Tarix və vaxt (Date and time, Дата и время). Bu bölmə cari tarixi və vaxtı göstərir. Müəyyən dəyişikliklər aparmaq tələb olunursa, müvafiq ay və il siyahıdan seçilir, gün isə kursoru təqvim çərçivəsində müvafiq ədədi seçməklə müəyyən edilir. Vaxtı isə, kursoru vaxt göstəricisi sətrinin üzərinə qoyub, cari vaxtı klaviaturadan müəyyən olunmuş formata uyğun daxil etməklə dəyişmək olar.
Klaviatura (Keyboard, Клавиатура)vasitəsilə klaviatura dəyişdiricisinə mənimsədilən düymələri tənzimləmək, yeni dil əlavə etmək və s. mümkündür.