Wiley finance


Nəzarət Yoxlaması Müddətində Həll Olunacaq Xüsusi Məsələlər



Yüklə 2 Mb.
səhifə28/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   ...   24   25   26   27   28   29   30   31   32

Nəzarət Yoxlaması Müddətində Həll Olunacaq Xüsusi Məsələlər

2-ci Prinsipdəki dörd prinsip öz nəzarət prosedurlarını hazırlayarkən nəzarətçilərin istifadə etməsi üçün bazanı verir. Bazel Komitəsi həmçinin bütün nəzarət yoxlamalarına daxil edilməli olan bir sıra digər vacib məsələləri də təyin etmişdir, Bunlar ya qabaqcıl hesablama metodlarının istifadəsi üçün standartlar dəstinin bir hissəsini təşkil edən, ya da 1-ci Prinsipdə birbaşa olaraq həll olunmayan sahələri əhatə edən məsələlərdir, misal üçün, stress sınağının keçirilməsi və likvidliyin sınağında ssenari təhlili.


Mühasibat Kitabında Faiz Dərəcəsi Riski
2.2 Bölməsində müzakirə olunduğu kimi, mühasibatlıq kitabında faiz dərəcəsi riski faiz dərəcələrindəki dəyişikliklərə görə bankın kredit və depozit fəaliyyətlərindəki potensial zərərə deyilir. Bazel Komitəsi mühasibatlıq kitabındakı faiz dərəcəsi riskini kapital dəstəyini tələb edən əhəmiyyətli bir risk hesab edir. Bununla belə, Komitə həmçinin qəbul edir ki, bu riskin təbiəti və idarə olunması beynəlxalq bank işi icması boyu çox müxtəlifdir və bu risk 2-ci Prinsip çərçivəsində həll oluna bilər. Bank nəzarətçiləri əgər öz bank icmaları üçün düzgün olduğunu düşünürlərsə, məcburi kapital tələbini həyata keçirə bilərlər. Komitə başa düşür ki, bu risk barədə məlumat verilməsi bankın özünün daxili riskin idarə olunması sistemlərinə arxalanır. Nəzarətçilər həmçinin öz nəzarətlərində olan bankların müqayisəsinə icazə vermək üçün standart faiz dərəcəsi dəyişikliyinə əsaslanan hesabatlar tələb edirlər. Əgər bir bankın öz faiz dərəcəsi riskini əhatə etmək üçün qeyri-kafi kapitala sahib olduğu hesab olunursa, nəzarətçilər bu bankdan öz risklərini azaltmağı, daha çox kapital saxlamağı və ya bunların hər ikisinin birləşməsini həyata keçirməyi tələb etməlidirlər.
1-ci Prinsipdə Daxili Reytinq Əsaslı Yanaşma çərçivəsində stress sınağı

Daxili Reytin Əsaslı Yanaşmadan istifadə edən banklar təmin etməlidirlər ki, onların Daxili Reytin Əsaslı Yanaşma tələbini ödəmək üçün kifayət qədər kapitalı vardır. Onların Daxili Reytin Əsaslı Yanaşmanın bir hissəsi olaraq həyata keçirilən kredit riski stress sınaqlarında müəyyən olunmuş hər hansı çatışmazlıqları əhatə etmək üçün kifayət qədər kapitalı olmalıdır.


Defoltun Tərifi

Bazel Komitəsi defolt hadisəsini aşağıdakı hadisələrdən hər hansı biri və ya hər ikisi baş verərkən baş verən hadisə kimi tərif edir:



  1. Bank hesab edir ki, borcalan bankın qoyulmuş girovu özünün rəsmi mülkiyyətinə keçirməsi kimi tədbərlərdən istifadəsi olmadan öz kredit öhdəliklərini bank qrupuna tam olaraq ödəməyəcəkdir.

  2. Borcalan bank qrupuna hər hansı maddi kredit öhdəliyinə görə ödənişi 90 gündən artıq gecikdirir. Overdraftlar müştəri icazə verilən overdraft limitini keçdikdən sonra və ya banka cari mövcud öhdəliyindən daha limit icazə verilmişdirsə gecikmiş hesab olunur.

Banklar özlərinin daxili hesablamalarında defoltun olma ehtimalı, zərər verən defolt və defolt vəziyyətində riskə məruz qalma üzrə Bazelin göstərdiyi tərifdən istifadə etməlidirlər. Bununla belə, bank nəzarətçiləri öz yurisdiksiyalarında defoltun tərifinin izahı haqqında təlimat verəcəklər. Nəzarətçilər bankın öz kapital tələbinin hesablanmasının tərifini necə yozmasının təsirini qiymətləndirməlidirlər.



Qalıq Riski

1-ci Prinsip banka girov, zaminlər və ya kredit törəmə alətlərindən istifadə etməklə öz kredit risklərini azaltmağa imkan verir. Kreditə qarşı icazə verilən kapital ehtiyatı hesab edir ki, riskin azaldılması metodu (bəzən hecinq adlanır) tam olaraq icra olunmuşdur. Amma, bankda qalıq, hüquqi və ya sənədləşmə riskləri ola bilər ki, bu da bankın əvvəlcədən qeyd olunduğundan daha yüksək risklə qarşılaşması ilə nəticələnə bilər. Banklar özlərinin bu kimi qalıq risklərini minimuma endirmək üçün siyasətlər və prosedurlar işləyib hazırlamalıdırlar. Banklar öz kredit risklərinin onların zəiflətmə metodları ilə tam olaraq əvəzlənməsinə imkanın və ya ehtiyacın olub-olmamasını müəyyən etmək üçün öz siyasətləri və prosedurlarının keyfiyyətini qiymətləndirməlidirlər. Nəzarətçilər bankın qiymətləndirməsini yoxlayacaqlar və prosesdə çatışmazlıqların olduğunu hiss etsələr tədbir görəcəklər.



Kredit Konsentrasiya Riski

Riskin konsentrasiyası bankın onun öz biznesini həyata keçirmək qabiliyyətini təhlükə altında qoya biləcək zərərlər yaratmaq potensialı olan hər hansı vahid bir risk və ya bir qrup riskə məruz qalmadır. Kredit riskinin konsentrasiyası ən çox yayılmış konsentrasiya riskidir, çünki kredit vermə çox zaman bankın əsas fəaliyyətidir.



MİSAL

1998-ci ilin yanvarında, Asiyanın ən böyük müstəqil investisiya şirkətlərindən biri olan mərkəzi Honq Konqda yerləşən Peregrine Investment Holdings şirkəti 400 milyon ABŞ dolları cari borc ilə müflisləşdi. Konsentrasiya riski bu məhv olmanın əsas səbəbi idi, çünki, Peregrine şirkəti öz kapital bazasının təxminən 20%-ni müflis olan Stead Safe, İndoneziya taksi və avtobus şirkətinə vermişdi.

Riskin konsentrasiyası bankçılıq problemlərinin vacib bir səbəbidir. Kredit riskinin konsentrasiyası müxtəlif şəkil ala bilər və aşağıdakıları əhatə edə bilər:


  • Vahid bir quruma və ya maliyyə cəhətdən əlaqəli tərəflər qrupuna böyük kredit riski

  • Eyni iqtisadi region və ya coğrafi ərazidəki şəxslərə kredit riski

  • Eyni biznes fəaliyyəti və ya əmtəəsindən asılı olan tərəflərə kredit riski

  • Vahid növ girova sahiblik kimi kreditin zəiflədilməsi metodlarına dolayısı risk

Banklar özlərinin risklərin idarə olunması prosesinin bir hissəsi kimi risk konsentrasiyalarını müəyyən etməli və idarə etməlidirlər. Kredit risk konsentrasiyaları bankın əməliyyatlarına münasibətdə təyin olunmalıdır və müvafiq risk hədləri ya məcmu kapital tələblərinə, ya da ümumi aktivlərə nisbətdə müəyyən olunmalıdır. Banklar təmin etməlidirlər ki, onların daxili prosedurları kredit riski konsentrasiyalarının müəyyən olunması, ölçülməsi, monitorinqi və nəzarət edilməsində səmərəlidirlər. Konsentrasiya riski 1-ci Prinsipin tələblərində əhatə olunmur.


Əməliyyat Riski

Ümumi gəlirin həm Əsas Göstərici Yanaşması, həm də Standart Yanaşma çərçivəsində əməliyyat riskinə məruz qalmasını əks etdirmək üçün təminat kimi istifadəsi bəzi hallarda riski aşağı göstərə bilər. Nəzarətçilər bankın biznesinin təbiətini yoxlamalıdırlar və risk hesablamalarını öz yurisdiksiyalarındakı bənzər banklarla müqayisə etməlidirlər.


Sekyuritizasiya

Sekyuritizasiya vasitəsilə bank özünün kredit riskini kənarlaşdırır (satır) və ya sekyuritizasiya edilmiş məhsul alan investorlara ötürür. Bunun nəticəsində, bankın öz balansında daha az kapitala ehtiyac var – sekyuritizasiya kapitalın yüngülləşməsinə səbəb olur. Sekyuritizasiya prosesinin bankın nəzarət yoxlaması sekyuritizasiyanın bankın risklərini nə dərəcədə tam olaraq ötürdüyünü, bankın hər hansı qalıq riski(ləri) saxlayıb saxlamadığını müəyyən etməyi yoxlamalıdır. Əgər müəyyən qədər risk qalırsa, nəzarətçilər 1-ci Prinsip çərçivəsində hesablanmış kapital yardımını azalda və ya kənarlaşdıra bilərlər. Məqsəd sekyuritizasiya ilə ötürülmüş kredit riskinin səviyyəsini əks etdirən kapital güzəştinin səviyyəsini müəyyən etməkdir.





      1. Hesabatlılıq və Beynəlxalq Əməkdaşlıq

Bankların nəzarətində mülahizə amili var, çünki bank fəaliyyəti müxtəlif yerli qaydalara əsasən həyata keçirilir. Bank nəzarətçiləri onların müşahidəyə əsaslanan nəzarət tədbirlərinin şəffaflıq və hesabatlılıqla həyata keçirilməsini təmin etməlidirlər. Maliyyə qurumları üçün kapitalın adekvatlılığının yoxlanması üzrə meyarlar hamı üçün əlçatan olmalıdır. Bu meyarlara kapital əmsallarını Bazel II-də müəyyən olunmuş minimum dəstdən yuxarı təyin edən hər hansı siyasətlər daxil olmalıdır. Hər hansı bir banka daha yüksək kapital tələbi təyin etmək üzrə hər bir qərar banka izah olunmalıdır və səbəbləri və tələb olunan korreksiya işi dəqiq göstərilməlidir.

Beynəlxalq banklar yəqin ki, bir sıra yurisdiksiyalarda fəaliyyət göstərirlər. Ona görə də, onlar ölkələrindəki orqanın nəzarətinə və həmçinin bank əməliyyatları apardıqları ölkələrin hər birinin nəzarət orqanının nəzarətinə məruz qalırlar. Bu vəziyyət ədəbiyyatda adətən “ev-qonaq ölkə” işləri adlanır. Yeni Bazel II Sazişi bu cür beynəlxalq bank qrupları üçün nəzarət yükünü azaltmağa kömək etmək üçün ev və qonaq ölkənin nəzarətçiləri arasında daha sıx praktiki əməkdaşlıq tələb edir.

Ev ölkənin nəzarətçisi özü və bank qrupunun əməliyyatları üzrə məsuliyyət daşıyan qonaq ölkənin nəzarətçiləri (başqa ölkələrdə bankın filialının əməliyyatlarına nəzarət edəcək nəzarətçilər) arasında əməkdaşlıq işinə rəhbərlik etməlidirlər. Məqsəd banklara icra yükünü azaltmaq və təkrarlanan və ya əlaqələndirilməyən təsdiqləmə işinə yol verməməklə nəzarət ehtiyatlarını qorumaqdır.




    1. PRİNSİP 3 – BAZAR İNTİZAMI


Açıqlama bankın biznesinin düzgün qiymətləndirilməsinə imkan verən zəruri məlumatın yayılmasıdır. Bu məlumat investorlara və bazara yol göstərir və bankın müştərilərinə bankın əməliyyatları və riskləri barədə daha aydın mənzərə verir. Açıqlama tələbləri təmin edir ki, korporativ qurumlar özlərinin maliyyə fəaliyyətləri barədə müvafiq məlumatları investorları ilə bölüşsünlər və bu məlumat ümumi şəkildə qəbul olunmuş standartlara uyğun olaraq təqdim olunur.

Həm xüsusi mülkiyyətdə olan, həm də açıq şəkildə alınıb-satılan şirkətlər maliyyə hesabatları hazırlamalıdırlar: mənfəət və zərər hesabatları, balans hesabatları və vergi hesabatları. Bu hesabatları şirkətin xarici auditorları tərəfindən imzalanmalı və müvafiq ümumi şəkildə qəbul olunan mühasibatlıq prinsiplərini əks etdirməlidir. Bu vəzifəni yerinə yetirmək üçün hər şeydən əlavə auditorlardan maliyyə hesabatları ilə əlaqədar şirkətin daxili nəzarətinin keyfiyyətini yoxlamaq və təsdiqləmək tələb olunur.

Açıq şəkildə alınıb satılan şirkətlər onların səhmlərinin alınıb satıldığı birjanın tələb etdiyi əlavə açıqlamalar da verməlidirlər və bunlar çox zaman “faylinqlər” adlanır. Faylinqlər səhmdarların məlumat tələblərini əks etdirirlər və çox təfərrüatlı maliyyə məlumatını əhatə edirlər. Bəzi ölkələrdə açıq şəkildə alınıb satılan şirkətlərin rəhbərliyi həmçinin təsdiq etməlidir ki, şirkətin maliyyə hesabatları şirkətin həqiqi maliyyə vəziyyətini düzgün və tam olaraq əks etdirir və bunu yalandan etmək hüquqi məsuliyyət təşkil edir. ABŞ-da bu Sarbanes-Oxley Aktı ilə tənzimlənir.


MİSAL

1990-cı illərin ortalarında İtaliyanın südçülük və yeyinti korporasiyası olan Parmalat kredit alətlərindən istifadə etməklə dünyanın hər yerində südçülük və yeyinti şirkətlərini aldı. 2001-ci ildə artıq yeni alınmış şirkətlərin bir çoxu pul itirirdi. Onun şirkətlər portfelinin pis fəaliyyətinə baxmayaraq, şirkət özünün aktiv genişlənməsini davam etdirirdi, lakin Parmalat bu genişlənməni kreditləri maliyyələşdirmək əvəzinə, törəmə alətlər daxil olmaqla mürəkkəb maliyyə məhsulları buraxdı. Törəmə alətləri şirkətə öz zərərlərini və toplamış olduğu böyük borcu gizlətməyə imkan verdi. 2003-cü ilin sonunda Parmalatdakı aldadıcı mühasibatlıq təcrübələri ifşa olundu, kredilə-əlaqəli sənədlərin özlərinə satılması daxil olmaqla. Parmalatın bankı olan Bank of America bir sənəd yayaraq təsdiq etdi ki, Parmalatın bank hesabında olduğu göstərilən 4 milyard avro əslində mövcud deyil. Mühasibatlıq fırıldaqçılığının faktiki miqyasının 12 milyard avro olduğu təxmin edilirdi. Şirkət müflis elan olundu və sonda şirkətin İcraçı direktoru Kalisto Tanzi maliyyə fırıldaqçılığına görə 10 il həbs cəzasına məhkum edildi. Parmalat bank olmasına baxmayaraq, bir çox banklar açıq şəkildə alınıb-satılan şirkətlərdir və Parmalat qədər öz səhmdarları qarşısında cavabdehdirlər. Bankın birjanın, tənzimləyicinin və ya nəzarətçinin açıqlama tələblərini ödəyə bilməməsi eyni şəkildə fəlakətli təsirlərə səbəb ola bilər.

3-cü Prinsip minimum kapital tələbləri (Prinsip 1) və nəzarət yoxlaması prosesini (Prinsip 2) tamamlamaq üçün açıqlama tələblərinə istiqamətlənir. 3-cü Prinsip açıqlaması maliyyə fəaliyyəti deyil, kapital məlumatına istiqamətlənir və şirkətin aid aşağıdakları həll edir:


  • Kapital strukturu

  • Risklər

  • Kapitalın adekvatlığı

3-cü Prinsip açıqlama üçün nəzərə alınan məlumat şirkətinin əməliyyatları və investorların şirkətin fəaliyyətini qiymətləndirmələri üçün vacib olmasını tələb edir. Bazel II Sazişi onun buraxılması və ya səhv göstərilməsi iqtisadi qərarlar vermək məqsədilə həmin məlumata etibar edən istifadəçinin qiymətləndirməsini və ya qərarını dəyişə və ya ona təsir edə biləcəyi halda, məlumatı vacib hesab edir. Lakin 3-cü Prinsip əsasən, məxfi müştəri məlumatları daxil olmaqla banklar xüsusi və ya məxfi məlumatları açıqlamağa məcbur deyillər.

3-cü Prinsipə görə, əksər banklar öz açıqlamalarını hər altı aydan bir edirlər. Bu standarta üç istisna var.

1. Sabit riskləri olan kiçik banklara illik açıqlama verməyə icazə verilir.

2. İri beynəlxalq banklar özlərinin 1-ci Dərəcəli və ümumi kapital adekvatlığı əmsallarını və həmçinin öz əmsallarının tərkib hissələrini rüblük olaraq dərc etməlidirlər.

3. Banklar özlərinin ümumi mahiyyətli kəmiyyət açıqlamalarını illik olaraq edə bilərlər (yəni bankın öz risklərini qiymətləndirmək üçün istifadə etdiyi prinsipləri və prosedurları barədə məlumatı).




      1. Mühasibat Açıqlamaları

Bazel II qəbul edir ki, risk açıqlamaları və maliyyə açıqlamaları eyni deyil və bu iki müxtəlif növ açıqlamaları uyğunlaşdırmaq sabit risk səviyyələri olan banklar üçün bahalı və vaxt-aparan və hətta ədalətsiz ola bilər.

Maliyyə hesablarının müxtəlif məqsədləri olduğu üçün – investor məlumat – və tənzimləmə risk hesabatları – risklər və kapital arasındakı münasibət – risk açıqlamaları və maliyyə açıqlamaları arasındakı hər hansı təfərrüatlı uyğunlaşdırma bahalı və çətin olardı. Bir çox banklar üçün bu cür uyğunlaşdırma əhəmiyyətli dərəcədə sistem xərcləri demək olardı. Ona görə də, Bazel II təklif edir ki, banklar özlərinin illik hesabatlarını və digər maliyyə hesabatlarını tələb olunan nəzarət tənzimləyici hesabatlardan ayrı şəkildə dərc etsinlər.


      1. Açıqlama üzrə Ümumi Tələblər

Bazel II Sazişi tələb edir ki, banklar öz açıqlamalarını təsdiq etmək və gələcəkdə hansı məlumatın açıqlanıb, hansının açıqlanmamalı olduğunu təkrar qiymətləndirmək üçün rəsmi açıqlama siyasətləri və prosesləri işləyib hazırlasınlar. Bu siyasətlər və prosedurlar bankın idarə heyəti tərəfindən təsdiq olunmalıdır.


3-cü Prinsipə aid tələblər aşağıdakılarla əlaqədar həm kəmiyyət, həm də keyfiyyət açıqlamasına aiddir:

  • Bank, qrup və köməkçi struktur. Açıqlama tələbləri adətən birləşdirilmiş bank qrupuna – bütöv bir bank, özünün bütün bank və qeyri-bank köməkçi şirkətləri ilə birgə - aiddir.

  • Kapital strukturu. Banklar özlərini kapital strukturlarının təfərrüatını açıqlamalıdırlar. Keyfiyyət açıqlaması bankın malik olduğu fərqli kapital növlərinə istiqamətlənir, amma kəmiyyət açıqlamalarına aşağıdakılar daxildir:

    • 1-ci Dərəcəli kapitalın miqdarı, kapital mənbəyi (səhmlər, ehtiyatlar və s.), 2-ci Dərəcəli kapitalın miqdarı və 3-cü Dərəcəli kapitalın miqdarı (əgər zəruridirsə)

    • Kapitaldan çıxılmalar (əgər zəruridirsə)

    • Ümumi məcmu kapital

  • Kapital adekvatlığı. Bank özünün kapital adekvatlığını necə qiymətləndirdiyini, keyfiyyət açıqlaması; və kredit riski, bazar riski və əməliyyat riski üzrə bankın kapital tələblərini və onun ümumi kapitalını və 1-ci Dərəcəli kapital əmsalı, bütün kəmiyyət açıqlamalarını müzakirə etməlidir.




      1. Riskə Məruz Qalma və Riskin Qiymətləndirməsi Hallarının Açıqlanması

3-cü Prinsipin risklərin açıqlanması tələbləri bankın öz tələb olunan risk kapitalını hesablamaq üçün istifadə etdiyi yanaşmadan asılıdır. Bank tərəfindən istifadə olunan yanaşmaların mürəkkəbliyi hansı məlumatın açıqlanmalı olduğunu diktə edəcək.


Ümumi keyfiyyət açıqlamasına aşağıdakılar haqqında məlumat daxildir:

  • Hər bir müəyyən olunmuş risk sahəsi ilə əlaqədar risklərin idarə olunması məqsədləri və siyasətləri

  • Müvafiq risklərin idarə olunması funksiyasının strukturu və təşkilatı

  • Hecinq və risklərin azaldılması strategiyalarının tətbiqi

Kəmiyyət açıqlama tələbləri mürəkkəbdir və hər hansı təfərrüatlı siyahı uzun olardı. Ümumiyyətlə, kredit risk açıqlamalarına aşağıdakılar haqqında məlumat daxildir:



  • Əsas məhsullar üzrə ümumi və ortalama kredit riski

  • Əsas məhsullar üzrə risklərin coğrafi, sənaye sahəsi və ödəniş müddəti bölüşdürməsi

  • Sənaye sahəsi, qarşı tərəf və coğrafi sahə üzrə kreditlər, təminatlar və silinmələr

Ümumiyyətlə, bazar riski açıqlamalarına aşağıdakılar haqqında məlumat daxildir:



  • Ümumi bazar riskinin dörd əsas növü üzrə kapital tələbləri: faiz dərəcəsi riski, kapital riski, xarici valyuta riski və əmtəə riski.

  • Hesabat müddəti üzrə yüksək, ortalama və aşağı riskli məbləğ (VaR) dəyərləri və bu hesablamaların etibarlılığının qiymətləndirilməsi.

Kapital adekvatlığı açıqlamalarında əhatə olunanlardan əlavə heç bir kəmiyyət əməliyyat risk açıqlama tələbləri yoxdur.

Son olaraq, mühasibatlıq kitabında faiz dərəcəsi riski olan banklar bu risklərin qiymətləndirmək üçün istifadə olunan modellərin keyfiyyət qiymətləndirməsinə icazə verən məlumatı açıqlamalıdırlar. Daxil edilən məlumat nümunələrinə ilkin ödənişlər və əmanətlərin çıxarılmaları haqqında gümanlar daxildir. Bankın faiz dərəcəsi riski ilə əlaqədar kəmiyyət açıqlaması faiz dərəcəsi dəyişikliklərinin bankın qazancları və ya dəyərinə edəcəyi təsiri əks etdirir.



    1. MƏCMU KAPİTALIN FÖVQÜNDƏ

Hər hansı bir sualsız, məcmu kapital tələblərinin ödənilməsi bankın idarə heyətini və yüksək rəhbərliyini onların, tənzimləmənin əhatəsindən əlavə bankın biznes fəaliyyətini dəstəkləmək üçün adekvat kapitalın saxlanması daxil olmaqla, onların səlahiyyətli və prudensial bank rəhbərliyi və nəzarətini təmin etmək məsuliyyətindən azad etmir. Tərtibatı etibarı ilə, məcmu kapital ilk işi ictimaiyyət üçün bankçılığın təhlükəsizliyi və sabitliyi olan dövlət orqanı tərəfindən müəyyən olunmuş minimum kapital tələbini müəyyən edir.


MİSAL

2007-ci ildə, qlobal bank sistemi ABŞ-ın substandart ipoteka krediti bazarı ilə əlaqədar olaraq kapital adekvatlığı problemləri ilə üzləşməyə başladı. 2008-ci ildə bu problemlər kəskinləşməyə başladı, çünki evlərin qiymətləri aşağı düşdükcə və borcalanlar kreditlərini geri ödəmədikcə banklar görünməmiş dərəcələrdə zərərlərlə üzləşirdilər. Banklar xarici mənbələrdən kapital cəlb etməyə məcbur oldular. Bax Şəkil 8.2. Misal üçün, əgər UBS substandart bazar və özünün 1-ci Dərəcəli kapitalının 35% və ya 19,671 CHF azalması ilə nəticələnən kredit problemi ilə əlaqədar zərər görmüşdüsə, onun kapital əmsalı 9.6% düşərdi. 8% minimumdan yuxarı olmasına baxmayaraq, o bazarlara və öz tərəfdaşlarına onun öz portfellərində daha çox zərərlərə tam gətirmək qabiliyyəti barədə etibar verməsi üçün çox yaxın olardı. Bu misal eyni zamanda HSBC, Barclays və BBVA üçün eyni olardı.

Faktiki olaraq, 2007 və 2008-ci illərdə daşınmaz əmlak bazarlarında qiymətlər kəskin şəkildə düşdü və dünyanın hər yerində bankların əksəriyyətinə təsir etdi. Banklar öz balans hesabatlarını möhkəmlətmək üçün bir çox yollarla kapital cəlb etməyə cəhd etsələr də, sonda hər bir bank öz tərəfdaşlarının balans hesabatı barədə narahat oldular və bütün mümkün zərərlərin açıqlanıb açıqlanmadığını və mövqelərin düzgün qiymətləndirilib-qiymətləndirilmədiyini şübhə altına aldılar.

Bu maliyyə sistemində kreditin dondurulması ilə nəticələndi, çünki banklar biri-birilərinə və öz müştərilərinə kredit vermək istəmirdilər. Bu fəlakətli vəziyyət dövlətləri bank sisteminə etibarın bərpa olunması və bankların kreditləşməni bərpa etmələri üçün banklarını təkrar kapitallaşdırmaları məqsədiilə proqramlar yaratmağa məcbur etdi.

Təəssüf ki, minlərlə şəxsin səylərinə və maliyyə sisteminə trilyonlarla ABŞ dolları və digər dünya valyutalarının yatırılmasına baxmayaraq bu problemin həlli hələ də tapılmamışdır.

Bu fəsildə nəzarətlə əlaqədar əvvəllər müzakirə olunmuş mövzular indi böyük müzakirə və tənzimləmə istintaqının mövzularıdır. Bir çox digər amillərin arasında, bankın rəhbərliyinin düzgün nəzarət edib etməməsi, bankın rəhbərliyinin öz idarəetmə fəaliyyətində bacarıqlı və ehtiyatlı olub olmaması və bankların öz mövqelərini düzgün dəyərləndirib dəyərləndirmədikləri indi müzakirə olunmaqdadır.

Məcmu kapitalın tapşırıqları elə tərtib olunmuşdur ki, hər bir bank üçün fəlakət və ya uğursuzluq olduqda kapital səviyyələrinin hər bir fərdi bankın probleminin sistematik bir problem halına gəlməsinin qarşısını almaq üçün adekvat olması təmin edilsin. Beləliklə, məcmu kapital hesablamalarının vaxt çərçivəsi adətən qısamüddətli olur (misal üçün, Bazel II-də bazar riski kapital üçün 10 gün). Tənzimləyicilər təmin etmək istəyirlər ki, bankın aktivləri tez bir şəkildə likvid hala salınmalı olsa, bankın kapitalı zərərləri ödəyər. Məcmu kapital təşəbbüsləri yaxşı müəyyən olunmalı, yaxşı yoxlanmalı və geniş tətbiq olunmalıdır. Məcmu kapitalı hesablamaq üçün metodlar daha sərtdir və bütün bankların qarşılaşacağı müəyyən risklərə (bazar və əməliyyat riski) istiqamətlənirlər.

2-ci Prinsipin əsas bir komponenti bankın daxili kapital adekvatlığı qiymətləndirmə prosesinin keyfiyyətinin nəzarət qiymətləndirməsinə istiqamətlənir (ICAAP). Bankın rəhbərliyi bankın uzun-müddətli sağlamlıq və uğurunu nəzərə almalıdırlar, onun riskə dözümlülüyünü qərarlaşdırmalıdırlar və kapital səviyyəsini risk və mükafat arasında onun məqbul kompromisi cəhətdən optimal səviyyədə təyin edirlər. Daha yüksək kapital səviyyələri o deməkdir ki, kredit vermək və ya investisiya qoymaq üçün daha az vəsait vardır və bu mənfəəti azaldır. Amma yüksək kapital səviyyələri həmçinin zərərlərin öhdəsindən gəlmək üzrə bankın kredit reytinqi yaxşılaşdıran və kredit alma xərclərini azaldan daha geniş imkan deməkdir. Bu qərarın geniş təsiri səbəbindən, bank rəhbərləri yalnız tənzimləyicilər tərəfindən müəyyən olunmuşlar deyil, həmin bankın qarşılaşdığı risklərin hamısını həll edən yüksək keyfiyyətli kapital qiymətləndirmə prosesini qorumalıdırlar.

İqtisadi kapital məcmu kapitalla əlaqəli bir anlayışdır. İqtisadi kapital bankın uzun müddət sağ qala bilməsi üçün böyük, amma ehtimalı az olan zərərlərə tab gətirmək üçün qorumalı olduğu kapital səviyyəsini əks etdirir. O kapitalla əhatə olunmalı olan potensial, amma gözlənilməz, zərərləri ölçür. Risk ölçüsü kimi iqtisadi kapital riskli məbləğ (VaR) metodologiyasından inkişaf etmişdir (bax Fəsil 5). Həm bank nəzarətçiləri, həm də bankın rəhbərliyi VaR-ı vacib bir alət hesab edirlər, çünki o vacib bir sualı nəzərə alır:
Müəyyən etibar səviyyəsi üçün (misal üçün, vaxtın 95%), bankın növbəti zaman müddətində nə qədər zərər edə biləcəyi barədə yüksək hədd nədir (misal üçün, 24 saat, həftə, ay və ya il)?
Əvvəlki müzakirəmizdən xatırladığınız kimi (fəsil 5), VaR mütləq ən pis zərəri deyil, vaxtın müəyyən faiz dərəcəsi üçün (misal üçün, 95%) ən pis zərəri göstərir. Qeyd etmək lazımdır ki, VaR-ın cavab verdiyi alternativ və bərabər bir sual budur:
Növbəti vaxt müddəti üzrə mümkün ssenarilərin ən pis 5%-ində bankın zərər edə biləcəyi ən aşağı məbləğ nədir?”
İqtisadi kapital VaRla eyni sualı nəzərə alır, amma xüsusilə çox yüksək etibar səviyyəsində ən pis zərərlər (bank biznesin davam etdirilməsinin bir hissəsi olan normal hesab edilən) barədə narahatdır. İqtisadi kapitalın modelləşdirilməsinə bankın potensial zərərləri üçün ehtimalın bölüşdürülməsinin hesablanması (hər bir mümkün zərər dəyərinin və ya zərər dəyərlərinin sırasının olma ehtimalının tapılması) daxildir.


      1. Yüklə 2 Mb.

        Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin