Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi metodları. Plan



Yüklə 55,23 Kb.
səhifə7/9
tarix08.06.2023
ölçüsü55,23 Kb.
#127947
1   2   3   4   5   6   7   8   9
referat 621

Maliyyə tədbirlərinə idxalatçıların xarici valyutaya onlar üçün valyutanın qiymətlərinə, həmçinin ödənc şərtlərinə müdaxiləsini tənzimləyən tədbirlər aid edilir. Bu tədbirlər idxalın dəyərini yüksəldə bilərlər. Maliyyə tədbirlərinə aşağıdakılar aiddir:
1) idxalın dəyərinin, eləcə də idxal vergisinin qabaqcadan ödənilməsi.
2) valyuta məzənnələri çoxluğu.
Bu müxtəlif kateqoriyalı mallar üçün müxtəlif məzənnələrin müəyyən edildiyi dövlət tənzimlənməsi mexanizmidir. Rəsmi məzənnə daha zəruri mallar üçün saxlanılır, digər mallar kommersiya məzənnəsi və ya xarici valyutanınauksionlar vasitəsilə alınması hesabına ödənilir.
3) xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər.
Ölkə daxilində valyuta əməliyyatları aparılmasına müxtəlif icazə, viza və s. alınmasını nəzərdə tutur.
4) ödənişə müddət müəyyən edilməsi, ödənc növbəliliyi.
Bu tədbirlərlə dövlət malların göndərildiyi tarixdən idxal hesablamalarının bitməsinə qədər yol verilən minimal müddətləri müəyyən edir. Bu müddətlər adətən istehlak malları və sənaye xammalı üçün 90, 180, və ya 360 gün, investisiya malları üçün 2 – 5 il müəyyən edilir.
Qeyri-tarif metodlarının ən geniş yayılmış növü kəmiyyət məhdudiyyətləridir. Kəmiyyət məhdudiyyəti dedikdə, idxalına və ixracına icazə verilən malların nomeklaturasını və kəmiyyətini müəyyən edən qeyri-tarif inzibati tənzimləmə forması nəzərdə tutulur. Kəmiyyət məhdudiyyəti hökümətin birtərəfli surətdə qəbul etdiyi qərar və müəyyən mal ilə ticarəti tənzimləyən çoxtərəfli saziş əsasında tətbiq edilə bilər.
Kəmiyyət məhdudiyyətləri tədbirləri vasitəsilə dövlət səviyyəsində iqtisadi, xarici ticarət və hətta siyasi xarakterli məsələlər, ölkə daxilində analoji rəqabət edən malların istehsalçı və istehlakçısının müdafiəsi, daxili bazarın stabilliyinin dəstəklənməsi, valyuta ehtiyatlarına qənaət, digər ölkələrdən qarşılıqlı güzəştlərin əldə edilməsi və s. həll edilir
Kəmiyyət məhdudiyyətlərinin ən geniş yayılmış forması kvota hesab edilir. Kvota dedikdə, malın ixracını və ya idxalını müəyyən müddət ərzində və müəyyən edilmiş kəmiyyət və məbləğ həddində məhdudlaşdıran kəmiyyət qeyri-tarif vasitəsi başa düşülür. Öz fəaliyyət istiqamətlərinə görə kvotalar ixrac və idxal kvotalarına bölünürlər. İxrac kvotaları ya müəyyən mal üzrə ümumi ixracda hər bir ölkənin payını müəyyən edən beynəlxalq sazişlərə uyğun olaraq (OPEK ölkələrində neft ixracı), ya da daxili bazarda çatışmayan malların ixracının qabağını almaq məqsədilə dövlət tərəfindən ( 1990-cı ildə Ukraynada şəkər ixracı ) tərəfindən tətbiq edilə bilər.
Idxal kvotaları dövlət tərəfindən yerli istehsalçıları müdafiə etmək, ticarət balansının tarazlığına nail olmaq, daxili bazarda tələb və təklifi tənzimləmək, həmçinin digər ölkələrinin ayrıseçkilik tədbirlərinə cavab məqsədilə tətbiq edilir.
Öz əhatəsinə görə kvotalar 2 yerə bölünür:
1. qlobal kvotalar
2. fərdi kvotalar
Qlobal kvotalar müəyyən müddət ərzində müəyyən malın idxalına və
ixracına ( həmin malın hansı ölkəyə idxal və ixrac edilməsindən asılı olmayaraq ) münasibətdə tətbiq edilir. Bu cür kvotaların tətbiqində məqsəd daxili istehlakın lazımi səviyyəsinin təmin edilməsidir.
Fərdi kvotalar isə qlobal kvota çərçivəsində müəyyən edilməklə malı idxal və ya ixrac edən hər bir ölkə üzrə kvotanın həcmini göstərir. Bu cür kvotalar adətən, ikitərəfli sazişlər əsasında tətbiq edilir. Onlar siyasi, iqtisadi və digər maraqlar üzrə sıx əlaqədar qurulmuş ölkərə mal idxalı və ixracında əsas üstünlüyü əldə etməyə imkan verir. Fərdi kvotalar adətən, mövsümi olurlar, yəni daxili bazarın dövlət müdafiəsinə daha kəskin ehtiyac olduqda müəyyən müddət ərzində tətbiq edilə bilər.
Bundan başqa mövsümi kvotalar da vardır. Mövsümi kvotalar ilin fəsillərindən asılı olaraq tətbiq edilir. İlin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə ( ən çox kənd təsərrüfatı məhsulları üçün ) tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır.
İdxal kvotalarının iqtisadi təsirlərinə gəldikdə isə, ilk növbədə onların idxal mallarının daxili bazarda tələbini azaldaraq həmin malların qiymətini yüksəltməsini qeyd etmək lazımdır.

Yüklə 55,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin