İstənilən elmi tədqiqat müəyyən fəaliyyətin təşkilini nəzərdə tutur. Burada metodologiya xüsusi rol oynayır. Metodologiya müəyyən məqsəd və tədqiqat predmetindən, onun həyata keçirilməsinin yanaşma və istiqamətlərindən, ən yaxşı nəticə əldə etmək üçün vasitə və metodların seçilməsindən ibarət olan insan fəaliyyətinin məntiqi təşkilidir.