Monopolist tədbirlər dedikdə təsərrüfat subyektlərinin müəyyən qrupuna müstəsna hüquqlar verən tədbirlər nəzərdə tutulur. Monopoliya, adətən, idxalın ixraca münasibətini nəzarətdə saxlamaq hesabına tədiyyə balansının tarazlığa gətirilməsi problemini həll edir. Belə tədbirlərin başlıca növləri aşaöıdakılardır:
1) müəyyən malların idxalın adövlət inhisarı;
2) milli müəssisələrin xidmətindən məcburi istifadə;
Dövlət inhisarının bariz nümunələrinə II dünya müharibəsindən əvvəlki Almaniyanı və Keçmiş Sovetlər İttifaqını göstərmək olar.
Texniki tədbirlər malın keyfiyyətinin, təhlükəsizliyinin, yaxud inzibati şərait, terminologiya, simvollar, sınaq və sınaq üsulları, qablaşdırmaya tələblər, markalanma da aid edilir.
Texniki tədbirlərin aşağıdakı növləri var:
1)texniki tənzimləmə a)ətraf mühiti çirkləndirən xammal və materialların idxalının qadağan edilməsi, yaxud məhdudlaşdırılması
b)hazır məhsullara – istismarı atmosferin və havanın çirklənməsinə gətirib çıxaran sənaye avadanlığı, nəqliyyat vasitələrinə və s. münasibətdə proteksionist tədbirlərdən istifadə edilməsi
c)istehlakçının mallarını malın defekti və istifadə zamanı mümkün olan ziyandan qorunmaqla malın keyfiyyətinə tələblər. Buraya ilk növbədə məişət elektrotexnikası, tibb preparatları, yeyinti məhsulları, uşaq malları və s. aiddir.
2) Göndərilmədən öncə təftiş. 3) Xüsusi gımrük rəsmiyyətçiliyi.
4.Azərbaycanda xarici iqtisadi fəaliyyətin tənzimlənməsində dövlətin rolu. Azərbaycan Respublikasının iqtisadi həyatında xarici ticarət, istehsal, elm və texnika sahəsində iqtisadi, elmi-texniki əməkdaşlıq, ixtisaslaşma və kooperasiya, tikinti, nəqliyyat, ekspeditor, sığorta, hesablaşma, kredit və digər bank əməliyyatları sahəsində iqtisadi əlaqələr, həmçinin digər müxtəlif xidmətlərin həyata keçirilməsi də daxil olmaqla, xarici iqtisadi fəaliyyət mərkəzi yer tutur.
Milli iqtisadiyyat xarici iqtisadi əlaqələr sistemindən son dərəcə asılıdır. Bununla belə nəzərə alınmalıdır ki, Azərbaycan inkişaf etməkdə olan digər ölkələr kimi iqtisadi inkişaf səviyyəsinin yüksəlməsi və dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiya məsələlərini eyni zamanda həll etməyə məcburdur. Həmçinin nəzərə alınmalıdır ki, müasir dünya ticarəti sistemi bütün ölkələrə qarşı xarici iqtisadi siyasətin sərt tələblərini və məhdudiyyətini irəli sürür.
İqtisadi müstəqillik və suverenlik əldə etdikdən sonra Azərbaycanın qarşısında dünya təsərrüfat sisteminə inteqrasiya olmaq imkanları açıldı.Hazırda Azərbaycan getdikcə xarici dünyaya daha çox açılan bir öklə olmaqla dünya ictimayyəti ilə aktiv iqtisadi, siyasi, elmi-texniki, mədəni və s.əlaqələr qurur ki, bunların da arasında xarici ticarət mühüm əhəmiyyət kəsb edir.
Xarici iqtisadi fəaliyyətin tənzimləmə sisteminin əsas xüsusiyyətlərinə, idxal-ixrac əməliyyatları iştirakçılarına təsir prosesində iqtisadi siyasətin bir-birinə qarşılıqlı nüfuz edən və bir birini tamamlayan kompleks vasitələrdən istifadə zərurətini misal göstərmək olar. Xarici ticarət fəaliyyəti təcrübəsində bu cür vasitələrin 5 qrupundan istifadə olunur:
1. iqtisadi tənzimləmə vasitələri – gömrük rüsumları, gömrük yığımları, tarazlaşdırıcı sərhəd vergiləri, yerli mal istehsalçılarına maliyyə yardımları;
2. inzibati tənzimləmə vasitələri – idxal və ixraca qoyulan qadağa və məhdudiyyətlər, idxalın lisenziyalaşdırılması və kvotalaşdırılması və s.
3. texniki tənzimləmə vasitələri – standartlar və normalar, standartlara uyğunluğun təyinetmə metodları, təhlükəsizlik normaları və qaydaları, əmtəələrin sertifikatlaşdırma sistemləri, sanitariya – baytarlıq və ekoloji tədbirlər, səhiyyə normaları.
4. yerli istehsalçılara mal ixracı üçün edilən müxtəlif yardım tədbirləri.
5. valyuta – maliyyə tədbirləri.
Adətən xarici iqtisadi əlaqələrin dövlət tərəfindən inzibati tənzimlənməsi bazar iqtisadiyyatı şəraitində kifayət qədər səmərəli sayılmır. Normal iqtisadi inkişaf dövründə xarici ticarətin dövlət tənzimlənməsinin inzibati və iqtisadi vasitələri arasındakı nisbət iqtisadi tənzimlənmənin xeyrinə dəyişir.
2008-ci ilin ilk 2 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 107 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 2132136,4 min ABŞ dolları olmuşdur. Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 1099,7 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə, İtaliya , Gürcüstan , Tacikistan , Türkiyə , İran , Rusiya , Türkmənistan və Böyük Britaniya dövlətlərinə göndərilmişdir. Xarici ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşaxəli inkişafını təmin etmək üçün böyük üstünlüklər verə bilər.Məhz buna görə Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir. Azərbaycan bir çox həyati əhəmiyyətə malik siyasi və iqtisadi məsələlər baxımından dünyanın yaxın və uzaq,böyük və kiçik dövlətlərinin, beynəlxalq və regional təşkilatların diqqətini özünə cəlb edən bir qütbdür. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının xarici ticarət siyasəti yeni maliyyə mənbələrinin yaradılması və istifadə olunmasına xidmət edir. Xarici ticarətə müdaxilə etmək üçün istifadə edilən ən mühüm vasitələrdən biri gömrük tarifləridir. 10 iyun 1997-ci ildə Azərbaycan Respublikasında Gömrük Məcəlləsi qəbul edildikdən sonra 20 iyun 1995-ci ildə qəbul edilmiş “Gömrük tarifi haqqında Azərbaycan Respublikası Qanunu” qüvvəyə minmişdir. Bu qanun, əsasən, daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən edir.
Gömrük tarifinin məqsədləri aşağıdakılardır :
Idxalın əmtəə strukturunu səmərələşdirmək
Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının valyuta gəlirləri və xərclərinin əlverişli nisbətini təmin etmək.
Valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət keçirmək.
Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişiklikləri üçün şərait yaratmaq.
İqtisadiyyatı xarici rəqabəti mənfi təsirindən qorunmaq və onun dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq.
Azərbaycan Respublikasında aşağıdakı gömrük rüsumları tətbiq edilir:
Advaler – malların gömrük dəyərinə görə faizlə hesablanan gömrük rusumu
Kombinə edilmiş rüsum – hər iki növü birləşdirməklə hesablanan gömrük rüsumu
Beləki bütövlükdə Mərkəzi Asiya Regional İqtisadi Birliyi-Azərbaycan,Əfqanıstan,Çin,Qırğızıstan,Monqolustan,Qazağıstan, Tacikistan,Özbəkistan-üzrə tarif dərəcələri 1997-ci ildən 2005ci ilədək 11,4%dən 7,6%dək enmişdir.Azərbaycanda tariflər yetərincə aşağıdır və birmənalı aşağı göstəricilərlə müqayisə olunur.Onlar inkişaf etməkdə olan ölkələrdən azdır,hansıki orta gəlir göstəriciləri aşağıdir, ancaq orta gəlir səviyyəsi yüksək olan ölkələrin orta tarif göstəricilərindən yüksəkdir.Mərkəzi Asiya Regional İqtisadi Birliyi ölkələrində idxal tarifləri yüksək səviyyədə qorunmur,ancaq bu ölkələr arasında ciddi fərq vardır.Bərabərolmayan orta idxal tarifləridə müqayisədə onların ticarət tərəfdaşlarının bərabərolmayan idxal tariflərindən də aşağıdır.Idxal tariflərinə əlavə olaraq bir çox ölkələrdə idxala bir sıra birbaşa və dolayı vergilər yığılır.Azərbaycanda xarici mallara aksiz tətbiqi yuxarıdır, nəinki milli istehsal olunmuş eyni mallara.