İmanova N.
5
Sleep (yuxu) – enerjiyə qənaət rejimidir. Əməli yaddaşın məzmunu sərt diskə yazılır,
kompüterdə
bütün əməliyyatlar dayanır, seans saxlanılır.
Hibernate (mürgüləmə) – Sleep - ə nisbətən ən az enerji sərf edir. Bu rejimdə aktiv proqramlar sərt
diskə hiberfil.sys adlı faylda saxlanılır, kompüter sönür. Komputer açılan kimi
proqramlar öz işini davam
etdirir.
Shut down (Söndür) – bütün pəncərələr bağlanır, kompüter sönür.
Restart – kompüteri yenidən başladır (Ctrl+Alt+Del)
Start menyuda sol paneldə yerləşən Settings əmri ilə açılan pəncərədən kompüterlə bağlı
bir çox
tənzimləmələri həyata keçirmək olar.
Start menyuda ən üstdə yerləşən istifadəçi adının üstündə sold üyməni kliklədikdə aşağıdakı pəncərə
açılır:
Change account settings – istifadəçi hesabını tənzimləməyə imkan verir;
Lock – kompüteri kilidləməyə imkan verir (Win+L);
Sign out – seansı bitirərək istifadəçi hesabını dəyişməyə imkan verir.
Start menyunun üzərində sağ düyməni sıxdıqda onun kontekst menyusu açılacaq.
Kontekst
menyunun əmrləri ilə proqramlara və onların xüsusiyyətlərinə baxmaq, Power düyməsinin alt əmrlərini icra
etmək, İş masasına baxmaq, axtarış aparmaq və s. sistem proqramları və qovluqlarına baxmaq olar.
Səbət (Recycle Bin). Silinmiş obyektlərin müvəqqəti saxlandığı xüsusi sistem qovluğudur. Yalnız
Recycle Bin qovluğunda iki eyni adlı obyekt ola bilər. ƏS kompüterə birinci dəfə quraşdırılarkən İş
masasında yalnız Səbətin nişanı olur. Səbətdən silinmiş obyekti geri
qaytarmaq üçün Restore əmri, səbətdəki
bütün elementləri silmək üçün Empty Recycle Bin əmri icra olunur.
Mini proqramlar (Gadgets). İş masasında yerləşdirilən kiçik ölçülü mini proqramlardır:
Yusif.Az
İmanova N.
6
İş masasının kontekst menyusunu açmaq üçün boş sahədə mausun sağ düyməsini sıxmaq lazımdır:
View – obyektlərin görünüşünü, ölçüsünü dəyişmək (Small icons, Medium
icons,
Large icons, Auto arrange icons, Align icons to grid, Show desktop
icons, Show desktop gadgets)
Dostları ilə paylaş: