Windows əməliyyat sisteminin interfeysi, sistemə quraşdırılmış texnologiyalar


Mac OS (Macintosh Operating System) əməliyyat sistemi



Yüklə 168,42 Kb.
səhifə14/14
tarix01.06.2022
ölçüsü168,42 Kb.
#116511
1   ...   6   7   8   9   10   11   12   13   14
windows

Mac OS (Macintosh Operating System) əməliyyat sistemi

Fərdi kompüterlər istehsal edən Apple Computer İnc. şirkətinin məhsulu olan bir əməliyyat sistemidir. Macintosh qısaca Mac olaraq tanmır və adını Macintosh alma növündən alır.


Macintosh-un istehsalına 1984-cü ildə başlanılmışdır. Apple şirkəti siçan və qrafiki interfeysdən ilk dəfə istifadə edən şirkətlərdəndir. Macintosh-dan əvvəl Apple şirkətinin Lisa, Apple II, Apple III kimi sistemləri olsa da, 1986-cı ildə onların fəaliyyəti dayandırılmışdır və bütün məhsullar Macintosh adı altında toplanmışdır. Macintosh-un PowerPC arxitekturasını istifadə etdiyi 1994-2005-ci illəri arası onu x86

sinifli komputerlərdən ayıran ən əsas xüsusiyyəti RİSC (Reduced İnstruction Set Computer) olmuşdur. Mac OS sistemini ümumi olaraq iki hissəyə bölmək olar: Mac OS ClassicMac OS X. 2002-ci ildən satışa çıxarılan əməliyyat sistemi Mac OS X artıq 5-ci nəslmi yaşayır. Mac OS X Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu günə qədər bu sistem üçün virus yoxdur.


Macintosh seriyalı kompüterlər Apple şirkətinin öz məhsulu olan Mac OS X əməliyyat sistemindən istifadə edirlər. Mac OS X əməliyyat sistemi öz aralarında Mac OS X və Mac OS X Server deyə iki qrupa ayrılırlar. İki əməliyyat sistemi də bir- birindən fərqlənir. 2015-cu ilin avqust ayında Mac OS X əməliyyat sisteminin ən son versiyası olan El Capitano satışa təqdim edilmişdir. Bununla da Apple şirkətinin istehsalı olan komputerlərdə sürət və performans dəfələrlə artmışdır. Apple şirkətinin istehsalı olan personal komputerlərə Microsoft və İntel şirkətinin istehsalı olan avadanlıqlar və ya proqram sistemləri yükləmək mümkündür. Bu proqramları sistemə inteqrasiya edilmiş Boot Camp proqramıyla həyata keçirmək mümkündür.
Yüklə 168,42 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin