu şirkəti tərəfindən alınır.


Daha əvvəlki misallar müqavilə şərtlərinin banklar tərəfindən borcalanın kredit riskinin azaldılması üçün istifadə olunan vacib vasitə olduğunu göstərir. Borcalanın razılaşmış olduğu müqavilə şərtlərini anlaması və nəzərə alması da çox vacibdir.
MİSAL

__________________________________________________________________

Müqavilə şərtləri müxtəlif formalarda ola bilər. 2008-ci ilin noyabr ayının sonlarında ABŞ hökuməti həmin dövrdə ABŞ-da aktivlərin çoxluğu baxımından ən iri bankı olan Citigroup-u fövqəladə maliyyələşmə ilə təmin etmişdir. 2008-ci ilin ikinci rübünün sonunda Citigroupun aktivlərinin ümumi həcmi 2 trilyon dollar olmuşdur. Maliyyə böhranı ilə bağlı olaraq Citigroup dəyərləndirilməsi çətin olan yüksək mürəkkəbliyə malik maliyyə məhsullarına – girov borc öhdəlikləri - məruz qalması səbəbindən səhmdar kapitalından çıxarışlar etməyə məcbur qalmışdır. Dəyərləndirmə ilə bağlı problemlər bankların dəyərləndirməyə və mürəkkəb maliyyə alətlərini yaratmağa çalışdıqları mürəkkəb riyazi modellərin kəsirlərinin reallaşdırılmaması səbəbindən meydana gəlmişdir. ABŞ-da kommersiya və yaşayış ipotekalarında müşahidə olunan defoltun dramatik artımı modellərin uğursuzluğa uğramasından xəbər vermişdir. Mürəkkəb maliyyə alətləri yaşayış və kommersiya ipotekaları tərəfindən yaradılan nağd pul axınları üzərində qurulmuşdur. Bu alətlər üzrə risklər müxtəlif maliyyə alətlərində qruplaşdırılmış və xüsusi və fərqli risk iştahasına malik investorlara satılmışdır. Kredit riskinin intensivləşməsi səbəbindən, daşınmaz əmlak qiymətləri aşağı düşmüş və ipoteka defoltlarının sayı sürətlə artmışdır. Qiymətli kağızların dəyərləndirilməsi məqsədilə istifadə olunan informasiyanın əldə olunması və etibarlılığı tədricən çətinləşir. Nəticədə kompleks qiymətli kağızların alqı-satqısının keçirilməsi mürəkkəbləşmiş və bu da riyazi modellərin girov borc öhdəliklərinin dəyərinin əvvəlcədən proqnozlaşdırılması və düzgün müəyyənləşdirilməsi bacarığına mane olmuşdur. Mövcud modellər maddi dəyişiklikləri mühit və bazar reallıqlarına uyğunlaşdırmaq qabiliyyətində olmamışdır. Riyazi modellər, riyazi modellər tərəfindən təmin olunan dəyərlərdən istifadə etməklə ticarət fəaliyyətinin həyata keçirilməsi qabiliyyəti və yüksək keyfiyyətli məlumatlara və ticari məlumatlara çıxış imkanı üçün tələb olunan qiymətləndirmə arasındakı qarşılıqlı əlaqə bazarın presidentsiz və proqnozlaşdırılmayan tənəzzülünə səbəb olur.

Girov borc öhdəliklərinin qiymətləndirilməsi çətinliyi Citigroupun bu problemli aktivlərdən – 2007-ci ilin ikinci rübü ilə 2008-ci ilin üçüncü rübü arasında 65 milyon dollar - əhəmiyyətli çıxarışların edilməsinə və fövqəladə maliyyələşmə üçün ABŞ hökumətinə müraciət etməsinə səbəb olmuşdur. 2008-ci ilin noyabr ayında ABŞ hökuməti Citigroupu müxtəlif mərhələlərdə fərqli parametrlərə malik maliyyələşmə ilə təmin etmişdir: bankda 8%-lik dividentlə üstün tutulan səhm kimi 20 milyon dollar dəyərində investisiya və Citigroup-un sahibi olduğu yaşayış və kommersiya məqsədli daşınmaz əmlak tərəfindən kredit və qiymətli kağızlar formasında təmin olunan təxminən 306 milyard dollar dəyərində qeyri-adi iri zərərlərin baş vermə ehtimalına qarşı qismən qorunma. ABŞ hökumətinin maliyyələşməni əldə etməsi üçün Citygroup-dan icraçı kompensasiyalar ilə bağlı ciddi məhdudiyyətlər qoyan və növbəti 3 il üçün Citigroup-un rüblük dividentini 0,01%-ə məhdudlaşdıran müqavilə şərtlərinə əməl etməsini tələb etmişdir.


4.4.7 Kredit Borcunun Ödənilməsi
Kredit məhsulları ödəniş metoduna görə də bir-birindən fərqlənir. Borcalanın kredit müddəti ərzində - kreditin maliyyələşdiyi gündən tam ödəndiyi günə qədər - borcverənə ödədiyi razılaşdırılmış ödənişlərə müqavilə üzrə faiz ödənişləri və borc olaraq alınan əsas məbləğ daxildir.

Kredit üzrə faiz dərəcəsi sabit və ya dəyişkən ola bilər. Sabit faiz dərəcəli kreditdə kredit üzrə təyin olunan faiz dərəcəsi kreditin ödəniş müddəti ərzində dəyişmir. Dəyişkən faiz dərəcəli kreditdə kredit üzrə təyin olunan faiz dərəcəsi müstəqil üçüncü tərəfin müəyyən etdiyi baza dərəcəyə və ya indeksə əsaslanır. Bank mənfəət əldə etmək üçün baza dərəcəsi və ya indeksin üst həddinə əlavə faiz hesablayır.



MİSAL

__________________________________________________________________

Yanvarın 1-də Gamma Bank Centre Corporation-a dəyişkən faiz dərəcəsi ilə üç aylıq müddətə 100,000 məbləğində kredit ayırmışdır. Aylıq faiz dərəcəsi indekslə bağlı idi və kredit verilməsindən sonrakı hər üç ayın birinci günü təyin olunmuşdur.

Yanvarın 1-də indeks 1.25% olmuş;, fevralın 1-də artaraq 1.50% olmuş və martın 1-də 1.75% olmuşdur. Bu kredit üzrə aylıq faiz ödənişləri aşağıdakı kimidir:

Yanvar 100,000 avro x 1% = 1,000 avro

Fevral 100,000 avro x 1.50% = 1,500 avro

Mart 100,000 avro x 1.75% = 1,750 avro

Üç ümumi yanaşma kreditin ödənilməsi üçün ümumi olaraq tətbiq olunur: borcun ödənilməsi fondu üzrə amortizasiya, dərəcə amortizasiyası və şişirdilmiş ödənişləri.

Şəkil 4.7-4.9 eyni prinsiplərə malik, lakin üç əsas ödəniş strukturundan istifadə etməklə kreditlərin ödəniş xüsusiyyətlərini göstərir. Sadələşdirmə məqsədilə misalda göstərilən kredit aylıq ödənişli 3 illik kreditdir (36 aylıq ödəniş). Əsas məbləğ 100,000 avro, faiz dərəcəsi isə sabit 5%-dir.

Borcun ödənişi fondu üzrə amortizasiyaya əsasən Şəkil 4.7-də borcalan kreditin ödənilməmiş qalığı üzrə əsas məbləğ və faizini ödəyir. İlkin olaraq sadə amortizasiya kreditləri üzrə ödənişlər iri məbləğdə olsa da, əsas məbləğ və qalıqdan yaranan faiz azalır. Kreditin sabit faiz dərəcəsi ilə verilməsi halında kreditin faiz ödənişlərini əks edən hissəsi kreditin müddəti ərzində azalacaqdır; kreditin dəyişkən faiz dərəcəsi ilə verilməsi halında faiz ödənişləri dəyişəcəkdir.

Dərəcə amortizasiyasına əsasən Şəkil 4.8-də borcalan hər ödəniş tarixində kreditin ödənilməmiş qalığı üzrə əvvəlcədən müəyyən olunan əsas məbləği və faizini ödəyəcəkdir. Sabit faiz dərəcəsi üzrə verilən kreditlər üzrə ödənişlər vaxt keçdikcə dəyişmir: hər ay ödəniləcək məbləğ dəyişməz olaraq qalsa da, əsas məbləğin və faizin nisbəti dəyişir. İlkin olaraq faiz ödənişinin nisbəti əsas məbləğ üzrə ödənişdən əhəmiyyətli dərəcədə çoxdur, lakin tədricən əsas məbləğ üzrə ödənişin nisbəti artır. Dəyişkən dərəcəli kreditdə ödəniş faizləri indeks və baza dərəcəsindən asılı olaraq dəyişir və ödəniləcək dəyişikliklərin məbləği dərəcə ödənişlərinin faiz dərəcəsi dəyişiklikləri ilə təmin edilməsi məqsədilə dəyişməyi tələb edir.

Şəkil 4.9-da təsvir olunan şişirdilmiş ödənişlərinin fərqləndirici xüsusiyyəti ödəniş müddəti üzrə iri ödənişlərinin həyata keçirilməsidir ki, bu da adətən əsas məbləğin ödənişini özündə cəmləyir. İri şişirdilmiş ödənişin strukturuna kredit üzrə toplanan faizlərin hamısını özündə cəmləyə bilər, lakin borcalan müntəzəm olaraq kreditin qalıq məbləği üzrə faizləri və ödəniş vaxtında əsas məbləği ödəyir. Şişirdilmiş kreditlər üzrə dəyişkən faiz dərəcəsində ödənişlər vaxt keçdikcə indeks və dəyişiklik əsasında müəyyən ediləcəkdir.


Şəkil 4.7 Kredit ödənişi xüsusiyyətləri – borcun ödəniş fondu üzrə amortizasiya ilə sabit faiz dərəcəli kredit


Borcun ödənilməsi fondu üzrə amortizasiya xərcləri

Faiz ödənişi


Şəkil 4.8 Kredit ödənişi xüsusiyyətləri – dərəcə amortizasiyası ilə sabit faiz dərəcəli kredit


Faiz ödənişi



Dərəcə amortizasiyası

Şəkil 4.9-da təsvir olunan şişirdilmiş ödənişlərin fərqləndirici xüsusiyyəti ödəniş müddəti üzrə iri ödənişlərin həyata keçirilməsidir ki, bu da adətən əsas məbləğin ödənişini özündə cəmləyir. İri şişirdilmiş ödəniş strukturu kredit üzrə toplanan faizlərin hamısını özündə cəmləyə bilər, lakin borcalan müntəzəm olaraq kreditin qalıq məbləği üzrə faizləri və ödəniş vaxtında əsas məbləği ödəyir. Şişirdilmiş kreditlər üzrə dəyişkən faiz dərəcəsində ödənişlər vaxt keçdikcə indeks və ya baza dərəcəsi və dəyişiklik əsasında müəyyən ediləcəkdir.


Şəkil 4.9 Kredit ödənişi xüsusiyyətləri – şişirdilmiş ödənişlərlə sabit faiz dərəcəli kredit


şişirdilmiş

4.5 KREDİT MƏHSULLARININ NÖVLƏRİ
Bu bölmə daha əvvəlki bölmədə əhatə olunan əsas kredit məhsulu xüsusiyyətlərinin birləşdirən kommersiya və reteyl kredit məhsullarından ən çox müşahidə olunanlarını izah edir.
4.5.1 Kənd Təsərrüfatı Kreditləri
Kənd təsərrüfat kreditləri ferma və digər kənd təsərrüfatı istehsalı üzrə kreditləşməni dəstəkləyir. Müştərilər torpaq və ləvazimat kimi sabit aktivlərin alınmasının maliyyələşdirilməsi fermanın mallarını satmasına qədər növbəti fəsil üçün nağd pul axını tələblərinin ödənilməsi məqsədilə borc pul alır. Ümumiyyətlə kreditlər orta və uzunmüddətli olsalar da, təbiətcə qısamüddətli olmaları da mümkündür (becərmə məqsədilə toxum, yığım və mal-qaranın maliyyələşdirilməsi). İstifadə olunan kredit növləri aktivlə təmin olunanlardan sadə bərpa olunanlara qədər olanları əhatə edir.
MİSAL

__________________________________________________________________

Gamma Bank əkin mövsümü dövründə fermeri vəsaitlə təmin edir; və həmin vəsait kredit məhsulun yığılaraq satılmasından sonra geri ödənilməlidir. Fermerin daha yüksək bazar qiymətinə nail olmaq ümidi ilə məhsulu satmayaraq yığması halında, çox güman ki, bank satılmamamış məhsulların (inventar) uzadılmış dövrə çıxması üçün əlavə maliyyələşmə təklif edəcəkdir. Fermerlər mövcud ləvazimatları da yeniləri ilə əvəz etməli və ya genişləndirməlidirlər. Artmaqda olan bacarığa malik və bu səbəbdən daha baha olan yeni kənd təsərrüfatı avadanlıqları fermerə krediti daha uzun müddətə ödəməyə imkan verməklə tələbatın daha uzun müddətli kreditlər üçün olmasına səbəb olur.

__________________________________________________________________



4.5.2 Aktivlə Təmin Olunan Kreditləşmə
Aktivlə təmin olunan kreditləşmə bankı və ya kommersiya maliyyə şirkətlərini xüsusilə borcalanın aktivləri üzrə kreditləşməyə cəlb edir. Kommersiya bankları ümumiyyətlə inventar (həmçinin əsas kapital, mal ehtiyatları və ya satış üçün mallar adlanır) və borclar (faktorinq) üçün kredit verirlər. Aktivlə təmin olunan kreditlər ümumiyyətlə şirkətdən krediti əməliyyat üzrə nağd pul axınından kənar vəsaitlə ödəməsini tələb edir. Beləliklə girovun dəyəri və satış üçün əlverişliliyi vacibdir. Aktivlə təmin olunan kreditləşmə kommersiya və reteyl müştərilərin hər ikisinə təqdim oluna bilər.
MİSAL

__________________________________________________________________

Growth Corporation aktivlərinin 60%-i alacaqlarda və inventarda, 35%-i isə əsas kapitalda yerləşdirimiş kiçik istehsalçıdır. O, gələcək inkişafın dəstəklənməsinə gərəkli olan maliyyələşmənin artırılması məqsədilə alacaqlar və inventardan istifadə yollarını axtarmaq üçün Gamma Banka müraciət edir. Son il ərzində satış dövriyyəsi iki dəfə artan Growth Corporation aktivlə təmin olunan kreditləşmə üçün güclü namizəddir. İnventar və alacaqlarda bu qədər çox aktivi olan bu şirkət faktorinq üçün böyük potensial müştəridir. Faktorinq Gamma Bankın Growth Corporation-a təklifinin alternatividir. Bununla belə, satış artımındakı tendensiyanın dəstəklənməsi üçün şirkətin ciddi nağd pul çatışmamazlıqları ilə üzləşməsi mümkündür. Bütün şirkətlər kimi o da məhsullarının istehsalına davam etməlidir və xammalın gətirilməsi və işçilərin əmək haqqlarının verilməsi üçün nağd pula ehtiyacı olacaqdır. Sürətlə inkişaf edən şirkətlərin investisiyalarını maliyyələşdirmələrinə ehtiyac var. Kredit ödənilməsi onun ən iri aktivlərindən biri olan inventarın satışı ilə əlaqələndirilə bilər. Aktiv təminatlı maliyyələşmə şirkətin faiz xərclərini artırsa da, o, həmçinin satış artımını dəstəkləyəcək nağd pulla da təmin edəcəkdir.

__________________________________________________________________


4.5.3 Avtomobil Kreditləri
Avtomobil və ya maşın kreditləri bank və müştəri arasında avtomobilin alınmasını maliyyələşdirən və bankın avtomobildən girov olaraq istifadə edərək kreditə zəmanət verdiyi birbaşa avtomobil üzrə kreditləri və ya kreditlərin avtomobil dileri ilə müştəri arasında razılaşılan dolayı avtomobil kreditlərindən ibarətdir. Dolayı avtomobil kreditində müştəri diler vasitəsilə kredit üçün müraciət edir və diler sonradan borcalan haqqında məlumatları borcverən banka ötürür. Bəzi hallarda, diler və bank arasında sövdələşmə olarsa, bu cür kredit borcalana (avtomobil alıcısına) kredit üzrə daha az faiz ödənişi əldə etməsinə imkan verir. Bank diler tərəfindən təqdim olunan müştərilərə daha aşağı faiz dərəcəsi təklif edir.

Avtomobil kreditləri əsas etibarilə reteyl kredit məhsullarından ibarətdir. Bununla belə, bəzi hallarda banklar avtomobil parkı qurmaq istəyən şirkətləri – çatdırma və nəqliyyat şirkətləri kimi - biznesin maliyyələşməsi ilə təmin edir. Bu hallarda maliyyələşmə kommersiya məqsədli olur və reteyl və ya adətən fərdi avtomobil krediti ilə müqayisədə daha aşağı qiymət təyin olunur.


MİSAL

__________________________________________________________________

Growth Corporation çatdırma şəbəkəsinin genişləndirilməsi məqsədilə Gamma Bank tərəfindən təmin olunan proqramdan istifadə edərək maliyyələşdirdiyi avtomobil parkının əldə olunmasına qərar verir. Bank bu avtomobillər üçün kredit ayırır və Growth Corporation özünün nağd pul ehtiyatlarının böyük bir hissəsini verməkdənsə, bu avtomobillər üzrə ödənişləri bir neçə il müddətinə uzadır.

__________________________________________________________________



4.5.4 Veksel
Veksel ümumiyyətlə iri və maliyyə cəhətdən güclü şirkətlər tərəfindən buraxılan qısa müddətli, təminatsız notlardır. Not qısa ödəniş müddətli istiqrazdır. Ümumiyyətlə maliyyə vəsaitlərindən inventarın alınması və ya şirkətin gündəlik kapital ehtiyaclarının idarə olunması məqsədilə istifadə olunur. Veksel aşağı riskli və ya təhlükəsiz investisiya hesab olunur və bu investisiyadan əldə edilən gəlir nominal olur. Veksel bazarı əsasən iri, ictimai ticarət korporasiyaları tərəfindən istifadə olunur.
MİSAL

__________________________________________________________________

General Motors Acceptance Corporation (“GMAC”) əsas fəaliyyəti General Motors-un avtomobillərinin alışının diler və istehlakçı maliyyələşməsinin həyata keçirilməsidir (müvafiq olaraq dolayı və birbaşa avtomobil maliyyələşməsi). GMAC vekselləri dilerlərin inventar alışlarını maliyyələşdirəcək vəsaitlərin artırılması və müştərilər tərəfindən dilerlərdən GM avtomobillərinin alınmasının maliyyələşdirilməsi məqsədilə buraxır. Bu fəaliyyət dilerlər tərəfindən avtomobil inventarını maliyyələşdirilməsinə imkan yaradır (onları müştərilərə satması ilə əlaqədar olaraq); əslində bu qısamüddətli kreditdir. Qısamüddətli notlar (istiqrazlar) adətən yetkin şirkətlər tərəfindən istifadə olunur və nominal, həm də təhlükəsiz gəlirin əldə olunmasında maraqlı olan investor tərəfindən alınır.

__________________________________________________________________


4.5.5 Faktorinq
Faktorinq, şirkətə tələblərinin yerinə yetirilməsində və potensial kredit zərərlərinin azalmasında yardım məqsədilə maliyyə institutu və ya bank tərəfindən təklif olunan xidmətdir. Ayrı və ya birgə istifadə oluna bilən müxtəlif növ faktorinq yanaşmaları mövcuddur. Fərqli faktorinq yanaşmalarının hamısı şirkətin nağd pul ödənişlərinin erkən qəbulunu təmin edir. Faktorinqin üstünlüyü şirkətin özünün aktivlərini, xüsusilə nağd pul mövqeyini daha yaxşı idarə edə bilməsidir. Ən mənfi cəhəti isə bankın və ya faktorinq xidmətini göstərən təşkilatın xidmətin göstərilməsi qarşılığında “saç düzümü” adlanan aktiv faizini hesablaması səbəbindən, şirkətin pulun məbləğinin hamısını almamasıdır. Şirkətlərə təqdim olunan mövcud faktorinq xidməti növləri aşağıdakılardır:


  • Təcili faktorinq – bank şirkətin alacaqları borcları səmərəli şəkildə əlinə keçirəcək, onları toplamağa çalışacaq və toplananlardan komisyon alacaqdır. Şirkət fakturadan komisyonun çıxılmasından sonrakı vəsaitləri alır.

  • Maliyyə faktorinqi – bank girov olaraq vəsaitlərlə istehsal olunan mal və xidmətlərdən istifadə etməklə vəsaitləri şirkətə avans olaraq ödəyəcəkdir.

  • Diskont faktorinqi – bank ümumiyyətlə alınacaqlara borcların 85%-dən çox olmayan vəsaitləri şirkətə avans olaraq ödəyəcək və alınacaq vəsaitlərin toplanması cavabdehliyini öz üzərinə götürəcəkdir.

  • Açıqlanmayan faktorinq – bank fakturalara görə tam məsuliyyət daşıdığından şirkətə həmin məbləğin 85%-ni ödəyəcək və daha sonra fakturaların toplanması üçün şirkətə öz nümayəndəsini təyin edəcəkdir. Bu halda, kənardan olan şirkətə maliyyələşmə ehtiyacının ödəniş yeri olaraq baxmayacaq və bu halda şirkət öz fəaliyyətini normal qaydada aparmış kimi görünəcəkdir.

Müxtəlif faktorinq tədbirləri arasında kreditorun defoltu halında müxtəlif tərəflərin kredit riskinə məruz qalmasına rast gəlmək mümkündür. Bank alınacaq borcları toplaması və potensial zərərlə bağlı məsuliyyəti öz üzərinə götürməsi halında, zərər riskinə qarşı tab gətirə bilər. Bu halda bank vəsaitləri toplamaq üçün əsas stimula malik olur.


Təcili və maliyyə faktorinqi halında, bank potensial zərərə görə tam məsuliyyəti öz üzərinə götürmür; bu zərərləri alınacaq borcları banka satan şirkət öz üzərinə götürür. Bununla belə, diskont və açıqlanmayan faktorinq halında, bank bütün məsuliyyəti öz üzərinə götürür.

Diskont və açıqlanmayan faktorinqdə ödənişlərin toplanması riski faktorinq quruma ötürülür. Əvəzində şirkət alınacaq borcları satmaqla nağd pul axınını təmin edir və kredit riskini potensial mənfəətlilik dərəcəsinə salır.


MİSAL

__________________________________________________________________

Misalda çoxsaylı faktorinq növləri bir araya toplanıb.

Growth Corporation nağd pul axınını və sürətlə artan kapitalını təkmilləşdirmək istədiyindən Gamma Bankla faktorinq əlaqələrinə girərək hər ayın sonu fakturalarını banka satmağa razılıq verdi (təxminən 250,000 dollar dəyərində). Bank fakturaları 2%-lik diskontla almağa razılıq verdi (fakturadakı hər bir 100 dollarlıq fakturaya görə bank şirkətə 98 dollar ödəyəcəkdir). Bundan əlavə bank əlində olan məbləğin 85%-ni avans şəklində ödəməklə fakturalar üzrə təcili maliyyələşmənin təcili tələb olunması istəyindədir. 250,000 dollarlıq fakturaları 2%-lik diskontla satmaqla şirkət 245,000 dollar almış oldu və ümumi məbləğin 85%-i dəyərində, yəni 208,520 dolları avans olaraq ödəmişdir. 36,750 ABŞ dolları məbləğində qalıq hissə yığım xidmətləri məqsədilə banka ödəniləcəkdir. Fakturaların satılması Growth Corporation-ın nağd pul axınını təkmilləşdirdi və banka aylıq mənfəət qazandırdı.

__________________________________________________________________
4.5.6 Şəxsi Kapitallı Kredit Xətti və Şəxsi Kapitallı Kredit
Şəxsi kapitallı kredit ev sahiblərinə ipotekada olduğu kimi əmlakın qiyməti qarşılığında borc almaq hüququ verir (İpoteka ilə bağlı müzakirə üçün Bölmə 4.5.8-ə baxın.). Ümumiyyətlə şəxsi kapitaldakı kreditlərin iki müxtəlif növü olur. Şəxsi kapitallı kredit xətləri borcalanın əmlakı ilə zəmanət verilən şəxsi kredit xətləridir (Bərpa olunan kredit xətti üçün Bölmə 4.5.11-ə bax). Şəxsi kapitaldan kredit xəttini buraxan bank ev sahibinin özündə saxladığı kreditin məbləğinin səhmdar kapitalın müəyyən faizində məhdudlaşdırır. Əmlak dəyərinin borc alınan pulun məbləğinə nisbəti olan “kredit-dəyər nisbəti” (yuxarıda qeyd olunan Bölmə 4.4.5-ə baxın) şəxsi kapitallı krediti müəyyənləşdirmək üçün vacib təhlil alətidir. Sahibi kredit məbləğinin müddəti ərzində şəxsi kapitallı kredit xəttini istədiyi vaxt xərcləyə bilər. Adətən kredit faizi ABŞ praym dərəcəsi və ya LIBOR kimi əsas indekslər və onların faiz dərəcəsi ilə əlaqələndirilir.

Şəxsi kapitallı kredit xətti ipotekadan fərqlidir. Şəxsi kapitallı kredit xətti ev sahibinə evin dəyəri və mövcud ipoteka kreditini əks edən müəyyən limitlərdən istifadə etməyə imkan yaradır. Bu kredit xətləri ev sahibinə tələb üzrə maliyyələşmənin rahatlığını təklif edir və əsasən nağd pul qarşılığında meydana gələn səhmdar kapital haqqında qeyd edir. Bir çoxları bu xətləri bankdan depozitin çıxarılması ilə müqayisə edirlər.



Şəxsi kapitallı kredit meydana gələrək səhmdar kapitalının toplandığını qeydə alır. Şəxsi kapitallı kreditə evin dəyəri və hər hansı mövcud ipoteka tərəfindən müəyyən olunan maksimal məbləği açıq şəkildə ödənilir.

Şəxsi kapitallı kreditlərə – kredit xətləri və ya kredit – təminat olaraq ikinci ipoteka qoyula bilər. Girovun borcalanın əlindən alınması və ya defoltu halında, əldən alınacaq əmlakın yerləşdirilməsi ilə birinci ipoteka ödənilmiş hesab olunacaqdır. Birinci ipoteka ilə bağlı məsələnin həllindən sonra qalan məbləğlər ikinci ipoteka girovuna təyin olunacaqdır. Bu, ikinci ipoteka tərəfindən təmin olunan kreditin birinciyə nisbətən daha riskli edir. Bu əlavə risk səbəbindən, bir çox borcverənlər şəxsi kapital qarşılığında borc aldıqları məbləği əmlakın məbləğinin 80%-nə qədər azaldırlar. Eyni əmlak üzrə bir neçə ipotekanın olması ipotekalar üzrə ödənişlərin ödənilməməsi halında, ev sahibləri üçün potensial problemlər yarada bilər. İpotekanın ödənilməməsi girovun əlində alınma prosesini başlatmış olur ki, bu da şübhəli ipoteka üzrə ödənilməmiş qalıqların ödənilməsi üçün mülkiyyət hüququnun borcverənə ötürülməsi ilə nəticələnəcəkdir. Son illərdə, xüsusilə daşınmaz əmlakın qiymətinin kəskin sürətdə artdığı yerlərdə bir çox şəxsi kapitallı kreditlərin “kredit-dəyər nisbəti” 80%-dən 100% və hətta 120-qədər artmışdır. Daşınmaz əmlak qiymətlərinin kəskin aşağı düşməsi halında, borcverənlərin üzləşəcəyi problemlər Bölmə 4.4.5-də təsvir olunur.



4.5.7 Lizinq
Lizinq fərd və ya şirkətə (lizinq əməliyyatında “icarəyə götürən” adlanır) sahib olmadığı aktivi istifadə etmə hüququ verir. Aktivdən istifadə qarşılığında icarəyə götürən icarəyə verənə mütəmadi olaraq ödəniş ödəyir. İcarəyə verən aktivlərin sahibidir və icarəyə götürənə aktivdən istifadə etmək hüququnu verəcəkdir.

Lizinq həm reteyl, həm də kommersiya məhsuludur. Reteyl məhsul olaraq lizinqlər adətən avtomobillərin və digər bahalı istehlak məhsullarının maliyyələşdirilməsi məqsədilə istifadə olunub. Reteyl lizinq ödənişlərdə çevikliyə imkan verir və hətta burada icarəyə götürən imkanları daxilində aşağı ödənişin edilməsi də mümkündür. Məsələn, lizinqin müddəti nə qədər uzun olarsa, ödəniş də o nisbətdə aşağı olacaqdır; lakin müddətin uzunluğu, faiz ödənişlərinin də yüksək olmasına səbəb olacaqdır.

Kommersiya məhsulu olaraq lizinqlərdən bahalı ləvazimatların maliyyələşməsi məqsədilə geniş istifadə olunur. Bunun əsas səbəblərindən biri lizinqdə ləvazimatın alınması üçün iri məbləğlərin sərf olunmasının tələb olunmasıdır. Bu yanaşma xüsusən nağd pula çıxış imkanını və kapitalın məhdudluğunun mümkün ola biləcəyi kiçik və/və ya sürətlə inkişaf edən firmalar üçün faydalıdır.

Bir çox lizinq müqavilələrindəki şərtdə qeyd olunur ki, lizinqin müddəti sona çatdıqda icarəyə götürənin lizinqlə təmin olunan aktivlərinin ilk imzalanma anında razılaşdırılmış qiymətə alma öhdəliyi daşımasa da, bunun üçün hüquqa malik olacaqdır. Bu seçim icarəyə götürəni çevikliklə təmin edir və xüsusilə tez sıradan çıxmayan ləvazimatların maliyyələşdirilməsi üçün faydalıdır. Həmin hallarda icarəyə götürən lizinq müddətinin sonunda onları sadəcə olaraq icarəyə verənə qaytarır və o da öz növbəsində köhnə ləvazimatlarla necə davranmalı olduğuna qərar verir. Daha sonra icarəyə götürən daha yeni ləvazimatların əldə olunması ilə bağlı danışıqlar aparır.



Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin