Xalid Qurbanov Kamil Fətəliyev Elçin İskəndərov eksperimentin planlaşdirilmasi


DİSSERTASİYALARA, ASPİRANTLARIN RƏHBƏRLƏRİNƏ VƏ



Yüklə 0,53 Mb.
səhifə5/6
tarix25.05.2018
ölçüsü0,53 Mb.
#51537
növüDərs
1   2   3   4   5   6

16. DİSSERTASİYALARA, ASPİRANTLARIN RƏHBƏRLƏRİNƏ VƏ

YENİ ELMİ İŞƏ BAŞLAYAN ALİMLƏRƏ OLAN TƏLƏBATLAR
Disertasiyalara tələblər.

Elmi –pedoqoji və elmi kadrların hazırlanmasının, ixtisaslaşdırılmasının səviyyəsinin artırılması dövlətin iqtisadi və sosial inkişafı planına daxil edilmişdir. Buraya dissertasiyanın nəzəri mahiyyəti nin və praktiki dəyərinin artırılması: işin təşkili, məqsədin və proqramın tərtibi, metodikanın, nəticələrin, elmi ədəbiyyatın, biblioqrafiyanın siyahısının ifadə tərzi və s. daxildir.



Elmi iş və dissertasiya haqqında.

Elmi işə həll olunmalı problem və mövzuların seçilməsi, həmin mövzuya aid materialların toplanması, hipotezin yaradılması, işlənmiş hipotez əsasında eksperimentlərin təşkili, nəzəri və eksperimental göstəricilərin təhlili və onların əsasında nəticələrin alınması daxildir.

Dissertasiya ilə hesabatın uyğun və fərqli cəhətləri var. Dissertasiyaya avtoreferat yazılır, titul vərəqinin və istifadə olunan mənbəylərin tərtibi fərqli olur.

Dissertasiya elmlər namizədi və ya elmlər doktoru elmi adı almaq üçün təqdim olunan elmi tədqiqatlardır. Onun AAK-nın icazəsindən sonra Elmi Şurada müdafiəsi təşkil edilir.

Dissertasiya müəyyən sahəni əhatə edən ixtisaslaşmış elmi işdir. Buraya müəllif tərəfindən irəli sürülmüş elmi nəticələr məcmuəsi, müəlliflərin elmdə rolu daxildir.

Dissertasiya elmin və praktikanın müasir inkişaf mərhələsinə, təbiətin və cəmiyyətin qanunlarına, istehsalatın səmərəliliyinin artırılmasına xidmət etməlidir.



Dissertasiya işinə tələblər.

1932-ci ildən iki elmi dərəcə müəyyən edilmişdir: elmlər namizadi və elmlər doktoru. Hazırda isə bu dərəcələr müəyyən sahələr üzrə fəlsəfə doktoru və elmlər doktoru adlanır. Həmin adlar dissertasiyanın müdafiəsi nəticəsində verilir. Dissertasiya işi isə aşağıdakı tələblərə cavəb verməlidir:

Mövzu ETI-nin əsas işləri ilə bağlı olmalıdır. Mövzu о zaman təsdiqlənir ki, onun aktuallığı, elmi və tətbiqi mahiyyəti, işin yerinə yetirilmə şəraiti və müddəti əsaslandırılsın. Məsələnin həlli yolları müəllif tərəfindən arqumentə olunmalı və məlum həllərlə müqaisə edilməlidir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyyətinin 26 noyabr 2010-cu il tarixli (protokol № -19-R) iclasında müdafiələrin təşkili və elmi dərəcələr almaq üçün AAK-a təqdim edilən sənədlər siyahısına mövzunun Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının müvəfiq problem şurasında təsdiqi haqqında protokoldan çıxarışın əlavə edilməsi qərara alınmışdır.

Fəlsəfə doktoru dissertasiya işi isə elmlər doktoru rəhbərliyi ilə terinə yetirilmiş, aktual elmi məsələnin yeni həllini əks etdirən tammalanmış elmi –tədqiqat işidir.

Dissertasiyaya daxil olan əsas elmi nəticələr AAK –nın nəşriyyat, poliqrafiya işləri üzrə təsdiq olunmuş siyahıya əsasən mərkəzi respublika nəşriyyatlarında və yaxud AAK tərəfindən tanınan xarici nəşriyyatda dərc olunmalıdır.

Nəşr olunmuş işlərə bərabər tutulur:

a) kəşflərə görə diplomlar və ixtiralara görə müəllif şəhadətnamələri;

b) yeniliyə görə ekspertiza aparılmış alqoritmlər;

c) elmi tədqiqat institutlarının elmi –texniki məlumat sistemində abropasiya edilmiş işin əlyazmasının deponirə edilməsi; beynəlxalq və respublika daxili elmi konfranslarda, seminarlarda və simpoziumlarda edilən məruzələrin tezislərinin nəşri.

üçün mövzu seçildikdə iki prinsip əsas tutulur: birinci, məlum onlanları inkişaf etdirməli; ikinci mövzu problemlərlə bağlı olmalıdır.

Dissertasiya işində işin məqsədi açıqlanır, problemin həllinə müəllif tərəfindən edilən yeniliklər, müdafiə üçün irəli sürülən əsas müddəalar daxil edilir və ədəbiyyat xülasəsi göstərilir.

Dissertasiyada kəlmələr olmamalıdır: “Bəzi məsələlər...”, “Bəzi məsələlərin analizi...”, “Məsələyə (materiala) dair”, və s.

Dissertasiyanın mövzusu qısa, dəqiq olmalı, tədqiqatın xüsusiyyətlərini özündə əks etdirməlidir.



Dissertasiyalara və avtoreferatlara dair ümumi qaydalar.

Müvəfiq elmi işə əsasən məsələnin vəziyyəti xarakterizə edilir və tədqiqat məsələlərinin konkret qoyuluşu təmin olunur, həmçinin tədqiqat obyekti seçilir və mövzu əsaslandırılır. İrəli sürülmüş elmi müddəaların nəzəri əsaslandırılması, qoyulmuş məsələnin həlli yollarının tapılması, o cümlədən məlum olan həll yollarının təklif olunanlarla müqayisəsi aparılır.

Nəzəri tədqiqatlar eksperimental tədqiqatlardan əvvəl aparılmalı və bununla da eksperimental tədqiqatların həcminin azaldılmasına nail olunmalıdır.

Dissertasiya işində:

- eksperimental tədqiqatların proqram və metodikasının işlənməsi və ya seçilmiş metodikanın əsaslandırılması;

- alınmış elmi nəticələrin xülasəsi (tədqiqat obyektlərinin və şəraitlərinin geniş təsnifatı; dissertant tərəfindən işlənmiş cihazların, stendlərin və ölçü aparatlarının xarakteristikası; təcrübələrin təsnifatı, alınmış nəticələrin işlənməsi, qrafik və cədvəllərin qurulması; alınmış nəticələrin ümumiləşdirilməsi və interpritasiyası);

- işlənmiş tövsiyələrin xülasəsi (onların yeniliyi və mahiyyəti, mövzuya aid dərc olunmuş işlərin, qeydiyyatdan keçmiş ixtiraların mahiyyəti);

- konkret realizəyə, nəticələrin və tövsiyyələrin tətbbiqinə dair mülahizələr, təsərrüfatlarda tətbiqi və istifadə haqqında məlumatlar öz əksini tapmalıdır.

Dissertasiyanın nəticələrində müəllifin əldə etdiyi yeni elmi nəticələr 5 -6 bənddə verilməlidir. Nəticələr elə yazılmalıdır ki, burada yeniliyin mahiyyəti, tədqiqatların nəzəri, praktiki mahiyyəti və onların nəticələrinin tətbiqi əks olunsun.

Dissertasiyada istifadə olunmuş ədəbiyyat siyahısı və lazım gəldikdə əlavə şəklində cədvəllər, qrafiklər, müəllif şəhadətnamələrinin nüsxəsi və s. sonda verilməlidir. İstifadəolunan ədəbiyyat siyahısında bütün kollektiv işlərin müəllifləri qeyd olunmalıdır.

Qaydalara müvəfiq olaraq dissertasiyanı müdafiəyə təqdim etmiş təşkilat görülmüş işə və müəllifin elmi fəaliyyəti haqında məlumat verməlidir.

Fəlsəfə doktoru işinin həcmi 150, doktorluq işinin isə -300 səhifədən artıq olmamalıdır. Yazı 2 intervalla çap olunmalıdır. İstifadə olunmuş ədəbiyyat siyahısı, şəkillər, avtoreferatlar, cədvəllər, qrafiklər buraya daxil deyildir.

Hər bir dissertasiya işi üzrə apponentlərin və Elmi Şuranın icazəsi ilə 100 nüsxə avtoreferat yazılır. Avtoreferat fəlsəfə doktoru işi üçün bir çар vərəqi, doktorluq işi üçün isə iki çap vərəqi həcmində olmalıdır. Avtoreferatda işin ümumi xarakteristikası, dissertasiyanın əsas ideyası və strukturası qaydalara uyğun olaraq açıqlanmalıdır. Avtopeferatın sonunda dissertasiya işinə dair müəllif tərəfindən nəşr etdirilmiş məqalələr sadalanmalıdır. Avtoreferatın başlığı dissertasiyanın başlığı ilə eyni olmalıdır. Bundan əlavə avtoreferatda müdafiənin vaxtı və yeri, elmi rəhbərlərin və rəsmi apponentlərin soyadları, dissertasiyanın həcmi, müəllifin əvvəllər nəşr olunmuş işlərinin siyahısı və dissertasiyasının mövzusuna dair məruzələr göstərilməlidir.

Dissertasiya işi, avtoreferat və bununla bağlı olan bütün sənədlər müdafiədən sonra AAK-na təqdim olunmalıdır.



Dissertasiyanm tərtibinə dair tələblər

Qaydalara müvəfiq olaraq dissertasiyanın mətni, ədəbiyyatın mətni və ədəbiyyatın biblioqrafik siyahısı iki intervəlla A4 formatında (210x297) ölçüdə (hər səhifədə 30 olmaqla) yazılır. Mətn və bütün işarələr aydın, səlist yazılmalıdır. Xarici dildə olan hissə əlyazma ilə əlavə oluna bilər. Səhifələr soldan -30 mm, yuxarıdan -20 mm, sağdan -10 mm, aşağıdan -25 mm məsafədə yazılmalıdır. Düsturlar mətnə əlyazma ilə daxil edilir: hərflər -7 - 8 mm, indeks və dərəcələr -2 mm ölçüdə yazılır. Cədvəllər, şəkillər, çertyojlar, sxemlər, qrafiklər həm dissertasiyada, həm də əlavələrdə 210x297 sm ölçüdə standart vərəqə yazılmalıdır. Şəkillərə dair izah və imzalar vərəqin üz tərəfində yazılır.

İllüstrasiyalar və əlavələr daxil olmaqla titul vərəqindən başlayaraq səhifələr nömrələnməlidir. Titul vərəqi birinci səhifə hesab edilir, ancaq ona səhifə yazılmır. Sonrakı səhifədən başlayaraq 2 və s. nömrələr qoyulur. Sıra nömrəsi səhifənin yuxarı orta hissəsində yazılmalıdır. Dissertasiyanın hər bir nüsxəsinin titul vərəqində tədqiqatçı öz imzasını qoymalıdır.

Dissertasiya şuraya təqdim edildikdən sonra hər hansı bir düzəlişin apanlmasına icazə verilmir. Dissertasiyanın yazılışında səliqəsizlik olarsa, onun müəllifinə elmi ad verilməyə bilər.

Dissertasiyaların əsas nəticələrinin darc olunması Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən elmi nəşrlərdə darc edilməklə redaksiyaya təqdim olunan (göstərilən) elmi məqalələr beynəlxalq standartlara və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrini əks etdirən məqalələrin tərtibinə qoyduğu tələblərə cavəb verməlidir.

Elmi məqalələrin tərtibinə qoyulmuş tələblər aşağıdakılardan ibarətdir:

- məqalənin sərlövhəsi (başlığı) 70 işarədən artıq olmamalıdır:

- əlyazmanın ümumi həcmi 0,5 sərti çap vərəqindən və ya 20 min işarədən artıq olmamalı, A4 formatında 1,5 intervəlla Times New Roman, 12 ölçülü şriftlə yazılmaqla, кənar məsafələr: yuxarıdan 20 mm, aşağıdan 25 mm, soldan 30 mm, sağdan isə 20 mm boş məsafə saxlanılmalıdır.

- əlyazmanın əvvəlində əlyazmanın yazıldığı dildə xülasə, xülasədən sonra isə 5 -7 –dən artıq olmamaqla açar sözlər verilməlidir;

- əlyazmanın sonunda (ədəbiyyat siyahısından sonra) isə əlyazmanın əvvəlində verilmiş xülasə və açar sözlər rus və ingilis dillərində verilməlidir. Нər bir xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir.

- xülasə məqalədə baxılan məsələlərin çox qısa sərhi müəllifin (müəlliflərin) çıxardığı elmi nəticələr, işin yeniliyi, əhəmiyyəti, iqtisadi səmərəsi yığcam şəkildə öz əksini tapmalıdır;

- məqalədə mövzunun aktuallığı əsaslandırılmalı, öyrənilmə vəziyyətinə (mövzu üzrə ədəbiyyatların xülasəsi) münasibət bildirilməlidir. Bundan əlavə tədqiqat obyekti və üsulu, alınmış nəzəri və təcrübi nəticələr, onların təhlili, tətbiqi və istifadəsi üçün təkliflər məqalədə öz əksini tapmalıdır.

- ədəbiyyat siyahısına yalnız əlyazmada istinad olunan ədəbiyyatlar daxil edilməlidir.

- problemin izahına müasir vəziyyətin araşdırılmasından başlamaq lazımdır. Burada dəlillərə əsaslanaraq problemin həlli yolları göstərilməlidir;

- məqalədə simpozium, konfrans və digər nufuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir.

- əlyazmada son 5 -10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrə üstünlük verilməlidir.

Redaksiyaya təqdim olunan məqaləyə məqaləni çapa tövsiyə edən müəssisənin elmi şurasının qərarı ilə təsdiq olunmuş mütəxəssis rəyi əlavə olunmalı və məqalənin sonunda rəyi təsdiq edən elmi şuranın iclas protokolunun nömrəsi və tarixi göstərilməlidir.

Məqalələr hazırlanarkən müxtəlif mənbələrdən istifadə etmək olar. Lakin, hansısa bir müəllifin fikirlərini “özəlləşdirməyə”, yol verilmir. Plagiatlıq faktı aşkar olunan məqalələr dərc olunmur.

Əlyazmada müəllif (lər)in soyadı, adı və atasının adı, onun (onların) işlədiyi müəssisə(lər) və həmin müəssisənin (müəssisələrin) ünvən(lar)ı, müəllif(lər)in elektron poçt ünvən(lar)ı göstərilməlidir.

Dövri elmi nəşrin redaksiyası məqalənin darc olunması ilə əlaqədar olaraq müəllif və ya müəlliflərin razılığını, göndərilən məqalənin əvvəllər dərc olunmadığını, (məqalənin tezis şəklində dərc olunmuş variantı istisna olmaqla), məqalənin hər hansı bir dildəki variantının eyni zamanda digər dövri elmi nəşrlərə göndərilmədiyini və məqalə ilə bağlı elmi –tədqiqat işinin hansı müəssisədə yerinə yetirildiyini əks etdirən anket hazırlanmalıdır. Bu anketi müəllif(lər) imzalayıb redaksiyaya göndərməli və ya dövri elmi nəşrin saytına daxil olub, anketin elektron vəriantını doldurmalı və onu təsdiqləməlidir(lər).



Dissertasiya işlərində biblioqrafik istinadlar.

Biblioqrafiya aparatı yeni elmi ideyaların, işləmələrin tətbiqini asanlaşdırır və informasiya mənbəyi kimi çox qiymətlidir. Biblioqrafik istinalar müəllifin elmə gətirdiyi yenilikləri təyin etməyə xidmət edir. Biblioqrafik siyahıdan dissertantın öz işinə dair ədəbiyyatlar və mənbələri nə qədər dərindən mənimsədiyi haqqında apponentlər məlumat toplaya bilir. Qaydalarda qeyd olunur ki, hər hansı bir material istifadə edildikdə (sitat, cədvəl, düstur və s.) onun mənbəyi göstərilməlidir, əks halda təkrar müdafiə hüququ alınmaqla dissertasiya ləğv olunur.

Biblioqrafik istinadlar dörd növə bölünür: mətnxarici, mətndaxili, sətraltı, yerindən asılı olaraq sətraltı və mətndaxili istinadların kombinə edilməsi.

Texniki ədəbiyyatda, о cümlədən, dissertasiya işlərində mətndaxili, çox az hallarda isə sətiraltı istinadlardan istifada olunur.

Elmi işə dair əsas istifadə olunan ədəbiyyatlar siyahısı yazıldıqda mətndaxili istinadlardan istifadə olunur. Mətndaxili biblioqrafik istinadlar əsas mətndə sitatdan sonra qeyd olunur. Texniki ədəbiyyatda sitat verildikdə kvədrat mötərizədə sitatın ədəbiyyat siyahısındakı sıra nömrəsi qeyd olunmalıdır. Ədəbiyyat siyahısında qeyd olunmayan ədəbiyyatdan istifadə etməyə icazə verilmir. Xarici müəlliflərə istinad olduqda, onların adları orjinalın dilində yazılır. Texniki ədəbiyyatda sətiraltı biblioqrafik istinadlar qəzet materialları daxil edildikdə istifadə olunur.

Dissertasiyanın ədəbiyyat siyahısına kütləvi kitabçaların, elmi –kütləvi jurnallardan məqalələr, qəzet materialları, reklam xarakterli materiallar, dərslik, dərs vəsaiti və s. daxil etmək məqsədə uyğun sayılır. Bu siyahıya referatlar, dərc olunmamış tədqiqatlar daxil edilməməlidir.

Sərbəst bölmədə “fond ədəbiyyatının” işləri daxil edilə bilər. Buraya axtarış işlərinin hesabatları, onlara dair xəritələr və izahatlar aiddir. Bu materiallar fondlarda, geoloji istehsalat müəssisələrdə, ali məktəb və ETİ -nin kitabxanalarında saxlanılır.

Dissertasiya işlərinə yazılan biblioqrafik siyahının adı əksər hallarda düzgün qeyd olunmur: “Ədəbiyyat”, “Ədəbiyyat siyahısı”, “Sitatlar və ədəbiyyat” və s.

“Dissertasiyanın biblioqrafik aparatı” /23/ kitabçasının müəllifləri bu siyahının ən dolğun adının “əsas ədəbiyyat siyahısı” və ya “əsas istifadə olunan ədəbiyyat və dərc edilməmiş sənədlər (mənbələr) siyahısı” olmasını təklif edirlər.

Əsas istifadə olunan ədəbiyyat siyahısının sayı qaydalarda təyin olmayıb, çünki bu işdən asılıdır.

Texniki elmlərə dair dissertasiyalarda ədəbiyyat siyahısı statistikaya müvəfiq yazılır: fəlsəfə doktoru işində -57...201, doktorluq işində isə -81...440 adda olmalıdır.

Biblioqrafik siyahının qruplaşdırma üsulu (əlifba, mövzu, xronoloji və s.) müəllif tərəfindən seçilir. Adətən bu müvəfiq sahələrin nəşriyyatlarının qəbul etdiyi qaydada aparılır. Mənbələri nəşriyyat növünə görə qruplaşdırmaq məqsədə uyğun sayılmır.

Bir çox hallarda əlifba üsulundan istifadə edilir. Bu siyahıda əvvəl rus, bir qədər intervəldan sonra isə əlifba sırası ilə xarici ədəbiyyat siyahısı verilir. Texniki elmlərə dair işlərdə yalnız bu üsullardan istifadə etmək məsləhət görülür.

Riyazi və kimyəvi düsturlar əl ilə qara mürəkkəbdən (tuş) istifada etməklə yazılır.

Dissertasiyanın avtoreferatının sonunda verilən biblioqrafik siyahı başlıqsız yazılır. Onun əvəzinə “Dissertasiyanın əsas müddəaları aşağıdakı işlərdə öz əksini tapmışdır”... sözləri yazılır və xronoloji ardıcıllıqla siyahı verilir.

Dissertasiyanın məzmununu əks etdirən işlərin sayı çox olduqda onların ümumi həcmi biblioqrafik siyahıdan sonra çap vərəqi ilə göstərilir. Dissertasiya mövzusuna dair nəşr olunmuş işlərin ümumi həcmi təlimata uyğun olmalıdır.



Nəşriyyat əsərlərinin biblioqrafik təsviri misalları

Ədəbiyyat siyahısında biblioqrafik təsvir DST 7.1-76 uyğun olmalıdır.

Kitab təsviri aşağıdakı qaydada aparılır: tərtib sahələri bir-birindən nöqtə və tire ilə ayrılır (DST 7.1.-76). Mətndə hər hansı bir buraxılmış hissə üç nöqtə ilə qeyd olunur. Hər bir təsvirin sonunda nöqtə qoyulur.

MDB dövlətlərindən olan müəlliflərin əsarları müvəfiq dildə tərtib olunur. Mətn rus dilində verildikdə onun ilkin yazılmış dili qeyd olunmalıdır.

Bir, iki və daha artıq müəllif tərəfindən yazılmış kitabların tərtib nümunəsi aşağıdakı kimi verilir. Novitskiy Y.Y. Traktor və avtomobil mühərrikləri: kənd təsərrüfatı mexanikləşdirilməsi institutlarının tələbələri üçün dərs vəsaiti - 2-ci nəşr, Minsk, Urojay, 1982.-134 s.

İki müəllifin kitabı:

Danko P.E., Popov A.Q. Ali riyaziyyat çalışmalarda və məsələlərdə: üç hissədə, ali məktəblər üçün dərs vəsaiti, 2-ci nəşr. Kiyev: Вышая школа, 1974.

I hissə. -416 s.

Kitab 4 müəllif tərəfindən yazılıbsa onun tərtibi iki üsulla aparıla bilər - başlıq və ya sərlövhə altında:

a) həcmi hidroötürücülərin nəzəriyyəsinin layihələndirilməsinin əsasları.

A.V.Kulaqin, Y.Ş.Demidov, V.N.Prokofyev və L.A.Kondakov. - M.: Вышая школа, 1968. - 400 səh.

b) Kulaqin A.V., Demidov Y.S., Prokofyev V.N. və Kondakov L.A. Həcmli hidroötürücülərin nəzəriyyəsinin və layihələndirilməsinin əsasları. M.: Вышая школа, 1968-400 səh.

Dissertasiya işlərində istifadə olunan ədəbiyyat siyahısını, bir, iki və daha artıq müəllifin kitabının təsvirini sərlövhə altında vermək məqsədə uyğun sayılır.

Müəllifi göstərilməyən kitablar başlıq altımda yazılır: Nəşr iki yerdə aparıldıqda onları nöqtə və vergülə ayırmaqla ikisi də qeyd olunmalıdır: M; L. Əgər şəhərlərdən hər hansı birinin adını ixtisarla yazmaq mümkün deyilsə, onda hər iki şəhərin adı tam yazılmalıdır: Moskva, Novosibirsk.

Nəşriyyatın adı qısaldılmış formada (Politizdat) dırnaq işarəsi qoyulmadan yazılır. İki nəşriyyat qeyd edildikdə onların hər ikisinin adının önündə iki nöqtə qoyulur. Məsələn: L.Nauka, Leninqrad bölməsi.

Kitabın kəmiyyat göstəricisi onun nömrələnmiş səhifələrinin sayıdır. Buraya düzəlişlər, nəşriyyat elanları, oxuculara müraciət olan səhifələr daxil edilmişdir.

Mətndə olan nömrələnməyən səhifələrin sayı dörddən çox olduqda onların sayı kitabdakı səhifələrin sayından ayrıca, kvədrat mötərizədə göstərilir. Məsəlan: 280 (120) səh.

Analitik biblioqrafik təsvir-əsərin nəşrinin hər hansı bir hissəsini əks etdirir.

Nəşrə daxil olan məqalə və ya fəsilin təsviri, həmin nəşrin təsvirindən nöqtə və tire ilə ayrılır.

Məqalə dərc olunmuş nəşriyyat haqqında məlumatda cildin, hissənin nömrələri nəşr olunma ilindən sonra yazılır, ümumi səhifə sayı əvəzinə isə məqalənin səhifə sayları qeyd olunur.

Məqalələrin analitik təsvirində işarələrdən istifadə qaydaları aşağıdakı kimidir:

Məsələn, jurnal məqaləsinin təsviri:

Çerepanov S.S. Maşınların iş qabiliyyətinin mühəndis təminatı. Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi, 1979, №12, s. 35-36.

Javoronkov N.M. Redaktorun ön sözü “Elm və həyat”, 1967, №2, s.69.

Davəm edən nəşriyyatda məqalənin təsviri:

Boyko A.İ. Özüitilənən bıçaqların yeyilmə həddinin təyini.

- Heyv. Maş. AETİ əsər. 1982. 7-ci buraxılış. Heyvəndarlıq və yem istehsalı üçün maşınların tətbiqi və layihələndirilməsi. s. 24-28.

Qeyri dövrü topluda məqalənin təsviri:

Tematik və ya problem işlər onlara ehtiyac olduqca materialların yğlması nəticəsində əmələ gəlir. Bu səbəbdən də qeyridövrü nəşrlərə aid edirlər:

Lixaçov V.S. Mühəndis tədqiqatlarında riyazi üsulların tətbiqi - kitabda. Kənd təsərrüfatında mexanikləşdirmə proseslərinin tədqiqi üsulları: KTMEAETİ elmi-metodik konfransın əsərlərinin toplusu. - Rostov, 1970, 1 nəşr. Riyazi üsullar. Heyvandarlıq, s. 24 -41.

Namizədlik dissertasiyasının avtoreferatı:

TSİSİN B.N.Tsiklik işləyən maşınların hidromotorlarının qiymətləndirilməsi və azaldılma üsulları: T.e.n. dis. -avtoref, Kiyev, 1982,-19 s.

Doktorluq dissertasiyasının avtoreferatı: Yanson V.M. Kənd Təsərrüfatı texnikasının hidro istismar etibarlılığının artırılması: t.e.d. dis. Avtorefer. Minsk, 1982. -31 s.

Depozita olunmuş, əlyazmaları:

Həsənov R.M. İqtisadi mexanizmin tədqiqatına bir yanaşma. M., 1977.-30 s. - SSRİ EA əlyazmaları 1 fevral 1977 il. AETİ çap olunub. № 380-77.

Müəllif şəhadətnamələri:

M.S. 739256 (SSRİ) Nasos qurğusu V.A.Berber, V.İ.Mozyakov, Y.İ. Krasnov nəşr olunub, 1980, № 21.

Elmi qurultayların, konfransların materialları:

Boqdanoviç V.P. Traktorun hidrosisteminin sorucu borusunun iş prosesinin əsaslandırılması - Kitabda: Kənd təsərrüfatı maşınlarının və traktorlarının hidrofi-kasiyasının inkişafı: ÜETK-in tez. Məruzə. M., 1975, s. 31-32.
17. DİSSERTASİYA İŞLƏRİ ÜÇÜN MÖVZUNUN SEÇİLMƏSİ VƏ

ELMİ –TƏDQİQAT QURUMUNUN YARADILMASI ŞƏRAİTİ
Dissertasiya işlərinin planının işlənməsi zamanı tədqiqatın mövzusu seçilməlidir. Hər bir mövzu üzrə aşağıdakı tərkib elementlər təyin olunur: işin məqsədi, onun məzmunu və həcmi, əmək sərfi, icraşıların tərkibi, yerinə yetirilmə müddəti, elmi avadanlıqla təchizi, gözlənilən səmərə; mərhələli planlaşdırmada, koordinasiyada olan işin təşkilini müəyyən etmək, dövlət büdcəsindən maliyyələşən və təsərrüfat hesablı mövzuların yerinə yetirilməsinə nəzarət etmək.

Dissertasiya işi üçün mövzu iki yolla seçilir: birinci –rəhbərlik, elmi əməkdaşların təklifləri nəzərə alınmaqla, ikinci -elmi məhsulun istifadəçilərinin müraciətlərini nəzərə alınması ilə. Tematika praktikanın tələblərinə cavəb verməlidir, aktual olmalıdır. Bu о zaman mümkündür ki, tədqiqatçı ilə istehsalat arasında birbaşa elmi tədqiqatların tətbiqi və yaxud əksinə, istehsalatı öyrənməklə orada ortaya çıxan həll olunmamış məsələləri həll etməklə əldə olsun.

Dissertasiya mövzusu seçildikdə hər bir aspirant və ya tədqiqatçı aşağıdakılardan istifadə edir:

Elmi –tədqiqat institutunun profilinə uyğun ədəbiyyat, uyğun laboratoriyaların və institutun tematikası, ETİ-nin və uyğun müəssisələrin illik hesabatları, şuraların, konfransların və simpoziumların materialları, istehsalat mütəxəssislərinin fikirləri.

Nəzəri mövzular ETİ-nin rəhbərliyi və problem laboratoriyaların elmi əməkdaşları tərəfindən təklif olunur. Təklif olunan mövzular aşağıdakı qaydalara əsasən seçilməlidir: mövzunun ETİ-nun və laboratoriyanın profilinə uyğunluğu; mövzunun aktuallığı, dəyər və effektivliyi; mövzunun yeniliyi, mövzunu təyin olunmuş müddətə tamamlamaq imkanı, ixtisaslaşmış rəhbərlərin olması, tədqiqatın nəticələrinin tətbiqi imkanları, məsələnin həlli üçün texniki vəsitələrin olması, işləmə imkanları və tədqiqat üçün lazımi olan cihazların hazırlanması.

Yalnız nəzəri tədqiqatlar, onların elmi istiqaməti baxımından yuxarıdan planlaşdırılır. Nəzəri və eksperimental tədqiqatların istiqaməti əsasən yüksək ixtisaslı alimdən və onun bu sahədə yaratdığı məktəbdən asılıdır.

Dissertasiya mövzusunun tədqiqat istiqamətini düzgün seçmək üçün müvəfiq jurnallarda darc edilən müdafiə olunmuş dissertasiya mövzularını həmin sahəyə aid avtoreferatları, elm və texnikada olan yenilikləri, layihələndirmə prinsiplərini öyrənmək, yığılmış materialları ümumiləşdirmək və analiz etmək, həmin sahənin alimindən mövzuya dair məsləhətlər almaq vacibdir.

Dissertasiya mövzusunun seçilməsi üçün elmi tematika hər bir sahədə çox əhatəlidir. Buradan ən əsasını seçmək lazımdır. Məsələn, kənd təsərrüfatının mexanikləşdirilməsi sahəsində əsas problemlər bunlardir:

1) yeni maşınların və maşın texnologiyalarının yaradılması - yeni maşın və proseslərə tələblərin işlənməsi, olan maşınların vəziyyətinin yaxşılaşdırılması, davamlılığının, uzunömürlülüyünün artırılması, yeni işçi orqanların yaradılması;

2) olan maşınlardan effektli istifadə üsullarının işlənməsi, tənzimlənmənin yaxşılaşdırılması, çatışmamazlıqların, aqreqatlaşdırma üsullarının öyrənilməsi, maşınlar sisteminin yaradılması vı öyrənilməsi, maşınların müqaisəli və xüsusi sınaqları, bütün maşınlara aid olan ümumi problemlərin işlənməsi-maşınların dartıya sərf etdiyi enerqetik qüvvə, emal edilən materialların fiziki-mexaniki xassələri, torpağın mexanikası, maşının işçi surətinin artırılması, gələcəkdə istifadə və yararsız kriterilərin işlənməsi; təmirin təşkili və texnologiyası problemlərinin işlənməsi, traktorların, onların aqreqatlarının konstruksiyasının təmirə yararlıgının əsaslandırılması, hissələr arasındakı dəliklərin ölçülərinin əsaslandırılması, hissələrin yeyilmə dərəcəsinin təyini, yeyilmənin dərəcəsinin sürətləndirilmiş metodikasının işlənməsi, ehtiyat hissələrinə olan ehtiyacın öyrənilməsi metodikası, hissələrin bərpası texnologiyasının və üsullarının işlənməsi, təmirin təşkili formalarının işlənməsi və s.

Elmi -tədqiqat müəssisələrində şöbə və laboratoriya əsas tərkib hissə sayılır.

Bunun yaranmasında aşağıdakı amillər vəcib sayılır:

1. Tez bir zamanda xalq təsərrüfatına dair həll edilməli məsələlər.

2. Tədqiqat obyektinin və ya materialının olması.

3. Problemin tədqiqi üçün xüsusi üsulların işlənməsi.

4. Problem üzrə tədqiqatlar aparmaq məqsədilə xüsusi aparaturanın və sahənin ayrılması.

5. Lazım olan sahədə kadrların, ən vəcibi isə aparıcı alimlərin və mütəxəssislərin olması.

6. Problemlə əlaqədə olan işlərin olması.

Yuxarıdakı göstəricilərin hər hansı birinin olmadığı halda laboratoriya yarat-mağa rəhbərə icazə verilmir. Yeni elmi –tədqiqat müəssisəsi yaradıldıqda bu göstəricilərin biri və ya bir neçəsi olmaya bilər. Lakin aparıcı alimlərin olması vacibdir.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin