Windows 7 əməliyyat sisteminin idarəetmə vasitələri


Корзина (Recycle Bin (Səbət)) qovluğu



Yüklə 0,95 Mb.
səhifə17/28
tarix10.01.2022
ölçüsü0,95 Mb.
#109267
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

Корзина (Recycle Bin (Səbət)) qovluğu


Корзина (Recycle Bin (Səbət))- Windows əməliyyat sistemində istifadəçilərin və sistemin yox etdikləri (sildikləri) obyektləri müvəqqəti saxlayan xüsusi qovluqdur. Obyektləri silmək asandır, onları bərpa etmək isə həmişə mümkün olmur. İşçi stoldan nişanı yox etmək üçün siçanın göstəricisini həmin nişanın üzərinə qoyub, sonar isə Del klavişasını sıxmaq lazımdır. Daha sadəsi isə həmin nişanı siçan vasitəsilə Корзина (Recycle Bin (Səbət) nişanının üzərinə sürüşdürməkdir. Məhz Корзина (Səbət) nişanı elə onun üçün İşçi stolda yerləşdirilmişdir.

Siz öz qovluğunuzdan hansısa sənədi siləndə, o diskdən silinmir və Корзина (Recycle Bin (Səbət)- ya gedir və orada bir neçə gün qalır. Obyektləri silmək asandır, onları bərpa etmək isə həmişə mümkün olmur. Vaxtilə bu məsələ DOS əməliyyat sistemlərində böyük bir problem olmuşdur. Win- dows əməliyyat sistemlərində isə səhvən yox edilmiş faylı bərpa etmək üçün sadəcə Корзина (Səbət)-nı adi qovluq kimi açıb lazım olan faylı tapıb və bərpa etmək əmrini vermək lazımdır.



Müəyyən vaxt keçdikdən sonra Корзина (Recycle Bin (Səbət)) avtomatik təmizlənir. Bundan sonra oradan faylları bərpa etmək mümkün olmur. Корзина (Recycle Bin (Səbət)- nın avtomatik təmizlənmələrinin baş verdiyi vaxt aralığını, həmçinin onun diskdə tutduğu həcmi Kontekst menyusunun Свойства (Properties (Xüsusiyyətlər)) bölməsinin köməyilə müəyyən edirlər. Kon- tekst menyusunun başqa bölməsinin Очистить корзину (Empty Recycle Bin (Səbəti boşalt)) köməyilə, avtomatik təmizləməni gözləmədən onun daxilindəki sənədləri yox etmək olar.

Əgər siz faylı həmişəlik Kорзина (Səbət)- nı nəzərə almadan yox etmək istəyirsinizsə, onda siz bunu klavişlərin kombinasiyalarının köməyilə edə bilərsiniz. Bunun üçün silinməsi lazım olan faylı seçərək Shift klavişasını sıxırsınız və sonra onu buraxmadan Del klavişasını sıxırsınız. Onu da qeyd edək ki, bu qaydadan çox istifadə etmək məsləhət görülmür, çünki bu qayda ilə silinmiş (ya da Kорзина (Səbət) təmizləndikdən sonra) faylları bərpa etmək kifayyət qədər çətindir. Bu qayda ilə ləğv olunmuş fay ları bərpa etmək üçün sizə əlavə xüsusi proqramlar lazım gəlir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin