İstənilən tədqiqat işinin sonu elmi cəmiyyətin qəbul etdiyi formada nəticələri təqdim etməkdir. Nəticələrin təqdim edilməsinin iki əsas formasını fərqləndirmək lazımdır. Bunlardan biri ixtisasla bağlı işlər, digəri isə elmi tədqiqat işləridir.
Ixtisas işlərində iddiacı səriştəlik səviyyəsini təsdiq edən sənədi almaq üçün yerinə yetirdiyi elmi tədqiqatını təqdim edir. Belə işlərə tələblər, onların tərtibi üsulları və nəticələrin təqdim edilməsi müvafiq qayda və təlimatlarda öz əksini tapır.